Aydındır ki, iqtisadi inkişafda həlledici olan təkcə
sərmayələrin həcmi yox, həm də onların sosial-iqtisadi səmərəliliyidir
(keyfiyyəti). Amma bu da bir gerçəklidir ki, böyük neft pulları dövründə
Azərbaycan hökuməti "resurs lənəti" nəzəriyyəsi üçün xarakterik olan
"inkişafsız artım"ı ölkəyə gətirə bilmişdi - əlbəttə sərmayələrin
böyük kəmiyyəti hesabına.
Amma rəsmi statistika göstərir ki, 2016-cı il
sərmayələrin kəskin azalması ilə start götürüb. Söhbət isə hər şeydən əvvəl
qeyri-neft sektorundan gedir. O sektordan ki, özünüz pik dövrü ilə müqayisədə
gəlirlərini 10 milyard dollara yaxın itirən neft sektorunun yükünü çəkməlidir.
Rəsmi statistikaya görə, ötən ilin ilk rübünə nisbətən
2016-cı ilin yanvar-mart aylarında qeyri-neft sektoruna investisiyalar 3
dəfəyədək azalıb (1.7 milyard manatdan 626 milyon manata enib).
Qeyri-neft sektorunun aparıcı 4 sahəsi üzrə
sərmayələrin dinamikasına diqqət edin:
1) Mənzil tikintisinə qoyulan sərmayələr 255 milyondan 125 milyona enib;
2) Kənd təsərrüfatına qoyulan sərmayələr 69 milyon
manatdan 21 milyon manata enib;
3) Turizmə qoyulan sərmayələr 27 milyon manatdan 5
milyon manata enib;
4) Qeyri-neft emal sənayesinə sərmayələr 27 milyon
manatdan 18 milyon manata enib.
Qeyri-neft
sektorunun aparıcı sahələri olan bu 4 isiqamətin ümumi sərmayələrdə payı nə
qədər olsa yaxşıdı - cəmi 5.8%. Bu qədər kiçik pay, həm də kəskin azalma.
Halbuki ötən ilin 1-ci rübündə həmin rəqəm 11.6% olmuşdu.
Sərmayələrin keyfiyyətli istifadəsini kənara qoysaq belə, onlar çoxlu sayda insan üçün iş və qazanc yeridi, dövlət büdcəsi üçün vergi mənbəyidi...
Sosial-iqtisadi
səmərəliliyi dəqiq əsaslandırılmış və dinamik artan sərmayə siyasəti və mühiti
yoxdusa, iqtisadiyyat yalnız enişə doğru sürətlə irəliləyə bilər. Sərmayələr belə
kəskin həcmdə azalırsa, səbəbi təkcə iqtisadi tənəzzülün doğurduğu resurs qıtlığında axtarmaq lazımmı? İqtisadiyyatın
perspektivinə, hökumətin islahatlarına güvənsizliyin burda heçmi rolu
yoxdu?....Sərmayələrin keyfiyyətli istifadəsini kənara qoysaq belə, onlar çoxlu sayda insan üçün iş və qazanc yeridi, dövlət büdcəsi üçün vergi mənbəyidi...
Qeyd: yazını yayarkən bloqa istinad şərtdir
No comments:
Post a Comment