Hər il olduğu kimi bu il də deputatların büdcə
müzakirələri tələskənliyi və formallığı ilə yadda qaldı. İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının (OECD) tövsiyyəsinə görə, büdcənin parlament müzakirələri
üçün kifayət qədər vaxt ayrılmalı və bu müddət heç bir halda 1 aydan az
olmamalıdır. Təşkilatın ekspertləri hesab edir ki, müzakirələrin müddəti
büdcənin dərin və effektiv tədqiqi baxımından çox vacibdi.
Keyfiyyətini
kənara qoyaq, Azərbaycanın 2015-ci il büdcəsi cəmi 3 plenar iclasda, 1 komitə
iclasında müzakirə edildi. Bizdə büdcə cəmi 1 oxunuşda müzkirə edilib
təsdiqlənir. Dünyanın xeyli sayda ölkəsində büdcə ən azı 3 oxunuşda müzakirə
edilir. Adətən birinci oxunuşda büdcə layihəsi və ölkə iqtisadiyyatının ümumi
vəziyyəti, hökumətin prioritetləri ümumi şəkildə müzakirə edilir və belə
müzakirlər aparılır. İkinci oxunuşda detallı müzakirələr aparılır, büdcə
bölmə-bölmə müzakirəyə çıxarılır və layihəni hər bir sahəyə məsul nazir təqdim
edir. Sonuncu oxunuş büdcəyə təklif olunmuş və yenidən işlənmiş variantın
təsdiqi ilə başa çatır.
Bunları xatırlatmağın məqsədi var: məhz bu
cür təfsilatlı büdcə müzakirələri olduğu şəraitdə büdcə barədə qaranlıq heç bir
sual qalmır. Amma bizdə büdcə 3 gün müzakirə olundu, hələ də cəmiyyətə aydın
deyil ki, 2015-c ilin büdcəsindən kim necə bəhrələnəcək. Siyasi institutlar büdcə barədə tam
məlumatsızdı. Sosial qrupların maraqlarını müdafiə edən təşkilatların yoxluğu
onları da büdcədən tam məlumatsız buraxır. Məsələn, həkimlər, müəllimlər,
mədəniyyət işçiləri onların gələn ilki maaşlarının artıb-artmayacağı ilə bağlı
şaiələrə inanmaqdan savayı yolu yoxdu.
Qəzetlərin işi lap qəlizdi: büdcə
məlumatlarına yaxındılar, amma həm də əlləri çatmır. Elə bu əlçatmazlığın da
səbəbi parlament müzakilərələrinin qaçaqaçla keçməsidir. Jurnalistlərin marağı
olmaması arqumenti yanlışdı, çünki büdcə çox maraqlı mövzudu.
Görünür elə bu məlumatsızlığın nəticədir ki,
son günlər mediadan ən çox eşitdiyim sual da elə budur: gələn maaş, təqaüd və
müavinətlər artacaqmı?
2015-ci ilin büdcəsindən sosial sahədə
(təhsil, səhiyyə, mədəniyyəy-incəsənət) çalışanların əmək haqqının ödənilməsinə
1,467 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2014-cü ilə nisbətən cəmi 3%
artım deməkdi. Ümumilikdə gələn ilin
büdcəsindən əmək haqlarının artımına 420 milyon manat ayrılması nəzərdə tutulur
ki, bundan cəmi 11%-i 500 min nəfərədək insanın çalışdığı sosial
sahələrə ayrılacaq.
Gələn il dövlət idarəetmə və hüquq-mühafizə
sistemində əmək haqqı xərcləri təxminən 1.1 milyard manat təşkil edəcək ki, bu
2014-cü ilə nisbətən 22% çoxdur. 2015-ci il üzrə əmək haqqı artımları üçün
nəzərdə tutulan vəsaitlərin təxminən 50%-i məhz bu 2 sahəyə ayrılacaq.
Tələbə təqaüdlərinin artımı üçün vəsait
nəzərdə tutulmur. 2015-cü ildə həmin məqsəd üçün 25.8 milyon manat vəsait nəzərdə
tutulur. Bu, təqribən 2014-cü ilin göstəricisinə bərabərdir.
Sosial müdafiə xərcləri çərçivəsndə ödənilən
sosial yardım və müavinətlər üzrə
xərclərin isə cəmi 2% və ya 32 milyon artımı gözlənir.
No comments:
Post a Comment