Milli Bankın sədri Elman Rüstəmovun dünən
AzTV-yə geniş müsahibəsində diqqətimi çəkən bir məqam oldu. Bildirir ki,
ölkə iqtisadiyyatının investisiya cəlbediciliyi baxımından milli valyutanın
sabitliyini qorumaq çox vacibdir. Söylədiyində məntiq var: istər yerli sahibkar
olsun, istər xarici investor olsun -
aktivlərinin dəyərdən düşməyəcətinə əmin olmalıdı.
Amma Milli Bank rəhbərinin bir
məsələyə münasibəti çox maraqlı olardı: artıq son 16 il manatın dollara
nisbətən bahalaşması və sabitliyi şəraitində keçib. Bu müddətdə
iqtisadiyyatımız və büdcəmiz azı 10 dəfə, bank sektorumuz 7-8 dəfə böyüyüb.
Beynəlxalq investisiya və kredit reytinqlərimiz yüksək səviyyədə olub. Bəs
nədən neft sektoruna qoyulan sərmayələri nəzərə almasaq, iqtisadiyyata qoyulan
xarici sərmayələrin ümumi investisiyalarda xüsusi çəkisi heç 5%-də çatmır?
2014-cü ildə investisiyalrla
bağlı kiçik analizə baxın, nəticəni özünüz də görəcəksiniz.
2014-cü ildə əvvəlki ilə nisbətən Azərnaycan
iqtisadiyyatına ümumi investisiya qoyuluşları 258 milyon manat və ya 1.5%
azalıb. İnvetstisiya qoyuluşları təxminən 17.6 milyard manat təşkil edib. Bu
sərmayələrin tam yarısı – təxminən 8.1 milyard manatı dövlət sektoru hesabına
təmin edilib.
Eyni zamanda, ötən il bütün investisiyaların
66.1%-i və ya 11.7 milyard manatı qeyri-neft sektoruna yönlədilib. Bu məbləğin 64%-i
(təxminən7.5 milyard manat) dövlətin sərmayələri olub. Yerdə qalan 4.2 milyard
manat qeyri-neft investisiyalarının isə 3.3 milyard manatı yerli sahibkarların
hesabına təmin edilib. Deməli, xarici sərmayədarların Azərbaycanın qeyri-neft
sektoruna yatırdığı investisiya 900 milyon manata da çatmır. Bu isə ölkə iqtisadiyyatı
üzrə ümumi investisayaların cəmi 4.8%-nə, qeyri-neft investisiyalarının isə 7.3%-nə
bərabərdir.
Hələ bir sıra strateji sahələr üzrə
investisiyaların azalmasını demirəm. Məsələn, aqrar sektora sərmayələr 47.5%,
emal sənayesinə 56%, təhsilə 37% azalıb. Əvəzində az qoyub, əziyyətsiz yaxşı qazanmaq
imkanı olan sahələrə - məsələn, tikintiyə sarmayələr 91.2%, ticarətə 67.9% artıb. Rəsmilərin etiraf
eləməsi çətindi, resurs bumunu yaşayan ölkələrdə qeyri-ticari sektor (əsasən tikinti,
xidmət sahələri) ticari sektoru (əsasən məhsul istehsal sahələri) üstələyirsə,
deməli artıq “resurs lənəti”nə əlamətlərindən qorxmaq lazımdı.
Daha bir vacib məqam: 2014-cü ildə bank
kreditləri vasitəsilə iqtisadiyyata kredit qoyuluşları 38% azalıb. Hərçənd ki,
bank kreditlərinin ümumi sərmaylərdə payı mizerdi – cəmi 3%.
İndi Mərkəzi bankın rəhbərindən bu məsələyə
aydınlı 2 sual: əgər manatın sabitliyi iqtisadiyyatın investisiya cəlbediciliyi
üçün çox vacib şərtlərdən bridirsə və Azərbacan hökuməti bu sabitliyi təmin edə
bilibsə:
1) Nədən xarici sərmayələrin
qeyri-neft investiyalarında payı 8%-dən azdı, əcnəbi investorları bizə tərəf
stimullaşıran investisiya mühitində onları buradan bürokratiya qaçaq salırmı;
2) Əlverişli investisiya
mühitində bank sektoru iqtisadiyyata sərmayə yatımında niyə cəmi 3%-lə iştirak
edir. Axı bütün dünyada banklar özəl sektorun investisiya qoyuluşlarında əsas
mənbələrdən biridi
No comments:
Post a Comment