Hökumətin son aylar qəbul etdiyi qərarlarla
subsidiya dəstəyi vermək istədiyi 3 sahədən biri baramaçılıqdı. Azərbaycanın
tarixən bu sahədə təcrübəsi, istehsal infrastrukuru olan ölkədi. Sovetlər
dönəmində 2 damazlıq ipəkçilik stansiyası, 7 barama zavodu hesabına ölkə keçmiş
ittifaqın əsas xam ipək bazalarından biri olub.
Lakin müstəqillikdən sonra bu fabriklərin
hamısı faktiki olaraq dayandı. Şəki ipək
müəssisəsinə arada əcnəbi inestorlar gəldi, yerlilərdən də kimlərinsə dəstək
verməsi ilə bağlı məlumatlar dolaşdı. Amma nəticə dəyişmədi və baramaçılıq bir
sektor kimi sıradan çıxdı.
Hökumət yenidən sahəni dirçəldəcəyini deyir
və barama istehsalçılarını həvəsləndirmək üçün subsidiya ayrılması ilə bağlı qərar
da artıq rəsmiləşib. Müzakirə edilməli əsas sual budur: hazırkı rəqabət
mühitində baramaçılığıın ölkə iqtisadiyyatı üçün faydalı bir sahə çevrilməsi
üçün imkanlar nə dərəcədə genişdir. Baramaçılıq üzrə mütəxəssislər sahənin
spesifik məsələlərini şərhə edə bilər. Məsələn, baramanın bəslənməsi üçün
ənənəvi yemləmə üsullarının alternativi varmı, saxlanacaq qurdların damazlıq
toxum bazası nə dərəcədə keyfiyyətlidir və mövcud baza hədəflənən barama
istehsalını təmin etmək üçün yetərlidirmi, məhsuldarlığı artırmaq üçün hansı
texnolji üsullar mövcuddurmu, ipəkqurdu xəstəlikləri ilə effektiv mübarizə
imkanları, kadr potensialı varmı? Bu tip sualların cavablarını peşəkar
baramaçıların və sahənin mütəxəssislərinin öhdəsinə buraxaq.
Lakin sektorun iqtisadi problemlərinə diqqət
çəkmək, xüsusən sahənin rəqabətqabiliyyətliliyini dəyərlədirmək də çox
önəmlidir. Dünya təcrübəsinin araşdırılması göstərir ki, iqtisadi baxımdan
baramaçılıq pambıqçılıqdan daha gəlirli və daha az zəhmət tələb edən sektordur.
Müxtəlif ölkələrlə ilə bağlı faktlara baxanda bunu daha əyani görmək olur.
Hazırda dünyada 850 min tona yaxın yaş
barama istehsal edilir. Bu həcmdə baramadan hər il orta hesabla 130-140 min tona
yaxın xam ipək emal edilir. Dünyada yaş baramanın təxminən 80%-ə qədərini və ya
650 min tonunu Çin istehsal edir. İlk üçlüyü Çinin ardınca Hindistan və
Özbəkistan qapayır. Hindistanda 130, Özbəkistanda isə 30 min tona yaxın yaş
barama istehsal edilir. Hazırda dünyada ümumilikdə 30 yaxın ölkədə barama
istehsal mövcuddur.
Comtrade-in məlumatına görə, 2015-ci ildə
dünya üzrə 200 tona yaxın təxminən 1.7 milyon dəyərində barama ixrac edilmişdir
ki, bu da baramanın hər kq-nın orta ixrac qiymətinin 8.5 dollara yaxın olduğunu
göstərir. Lakin ixrac olunun baramanın yaş və quruluğuna görə ixrac
qiymələtləri fərqlənir. Məsələn, ötən il Qazaxıstan 111 min ton yaş barama
ixrac edib və orta ixrac qiyməti 3.3 dollar olub. Lakin Çin 13.5 min ton quru
barama ixrac edib və orta ixrac qiyməti 18 dollara yaxın olub. Hazırda dünyada
1 kq xam ipəyin alnması üçün orta hesabla 6.5-7 kq yaş barama, 3 kq-a yaxın
quru barama istifadə edilir. Lakin ipəkqurdunun toxumunun və baramanın özünün
keyfiyyətindən asılı olaraq ayrı-ayrı ölkələrdə məhsuldarlıq fərqlidir.
Hazırrda barama istehsalı üzrə ixtisaslaşmış ölkələrdə 1 qutu baramanın ən
aşağı məhsuldarlığı 20 kq, ən yüksək məhsuldarlığı 40 kq yaş baramadır. Bu o
deməkdir ki, 1 qutu baramanın xam ipək çıxımı 2.5-3 kiloqramdan 7 kq-a qədər
dəyişir.
Rəsmi məlumata görə, Azərbaycanda yaş barama
istehsalı hazırda 70 ton ətrafındadır. Amma rəsmi mənbələrdən nə qədər ailə
təsərrüfatının baramaçılıqla məşğul olması, bir ailə təsərrüfatlarına düşən
qutluların sayı, bir qutu ipəkqurdunun barama çıxarı barədə hər hansı məlumat
əldə etmək mümkün deyil. Hökumətin təşviq siyasətinin hədəfi kimi seçilən digər
sahələrə münasibətdə yeni eyni səhvlər buraxılır: baramaçılığın hədəfi nədir:
xam ipək ixrac etməkmi? Əgər budursa, yaxın dövr üçün nə qədər xam ipək ixracı
hədəfə alınıb? İxracda rəqabət qabiliyyətliliyimiz yetərincə
qiymətləndirilibmi? Məsələn, Comtrade-in məlumatına görə, 2015-ci ildə dünya
bazarında xam ipəyin orta ixrac qiyməti 45 min dollar ətrafında olub. Bizdə
mövcud iqtisadi şərtlər, baramanın maya dəyəri, xam ipək emalının mövcud
texnoloji kəpəsitəsi bu qiymətlə rəqabət aparacaq səviyyədə ixraca təminat
verirmi? Nümunə üçün deyim ki, 2015-ci
ildə dünya üzrə xam ipəyin ümumi ixracı 15 min tona yaxın olub ki, onun
yarısından bir qədər azı Çinin payına düşüb. Çindən xam ipəyin orta ixrac
qiyməti 47 min dollar ətrafında olub.
Bəlkə hədəf xam ipək ixracı deyil, ipək
parçalar, ipək iplik və ya ipək xalılar formasında hazır məhsul istehsalına
nail olmaqdır? 2015-ci ildə düyada ipək ipliyin orta ixrac qiyməti 60 min
dollar ətrafında olub. Bu məhsulun ixracı üzrə ən böyük dövriyyə Çinə (98.2
milyon dollar) və Rumıniyaya (66.3 milyon dollar) məxsus olub. İpək ipliyin
orta ixrac qiyməti Çin üzrə 55 min, Rumıniya üzrə 63 min dollar ətrafında olub.
İki ölkənin ipək iölik ixracı 3 min tona yaxın olub. Dünya üzrə ipək ipliyin
ümumi ixracı 242.8 milyon dollar, həcmi isə 5 min tona yaxın olub.
Tərkibində 85% ipək olan parçaların dünya
üzrə ixracı ötən il 1.271 milyard dollara yaxın olub. İpək parça ixracına 686
milyon dollarla Çin liderlik edir. İkinci yerdə 179 milyon dollarla İtaliya
gəlir. Sonrakı yerlərdə Fransa 79, Hindistan 71, Cənubi Koreya 63, Yaponiya 53,
Almaniya 27 milyon dollarla gəlir.
Əgər baramıçılığın hədəfi sadalanan hazır
məhsulların istehsalı seçilibsə, bu ölkələrin məhsulları ilə müqayisədə
keyfiyyətli və ucuz məhsullar istehsalı üçün hansı imkanlar, üstün tərəflər və
risklər var? Sahəyə büdcə təşviqi yolu sərmayə qoymağa hazrlaşan hökumətin bu
əsaslandırması ilə büdcəyə vergi ödəyən vətəndaş, alternativ rəy institutları
hansı mənbədə tanış ola bilər?
Mövcud yem bazası nə qədər barama
istehsalına təminat verir? Məsələn, türkiyəli mütəxəssislərin hökumət üçün
hazırladığı hesabatda qeyd edilir ki, ipəkqurdunun normal məhsuldarlıqda və
keyfiyyətdə son fazaya çatdırılması üçün 20 min ədəd yumurtanın qoyulduğu 1
qutu ipəkqurdu üçün orta hesabla 700 kq tut yarpağı tələb edilir. Bu qədər
yarpaq kütləsi üçün isə 40 tut ağacı gərəkdir. Onların hesablamalarına görə, 1
hektar tut bağı və ya 1200 tut ağacı hesabına orta hesabla normal şərtlərlə
böyüyən 35 qutu ipəkqurdu bəsləmək mümkündür. Dünya üzrə orta məhsuldarlıqdan
çıxış etsək, bu potensial olaraq 1100 kq-a yaxın yaş barama, 170-180 kq xam
ipəyə bərabərdir. Yenə də dünyada yaş baramanın orta ixrac qiymətindən çıxış
etsək, 1 ha
tut bağının məhsulu hesabına 3500-4000 dollar dəyərində barama, 8500-9000
dollar dəyərində xam ipək əldə etmək mümkündür. İndi əsas suallardan biri budur
ki, bizdə tut bağlarının real sahəsi ilə bağlı qiymətləndirmə varmı və bu sahə
yeni sahələr məhsul verənə qədər (ən azı 4-5 il) hansı həcmdə barama
istehsalına təminat verir?
Daha ciddi problem: Azərbaycanda ipək emalı
rəqabətli deyil – emal məqsədilə barama alan cəmi 1 alıcı subyekt var. Çoxlu sayda oyunçuların olmadığı
şəraitdə xammal alışı üçün təyin edilən qiymətlər nə dərəcədə ədalətli
olacaq?
Məlumat üçün deyim ki, ipək sənayesində dəyər zənciri çoxhəlqəlidir: barama istehsalı, xam ipək istehsalı, ipək iplik istehsalı, ipək parça istehsalı, ipək xalı istehsalı və ipək geyimlər istehsalı. Bu sahədə öncül olan ölkələrin təcrübəsinin araşdırılması göstərir ki, son məhsul hədəfə alındığı ölkələrdə, 1 dollarlıq barama son məhsul formasında təxminən 9-10 dollarlıq əlavə dəyər yarada bilir.
Bu qəbildən olan rəqəmlər, qoyulan suallar əsasında müzakirələr açmağa ehtiyac var. Xüsusilə də ictimai pullar hesabına təşviq edilən sahələrin gələcək inkişaf imkanları, seçilən təşviq alətlərinin effektivliyi dartışılmalıdır.
Məlumat üçün deyim ki, ipək sənayesində dəyər zənciri çoxhəlqəlidir: barama istehsalı, xam ipək istehsalı, ipək iplik istehsalı, ipək parça istehsalı, ipək xalı istehsalı və ipək geyimlər istehsalı. Bu sahədə öncül olan ölkələrin təcrübəsinin araşdırılması göstərir ki, son məhsul hədəfə alındığı ölkələrdə, 1 dollarlıq barama son məhsul formasında təxminən 9-10 dollarlıq əlavə dəyər yarada bilir.
Bu qəbildən olan rəqəmlər, qoyulan suallar əsasında müzakirələr açmağa ehtiyac var. Xüsusilə də ictimai pullar hesabına təşviq edilən sahələrin gələcək inkişaf imkanları, seçilən təşviq alətlərinin effektivliyi dartışılmalıdır.
Bizim məşhur "bəsləsən atlaz olar tut yarpağından" misalımız ticarətin qloballaşmadığı dövrdə meydana gəlib. İndiki sərt rəqabət şəraitində tut yarpağını atlaza çevrimək üçün 40 gün dayanmadan ipəkqurdu üçün tər tökmək çox azdı. Əksinə daha məhsuldar sektor yaratmaq üçün bilikli kadrlara, yüksək texnolji emal imkanlarına ehtiyac var.
No comments:
Post a Comment