Hökumət torpaqdan istifadə etməyən fermeri cəzalandırmaq üçün hüquqi mexanizmlər hazırlayır. Amma bir dəfə də olsun əlində orta hesabla 1.5-2 hektar torpağı olan, ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının cəmi 28-29%-nə sahib olan kiçik fermerlərin niyə öz məhsullarını emal sənayesinə sata bilmədiyini, ya da əlverişli qiymətlə sata bilmədiyini ciddi araşdıran hansısa rəsmi qurumun əsaslandırlmış mövqeyinə rast gəlmədik. Lap elə kənd təsərrüfatını nazirini götürək - dünən ANS TV-yə geniş müsahibəsində bu ağrılı və həlli vacib problemin səbəblərinin, müxtəlif təşəbbüslər vasitəsilə onun üzərinə gəlmədi, Ölkənin ən iri qida müəssisəsi etiraf edir ki, satdıqları məhsulların az qala yarısı idxal edilir. Bu da yüksək texnoloji məhsul deyil ki, onun istehsalı ölkədə müşkül olsun...
Reallıqda isə bütün dünyada qida sənayesi müəssisələri kiçik fermerlərin məhsulun
reallaşmasında ən mühüm kanallardan biridir. Emal sənayesinin alış potensialından
istifadə xüsusilə də uzun müddət saxlanması mümkün olmayan məhsullar üçün sön dərəcə
vacibdir. Məsələn, meyvə-tərəvəz məhsillarının əksər növləri dərildikdən cəmi
bir neçə saat ərzində mütləq satılmalıdır. Eyni qaydada yumurta istisna olmaqla
heyvandarlıq məhsulları da ilkin istehsaldan dərhal sonra ya birbaşa istehlaka,
ya da emal zəncirinə daxil olmalıdır.
Fermerlərlə emal müəssisələri arasında əlaqələrin inkişafı, qida sənayesinin
potensialının gücləndirilməsində elə bir sıra keçid ölkələrinin təcrübəsinə
diqqət yetirmək kifayətdir. Məsələn, Polşa əhalinin adambaşına düşən kənd təsərrüfatı
torpaqlarının həcminən görə təxminən Azərbaycanla eyni vəziyyətdədir. Azərbaycanda
bu göstərici təxminin 0.5 ha ,
Polşada 0.43 ha
təşkil edir. Lakin Azərbaycanla müqayisədə Polşada qida sənayesi həddən artıq
böyük potensiala malikdir. Məslən, Polşada 16.2 milyon hektar becərilən kənd təsərrüfatı
sahəsi var. Bu qədər sahədən istehsal olunan kənd təsərrüfatı məhsulu emal etmək
üçün qida sənayesində 418 000 nəfər çalışır. Bu o deməkdir ki, fəal becərilən hər
1 milyon hektar sahənin məhsulun emal ilə təxminən 25 min nəfər məşğul olur. Azərbaycanda
bu göstərici təxminən 3 000-dir. Yaxud Polşada qida sənayesində mikro və kiçik
ölçülü emal müəssiələri nəzərə alınmasa, 1500 orta və iri ölçülü emal müəssisəsi
var. Qida emalının 23%-i mikro və kiçik, 77%-i isə orta və iri ölçülü müəssisələrin
payına düşür. Göründüyü kimi, bütün ölçülərdən olan müəssisələri nəzərə alsaq,
hər 1 milyon hektar sahənin məhsulunun emalında 1200-dək emal müəssisəsi
iştirak edir. Azərbaycanda bu göstərici real fəaliyyət göstərən müəssisələrin
sayı hesabı ilə 50-yə çatmır. Əslində emal sənayesində müəssisələrin çoxluğu həm
fermerlər üçün böyük müştəri kontngentinin olduğunu, həm də bu sahədə rəqabətin
yüksək səviyyəsini nümayiş etdirir. Avropa Birliyinə üzvülükdən sonra Polşada
qida sənayesinin potensialı daha çox güclənib.
2004-cü ildən başlayaraq ət emalı müəssisələrinin sayı 61-dən 856-ya, saənaye
üsulu ilə quş əti istehsalı müəssisələrinin sayı 40-dan 218-ə, süd emalı müəssisələrinin sayı 55-dən 272-ə yüksəlib.
Postsovet dövlətlərindən Moldovanın da qida sənayesinin inişafı sahəsində
təcrübəsi maraq doğurur. Bu ölkədə ÜDM-nin təxminən 15%-ni kənd təsərrüfatı
sektoru, 11%-ni qida sənayesi formalaşdırır. Qida emalı əsasən yerli kənd təsərrüfatı
məhsullarının bazasında qurulub. Aqrar sektorun yaratdığı əlavə dəyərin hər
1%-i emal zəncirində yenidən 0.75% əlavə dəyərə yaradır. Lakin Azərbaycanın ÜDM-də aqrar sektorun payı
təxminən 5%, qida sənayesinin payı 1% ətrafındadır. Bu o deməkdir ki, kənd təsərrüfatı
sektorunun qida emalı zəncirində əlavə dəyər formalaşdırmaq potensialı Moldova
ilə müqayisədə Azərbaycanda təxminən 3.5 dəfə aşağıdır. Moldovada kənd təsərrüfatına
yararlı torpaqların təxminən 74%-i və ya 1.84 milyon hektarı özəlləşdirilib (Azərbaycanda
isə 29%-i və ya 1.35 milyon hektarı). Özəl torpaqların 40%-i məhdud məsuliyyətli
cəmiyyət statusuna malik biznes strukturlarına təxminən 50%-i ailə fermer təsərrüfatlarına
və kooperativlərə məxsusdur. Ümumi kənd təsərrüfatı istehsalının 70%-ni
bitkiçilik, 30%-ni isə heyvandarlıq məhsulları formalaşdırır. Qida sənayesində əsas
pay meyvə-tərəvəz, şərabçılıq və şəkər emalına məxsusdur. Ölkədə kiçik və böyük
ölçülü 170-dək şərabçılıq müəssisəsi, 27 meyvə-tərəvəz emalı üzrə ixtisaslaşmış
konserv zavodu, 9 şəkər zavodu, ət emalı üzrə ixtisaslaşmış 9 iri emal zavodu və
bu sahədə fəaliyyət göstərən onlarla kiçik və orta ölçülü müəssisə fəaliyyət
göstərir. Xüsusilə də Moldova çox geniş üzümçülük potensialına sahibdir və bu
ölkənin üzüm sahələri Azərbaycanla müqayisədə təxminən 10 dəfə çoxdur. Bütün bu
emal müəssisələri bağlanmış müqavilələr və razılaşdırılmış qiymətlər əsasında
ailə təsərrüfatlarından və kooperativlərdən məhsul alırlar.
Lakin Moldovada bu proseslərin daha uğurlu təşkili həm hüquqi mühit,
həm də zəruri bazar institutlarının effektiv fəaliyyətilə bağlıdır. Son 15 ildə
bu ölkədə Kiçik fermerçiliyin təşkili haqqında Qanun, Kənd təsərrüfatı və ərzaq
bazarının təşkili və fəaliyyəti haqqında Qanun, Kooperativlər haqqında Qanun,
Kiçik müəssisələrə dövlət dəstəyi haqqında Qanun qəbul edilib.
İnstitutlara gəldikdə, Moldova Fermerlərinin Milli Federasiyası, Kənd
təsərrüfatı istehsalçıları birliklərinin Milli İttifaqı, Kənd təsərrüfatı
problemləri üzrə ixtisaslaşmış QHT-lərin Milli Şəbəbkəsi fəaliyyət göstərir. Bu
strukturlar həm hökumət, həm də məhsul alan subyektlər qarşısında fermerlərin
maraqlarının qorunması üçün effektiv fəaliyyət göstərirlər.
"Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
ReplyDeleteHər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.