Ölkənin iqtisadi inkişafı ilə özəl sektorun kreditləşdirilməsi səviyyəsi arasında birbaşa düz əlaqə var: yüksək inkişafa malik ölkələrin hamısında özəl sektora verilən kreditlərin ÜDM-də payı yüksək, orta inkişaf səviyyəinə malik ölkələrdə orta, zəif inkişaf etmiş ölkələrdə isə aşağı olur.
Məsələn,
Niderlandda 220%, Danimarkada 180%, Finlandiyada 165%, Almaniyada 140%, Böyük
Britaniyada 140%, Fransada 135%,
Avstraliyada 130%, Avstriyada 120%, Yaponiyada 110%, ABŞ-da 80%, Türkiyədə 72%, Braziliyada 65%, İranda 55%,
Afrikanın və Asiyanın inkişafdan qalan ölkələrində 5-30%
intervalında dəyişilir.
İqtisadi
təhlillə məşğul olan ekspertlərin
bildiyi bu faktları xatırlatmaqda məqsədim başqadı. Özəl sektorun kreditləşmə səviyyəsinə görə, Azərbaycan da inkişafda qalan
ölkələrin sırasında yer alıb. Beyəlxalq Bankın vasitəçiliyi və hökumətin zəmanəti ilə SOCAR-a verilən kreditləri nəzərə almasaq, Azərbaycanda bank sektorunun
kreditlərinin ÜDM-də payı 30%-dən
azdır. Belə bir mənzərə fonunda bütün iqtisadi subyektlərin
kreditə bərabər əlçatanlıq imkanlarının təmin edilməsinə,
kredit bazarında rəqabətli və ədalətli
mühitin formalaşdırmasına birbaşa məsuliyyət daşıyan Mərkəzi Bankın özünün bank
sektoruna verdiyi kreditləşmə mexanizmi
nə dərəcədə şəffaf və ədalətlidir? Rəqəmlərə baxıb, özünüz nəticə çıxarın. 2015-ci ilin yekunlarına görə 18.9 milyard manat aktivlərə malik olub. Həmin aktivlərin təxminən
6.3 milyard manatı (33.3%-i) kredit kimi banklara verilib. Şəffaflıq problemi də məhz bu resurslar ətrafında yaranır. Banklara verilən
6.3 milyard manat kreditin 4.493 milyard manatı və ya 71%-i 3 banka verilib. Mərkəzi
Bankın kreditlərinin ifrat əmərküzləşmə səviyyəsinə fikir veririsinizmi - 40-dək bankın
olduğu ölkədə 3 bank Mərkəzi
Bankın kredit resurslarının 71%-nə sahib
olur? Hansı meyar və prinsiplə bu konsentrasiya yaranır? Söhbət hansı
banklardan gedir? Mərkəzi Bank haqqında Qanunun 33.2-ci maddəsinə görə, bankların yenidən maliyyələşdirmə əsasında kreditləşdirməsinin forma,
qayda və şərtlərini Mərkəzi Bank
müəyyən edir. Təəssüf ki, bu qaydalar qapalıdır və Mərkəzi Bank qaydaları açıqlamır.
Halbuki ölkə Konstitusiyasının
19-cu maddəsinin 2-ci hissəsinə görə,
Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. Yəni ictimai təsisat kimi bu
qurumun dövlət sirri təşkil etməyən məlumatları, həmçinin normativ sənədləri cəmiyyət
üçün açıq olmalıdır.
Eyni yanaşmanı hökumət zəmanəti
ilə iqtisadiyyatın subyektlərinə kreditlərin verilməsində də görə bilərik. 2015-ci ildə Mərkəzi Bankın bütün
kreditərinin 62%-i və ya 3.9
milyard manatı hökumət zəmanəti ilə verilib.
Mərkəzi Bank haqqında Qanunun 49-1-ci maddəsinə görə, Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi,
real sektorun inkişafı üçün məqsədli (dövlət zəmanəti əsasında) kreditlər verə bilər. Amma hesabata baxdıqda həmin
kreditlərin hansı məqsədlər üçün, hansı meyarlar və hansı
subyektlərə verildiyi barədə heç bir məlumat verilmir. Qanuna görə, bu qaydaları da hazırlamaq Mərkəzi Bankın müstəsnas səlahiyyətidir. Amma həmin qaydalar da ictimaiyyət üçün açıq deyil...
Milli Məclis heç bir səlahiyyəti olmayan bələdiyyələrdən
hesabat almaqla bağlı Konstitusiyaya bənd əlavə eləməyi alqışladı, amma
üzvlərini özü təyin elədiyi Mərkəzi Bankdan ildə bir dəfə hesabat almağa
ehtiyac duymur. Kimsə düşünər ki, məhdud səlahiyyəti olan Parlamentə bu
hesabatın nə faydası? Ən azından bir faydası olacaq - əlində nəhəng maliyyə
resursları olan Mərkəzi Bankın həmin resurslardan necə istifadə etdiyi barədə
cəmiyyətin məlumatı olacaq. Məsələn, dövlət büdcəsi Parlamentdə müzakirə
edildiyi üçün vətəndaş cəmiyyəti büdcə sənədlərini əldə edib medianı, lap elə
sıravi insanları da büdcə ilə əlaqəli yetərincə məlumatlanıra bilir.
Mərkəzi Bankın xeyli sayda tənzimləmə səlahiyyətlərini Maliyyə Nəzarəti Palatasına alıb verməklə iş bitmir. Bu qurumun əlində qalan səlahiyyətlərini daha şəffaf, cəmiyyətə açıq və hesabatlı idarə etməsi məsələsi mütləq həllini
tapmalıdır. Əks halda iqtisadiyyatı düşdüyü böhran vəziyyətdən
çıxarmaq üçün
mühərrik funksiyasını yerinə yetirməli olan bu orqanının
proseslərə ciddi təsiri olmayacaq.
Nəzərə alaq ki, Mərkəzi Bank təkcə pul-kredit siyasətinin
həyata keçirilməsinə və prosesin tənizmlənməsinə məsul olan aparıcı rəsmi qurumlardan biri deyil.
Mərkəzi Bank həmçinin maliyyə sistemində Neft Fondundan sonra nəhəng
resurslarını idarə edən qurumdur. Bu qurumun şəffaflıq səviyyəsini heç olmzsa
Neft Fondunun tətbiq etdiyi sdandartlar səviyyəsində tutmaq lazımdır.
Bank sektorunda kredit resurslarının qıtlığında, bu resursların inkişaf etmiş ölkələrlə müqayisə də ən azı 6-7 dəfə baha olmasında da Mərkəzi Bankın kreditləşmə siyasətində ciddi problemlərin olmasının rolunu qətiyyən kənara qoymaq olmaz...
Bank sektorunda kredit resurslarının qıtlığında, bu resursların inkişaf etmiş ölkələrlə müqayisə də ən azı 6-7 dəfə baha olmasında da Mərkəzi Bankın kreditləşmə siyasətində ciddi problemlərin olmasının rolunu qətiyyən kənara qoymaq olmaz...
No comments:
Post a Comment