Son günlər
mediada manatın möhkəmlənməsinin hansı həddə qədər davam edəcəyi, neftin hansı
qiymətinin manatın məzənnəsinin tam sabitləşməsi üçün yetərli olması ilə bağlı
müzakirələr gedir.
Reallıq belədir: neftin hətta 25 dollarlıq səviyyəsində
də məzənnə sabitliyi təmin edilə bilər – bu bir stiusiyadır. Amma başqa bir stiuasiyada
neftin hətta 60-70 dollarlıq səviyyəsi də valyuta bazarında sabitliyi təmin
etməyə bilər.
Türkiyə
kimi aylıq tədiyyə balansının göstəricilərini ictimaiyyətə açıqlayan ölkədə
valyuta bazarını analiz edib ən azından yaxın dövr üçün proqnozlaşdırmaq
imkanları nə qədər böyükdürsə, Azərbaycan kimi tədiyyə balansının 3 aylıq
göstəricillərini rüb bitəndən sonrakı 3 ayda açıqlayan ölkədə belə proqnoz
vermək çox müşkül işdi. Hələ orasını demirəm ki, bizim rəsmi idxalın həcmi
Comtrede və UNCTAD-ın göstəricilərindən azı 35-40% az göstərilirsə, vəziyyət daha da mürəkkəbləşir.
2016-cı
il ərizndə manatın sabitliyi 4 amildən asılı olacaq.
Daxildə nağd yığım və iri sövdələşmələr üçün
valyutaya tələbat
Mərkəzi Bankın nağd pul kütləsini son il
yarımda 2 dəfədən çox azaltdığı şəraitdə ev təsərrüfatlarının nağd yığım üçün
valyutaya tələbatının kəskin azalması qaçılmazdır. Üstəgəl, gündəlik tələabar
mallarının qiymətlərin kəskin artımı əhalinin əlinə keçən manat kütləsini
valyutaya yönəltməyə və valyuta ilə yığım etməyə imkan yaratmır. Məsələn, 5-6
ay əvvəl 4 nəfərlik bir ailənin minimum istehlak səbətini 600-650 manatla
qarşılamaq mümkün idisə, indi həmin məblğəğ 800-850 manatdan az deyil.
Monitorinq
aparan təşkilatlar daşınar və daşınmaz əmlak bazarında dövriyyənin ən azı 2
dəfə daralması ilə bağlı rəylər səsləndirir. Deməli, iri məbləğli sövdələşmələr
üçün də valyuta tələbatı ötən ilə nisbətən kəskin azalıb.
Nəhayət,
tikinti və xidmət sektorunda, dövlət şirkət və müəssisələrində iş yerlərinin
geniş ixtisarı insanları nəinki valyuta almaq, hətta gündəlik istehlak üçün
zəruri əmtəələrə tələbatlarını ödəmək imkanından mərhum edib.
Odur
ki, daxili tələbatın yaxın aylarda manatın dəyərdən düşməsi üçün fəal amil kimi
rolu zəif olaraq qalacağı tamamilə realdır. İnflyasiya və valyuta
ehtiyatlarının daha sürətli əriməsi təhlükəsi altnda Mərkəzi Bankın iqtisadi
fəallığı artırmaq məqsədilə manat defisitini aradan qaldırmağa həvəsli
görünməməsi hazırkı iqtisadi durğunluğun müəyyən bir müddətdən sonra böhranla əvəzlənməsini qaçılmaz edir.
Hökumətin hətta SOCAR-ın da bütün resurslarını tikinti bazarında canlanmaya
cəlb etməsi iqtisadi fəallığı bərpa etməyə yetərli olmayacaq. Qısamüddətli
dövrdə (bir neçə aylıq) sosial gərginliyi xəfiflətmək üçün bu addımların
“ağrıkəsici effekti” hiss edilə bilər. Lakin bu effektin təsiri bitən kimi
iqtisadiyyat “kəskin ağrılardan qovrulan xəstə”nin vəziyyətinə dönəcək.
İqtisadi böhranın qarşısını yalnız dəyər yaradan, dayanıqlı iş yerləri formalaşdıran sektorların dəstəkənməsi alacaq.
Xariclə əmtəə və xidmət ticarətinin
qurulması üçün vayuta ehtiyacları
Rəsmi
mənbələrdə təqdim edilən məlumatları analiz etsək, 2015-ci ildə Azərbaycanın
başqa ölkələrdən əldə etdiyi əmtəə və xidmətlərə hər ay təxminən 1.5 milyard
dollar xərclənib. Comtrede və UNCTAD-ın
göstəricilərindən çıxış etsək, real göstərici 2 milyard dollardan az deyil. İl
ərzində Azərbaycanın dünyaya satdığı əmtəə və xidmətlərin orta aylıq həcmi isə
1.4 milyard dollar olub.
Hökumətin məlumatına görə, yanvarda əmtəə idxalında kəskin azalma
var. Prinsip etibarı ilə qısa müddətdə idxalı əvəzləyən istehsal yaradılmadı
ki, idxal kəskin ixtisar olsun. Deməli əsas səbəb itisadi vəziyyətin
pisləşməsindən dolayı istər müəssisələrin, istərsə də ev təsərrüfatlarının
idxal ehtiyaclarının azalmasıdır. Məsələn, xammalı xaricdən alan müəssisələri idxalı
azalırsa deməli istehsal imkanlarını itirir. Yaxud ev təsərrüfatlarının əvvəlki
alıcılıq qabiliyyəti yoxdusa, bir çox idxal mllarını almaqdan imtina etməli
olacaq. Qısası, idxalı əvəzləyin istehsal yarandığı tədqirdə idxal azalırsa, bu
pozitiv xəbərdi və milli istehsalın inkişafına işarədir. Yox belə istehsal
yaradılmadığı halda idxal kəskin azalırsa, bu neqativ xəbərdi və
müəssisə-şirkətlərin istehsal potensialının, ev təsərrüfatlarının isə
gəlir-məşğulluq imkanlarının itirilməsinə işarədir. Amma səbəbindən asılı
olmayaraq əmtəə idxalının azalması milli valyutaya təzyiqi azaldır.
Eyni vəziyyəti xidmət idxalına münasibətdə də baş verəcəkmi? Hələlik
rəsmi təsdiqlənməyən məlumata görə, 2015-c ildə Azərbaycanın xaricdən xidmət
idxalı 8 milyard dollar ətrafında olub – az qala elə əmtəə idxalı qədər. Həmin
xidmətlərin 40%-ə qədəri tikinti, 30%-ə qədəri turizm, 15%-ə qədəri nəqliyyat
və rabitə, yerdə qalan 15%-ə qədəri isə strukturu açıqlanmayan “hökumət
xidmətləri”, “digər işgüzar xidmətlər” kimi xidmətlər təşkil edib. Əmtəələrdən
fərlqi olaraq bu xidmətlərə tələbatın hansı hissəsinin ixtisar ediləcəyini
proqnozlaşdırmaq çox çətindir. Çünki indiyə qədər bizim hansı xarici
xidmətlərdən isitfadə etdiyimiz, onlara tələbata hansı faktorların təsir etdiyi
barədə fundamental araşdırma və təhlillər yoxdu ortada.
Yalnız turizm idxalının azalacağı çox real görünür. Çünki “ucuz
dollar” dövründə valyuta alıb çox uzada yox, elə Gürcüstan, Ukrayna və
Belorusda dincələn kifayət qədər orta təbəqəyə mənsub insanlar vardı. Manatla
bu xidmətlərlə bağlı xərclərin son 1 ildə 2 dəfə bahalaşması xaricə turizmin cəlbediciliyini
əhəmiyyətli dərəcədə azaldır.
Bir sözlə, xidmət idxalına yönəldilən valyuta həcmlərinin də azalması
real görünür və bu faktor hesabına da manata təzyiqin xəfifləyəcəyi real
görünür.
Ölkəyə gələn və ölkədən gedən valyuta
gəlirləri
2015-ci
il üzrə əmək haqqı və investisiya gəlirləri formasında ölkədən hər ay təxminən
220-230 milyon dollar valyuta çıxıb, ölkəyə bu kanalla gələn gəlirlər isə
təxminən 4 dəfə az olub və 55 milyon dollar ətrafında olub. Azərbaycandan çıxan
vəsaitlər demək olar ki, xarici neft şirkətlərilə bağlı olub və neftin
qiymətinin azalmasına uyğun olaraq həmin məbləğ də azalacaq.
Bu
təsnifat üzrə valyuta axınlarının bir mənbəyi də kənarda işləyən
vətəndaşlarımızın pul köçürmələridir. İlkin məlumata görə, bu köçürmlərin həcmi
2015-ci ildə əvvəli ilə nisbətən 50%-dən çox azalıb. Əgər azalma 2016-cı ildə
də davam edərsə, bu manata təzyiqi artıran, onun məzənnəsinin sabitliyinə təsir
göstərən neqtiv amildir.
Kapitalın hərəkətinin dinamikası
Bu,
rəsmi qaydada birbaşa və portfel formasında ölkədən çıxan və ölkəyə gələn
investisiyaların, qeydiyyatsız formada (kapital qaçışı) ölkədən çıxan və ölkəyə
gələn, xarici borc formasında ölkəyə gələn və həmin borcların ödənilməsi üçün
ölkədən çıxan vəsaitlərin nisbətini göstərir. Əgər bütün bu pozisiyalar üzrə
ölkəyə gələn valyuta ölkədən çıxan (istər rəsmi, istərsə də qeyri-rəsmi) çoxdursa,
milli valyutanın məzənnəsinin sabit qalması təminat var. Əks proses olduqda
milli valyutanın dəyərdən düşməsi qaçılmazdır. Necə ki, 2015-c ildə manatın
dəyərdən düşməsində həlledici amil məhz bu faktor oldu. Təkcə 2015-ci ilin 9
ayında kapitalın hərəkəti çərçivəsində ölkədən çıxan valyutanın həcmi daxil
olan valyutanın həcmini 9 milyard dollara yaxın üstəlyib və ödəmə balansının
ümumi mənfi saldosu Mərkəzi Bankın ehiyatlarının əriməsi hesabına kompensasiya
edilib.
Ölkədən
kənara investisiya qoyuluşunun artması daha realdır, nəinki xarici sərmayənin
ölkəyə gəlişi. İqtisadiyyatdakı hazırkı inhisarçılıq, siyasi qrupların iqtisadi
hakimiyyəti əldən verməmək istəyinin çox güclü olması, ölkədə azad məhkəmə
sisteminin yoxluğu ölkəyə sərmayə gətrimir – ölkədən sərmayələri qaçırır.
Bu
baxımdan 2016-cı ildə kapiatal hərəkətində olan mənfi saldonu müsbətə çevirmək
mümkün görünmür. Doğrudur, hökumət artıq kənara kapital çıxışına sərt hüquqi
məhdudiyyətlərlə bağlı ilk addımlar atıb. Amma siyasi idarəetmədə şəffaflığın
olmaması, potensial olaraq kənara çıxa biləcək iri həcmli kapitalın siyasi
təsir və sərhəd nəzarət rıçaqarını əlində saxlayan qruplara məxsus olması qeyri-rəsmi kapital axınları üçün münbit zəmin yaradır. Üstəlik, neft gəlirlərinin kəskin azaldığı
dövrdə hakimiyyətdaxili siyasi münasibətlərin açıq formada kəskinləşməsi kənara
kapital axının qarşısına almağı xeyli çətinləşdirir. Hökumətin daxilində
istənilən kiçik bir siyasi münaqişə valyuta bazarına öz izlərini buraxacaq.
“Manatın
taleyi necə olacaq”, “valyuta bazarında yaxın dövrdə hansı proseslər baş verə
biləcək” kimi suallara cavab vermək üçün məhz göstərilən amillərin hər biri
üzrə opretiv və etibarlı informasiyalar olmalıdır. Əslində son günlər nefin 32-33 dollar olduğu şəraitdə "Manat dollar qarşında niyə möhkəmlənir" sualına əsaslandırılmış, rəqəmlərin dililə cavab verməyə kimsə meyl göstərmir. Çünki ortda opretiv informasiyalar yoxdu - ölkəyə əmtəə və xidmət ixracı vasitəsilə, təkrar və ilkin gəlirlər formasında, sərmayə və xarici borc qismində nə qədər valyuta daxil olub, bəs həmin kanallar vasitəsilə ölkədən nə qədər valyuta çıxb, ev təsərrüfatları valyuta bazarından nə qədər valyuta alıb? Ötən ilin eyni dövrünə nisbətən bu rəqəmlər arasında fərq nədir?
Peşəkar və əsaslandırılmış təhlil sullara faktlarla cavab verəndə ortaya çıxır...
No comments:
Post a Comment