Mərkəzi Bankı 2015-ci ilin tədiyyə
balansının yekunlarına dair məlumatları açıqlayıb. Məlumat üçün deyim ki, tədiyyə
balansı ölkədə makroiqtisadi durumu qiymətləndirmək üçün ən mühüm statistik
alətdir. O hər bir milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə xarici valyuta
əsasında qarşılıqlı əməliyyatlarının (ticarət, borclanma, sərmayə qoyluşu,
kapital və gəlirlərin əldə edilməsi) nisbətini müəyyən edir. Milli valytanın
məzənnəsinin sabitliyini, ölkənin valyuta ehtiyatlarının dayanıqlılğını da məhz
tədiyyə balansının təhlili əsasında proqnozlaşdırmaq mümkündür.
Son 11 ildə (sonuncu dəfə 2004-cü ildə qeydə
alınmışdı) sonra ilk dəfədir ki, cari əməliyyatlar balansında kəsir yaranıb.
2015-c ilin nəticələrinə görə, cari hesabda 222.5 milyon dollar defisit
yaranıb. Məlumat üçün deyim ki, 2014-cü ildə cari əməliyyatlar balansında 10.4
milyard dollar, 2013-cü ildə 12.3 milyard dollar, 2012-ci ildə 14.9 milyard
dollar müsbət saldo qeydə alınmışdı.
Cari əməliyyatara daxildir: əmtəələrin
idxal-ixracı, xidmətlərin idxal-ixracı, xaricdən əldə edilən və xaricə ödənilən
gəlirlər. Bu hesabda defisit yaranması o deməkdir ki, yuxarıda sadalanan
əməliyyatlar çərçivəsində Azərbaycanın dünya ölkələrinə ödədiyi xarici
valyutanın həcmi əldə etdiyi valyutanın həcmindən 222.5 milyon dollar az olub. Xarici
ticarət balansına əsasən, məhsulların ixracı idxalı 5.8 milyard dollara
üstələsə də, xidmətlər balansında 4.2 milayrd dollar, ilkin gəlirlər hesabında
2 milyard dolar kəsir yaranıb. Nəticədə əmtəə əməliyyatlarından ölkənin valyuta
qazancları tam həcmdə xaricdən xidmətlərin əldə edilməsinə və əcnəbilərin
Azərbaycanda əldə etdiyi qazancların valyuta formasında ödənilməsinə sərf
edilib.
Rəsmi məlumatlardan aydın olur ki,
Azərbaycan il ərzində 14 milyard dollarlıq neft-qaz məhsulları ixrac edib, 2.4
milyard dollarlıq isə neft-qaz məhsullarını idxal edib. Amma ölkədən qeyri-neft
məhsullarının ixracı 1.5 milyard dollar, həmin kateqoruayadn olan məhsulların
idxalı isə 7.4 milyard dollar olub. Göründüyü kimi, neft-qaz üzrə xarici
ticarətdə ölkənin 11.6 milyard dollar həcmində müsbət ticarət saldosu,
qeyri-neft məhsulları üzrə xarici ticarətində isə 5.9 milyard dollar kəsir
yaranıb. Sadə dillə desək, neftdən əldə etdiyimiz valyuta qazanclarının
əhəmiyyətli hissəsini tələbatımız olan qeyri-neft məhsullarının xaricdən
alınmasına xərcləyirik.
2015-ci ildə Azərbaycan təxminən 8.7 milyard
dollar xidmət idxal edib. Həmin vəsaitin 2.6 milyard dolları turizm
xidmətlərinə, 3.5 milyard dolları tikinti xidmətlərinə, 1 milyard dolları
nəqliyyat xidmətlərinə yönəldilib. Tikinti xidmətləri üçün xaricə ödənən
vəsaitlər demək olar ki, neft layihələri ilə bağlıdır. Belə ki, Mərkəzi Bankın
məlumatına görə, ötən il neft sektoru tikinti xidmətləri üçün xaricə 3.3
milyard dollar ödəyib.
Ötən il Azərbaycanın xaricə turizm
xidmətləri ixracı 2.3 milyard dolları olub
- yəni Azərbaycan vətəndaşları dünya ölkələrində turist kimi xərclədiyi
xarici valyutanın həcmi əcnəbilərin bizim ölkədə xərclədiyi vəsaitdən təxminən
300 milyon dollar çoxdur. Əcnəbilər üçün göstərilən nəqliyyat xidmətlərinin
həcmi isi 1.5 milyar dollar olub ki, bu
da həmin xidmətlərin idxal həcmindən 500 milyon dollar çoxdur.
İlkin gəlirlər hesabı çərçivəsində Azərbaycandan
xaricə 3.3 milyard dollar ödənilib ki, bunun 2 milyard dollarını xarici
neft-qaz şirkətlərinin əldə etdiyi gəlirlərin ölkədən çıxrarılması (2014-də bu
məbləğ 3.1 milyard dollar olmuşdu), yerdə qalan 1.3 milyard dolları isə xaricilərə
ödənən əmək haqları və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər təşkil
edib. Bu hesab çərçivisində Azərbaycana daxil olan vəsait isə 12 milyard
dollardan bir qədər çox olub ki, onun da 228 milyon dolları Dövlət Neft
Şirkətinin xaricdəki fəaliyyəti ilə əlaqədar gəlirlərdir.
Təkrar gəlirlər formasında il ərzində
Azərbaycana 1.227 milyard dollar daxil olub, ölkədən 1 milyard dollar çıxıb. Daxil
olan vəsaitlərin 1.183 milyard dollarını əhaliyə xaricdən pul köçürmələri (məsələn,
Rusiyadan) təşkil edib. Ötən il bu göstərici təxminən 1.7 milyard dollar
olmuşdu.
Tədiyyə balansında əsas gərginlik maliyyyə
hesabı ilə bağlı olmuşdur. Bu hesab çərçivəsində ölkəydən çıxan valyuta
vəsaitlərinin həcmi ölkəyə daxil olan valyutanın həcmini 11 milyard dollar
üstələmişdi. Cari hesablar balansının kəsiri də nəzərə alınmaqla ölkənin valyuta
aktivləri 11.3 milyard dollar azalmışdı. Bu azalmanın 8.7 milyard dolları
Mərkəzi Bankın, yerdə qalan hissəsi isə Neft Fondunun ehtiyatlarının əriməsi
hesabına baş vermişdir.
İl ərzində birbaşa investisiya formasında
ölkədən çıxan vəsait 3.259 milyard dollar olub
- ondan 1.8 milyard dolları xaricdəki neft-qaz layihələrində investisiya
öhdəlikləri ilə bağlı oub. Ölkəyə birbaşa investisiya formasında 4.045 milyard
dollara daxil olub – bunun da 3.227 milyard dolları xarici neft-qaz şirkətləri
yönəldib.
Birbaşa investisiyalar formasında qeyri-neft
sektoruna 818 milyon daxil olub – 2014-də 1.3 milyard dollara yaxın olmuşdu.
Portfel investisiyalar formasında Azərbaycandan
380 milyon dollara çıxıb, ölkəyə 773 milyon dollar daxil olub. Halbuki 2014-cü
ildə Azərbaycan iqtisadiyyatına portfel investisiyalar 1.750 milyard dollar
təşkil etmişdi.
2015-ci ildə depozitlər və nağd valyuta
formasında Azərbaycan vətəndaşları (yerli və hüquqi şəxslər hamısı birlikdə) ölkədən
xaricə 6.234 milyard investisiya edib - əvvəlki il bu 4.779 milyard dollar
olmuşdu. Məsələ bundadır ki, 2014-cü ildə əcnəbilər depozit və nağd valyuta
formasında Azərbaycana 410 milyon vəsait gətirsə də, 2015-ci ildə onlar bu
kanal çərçivəsində Azərbaycandan 1.589 milyard dollar çıxarıblar (əvvəlki
illərdə gətirilmiş depozit və nağd valyutanın geri qaytarılması).
Tədiyyə balansının durumu göstərir ki, böyük
neft pulları daxil olmağa başlayandan (2005-ci il) 2015-ci il sonra Azərbaycan
iqtisadiyyatı üçün ən gərgin il olub. Əgər iqtisadi fəallığın kəskin azalması
fonunda hökumət xarici investisiyaların azalma və ölkədən kənara isə kapital
axınlarının artımı tenensiyasını zəiflədə bilməsə, ölkə iqtisadiyyatının
hazırkı durğunluqdan xilası çətin görünür – ölkənin yaşadığı hazırkı kəskin
maliyyə defisitinin səbəbələrini 2015-ci ilin tədiyyə balansı real göstərir