Son həftələrdə dünya siyasətində baş verən proseslər, xüsusilə Qərbin Rusiya və Türkiyə ilə münasibətlərində gərginliklər regionumuz üçün xeyli narahatlıqlarla müşahidə edilir. Şübhəsiz ki, bizim iqtisadi təhlilçilərə baş verənlərin Azərbaycan üçün iqtisadi tərəfləri maraqlıdır: Rusiya və Türkiyə milli valyutalarının dəyər itirməsi, xüsusilə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların Azərbaycana mümkün təsirləri nələr ola bilər, bu təsirlər ölkə iqtisadiyyatında özünü necə göstərəcək, milli iqtisadiyyatın hazırkı imkanları və mövcud siyasi şərtlər həmin təsirləri zərərsizləşdirmək üçün yetərlidirmi?
Rusiya və Türkiyə iqtisadiyyatında baş verən proseslərə Azərbaycanın yüksək həssaslığı təkcə bu 2 ölkə ilə eyni regionu paylaşmamızla bağlı deyil. Bu həm də Azərbaycan iqtisadiyyatının hər 2 ölkədən yüksək asılılığından irəli gəlir. Mümkün təsirləri obyektiv və hərtərəfli qiymətləndirmək üçün mövcud asılılıq kanallarına (bunlara təsir kanalları da demək olar) diqqətlə baxmaq lazımdır.
Bu kanalların sayı bəlkə də daha çoxdur, lakin bu kiçik yazıda daha fəal olan 3 kanal və onların hər birindən gələ biləcək risklərdən söhbət gedir. Adətən qarşılıqlı iqtisadi əlaqədə olan ölkələrin bir-birinə təsir kanallarının sayı nə qədər çox, bu kanalların miqyası nə qədər böyük olursa, həmin ölkələrdə baş verən proseslərin bir-birinə təsirləri də o qədər yüksək olur.
Şübhəsiz ki, əsas kanallardan biri əmtəə və xidmət ticarətidi. 2017-ci ilin nəticələrinə görə, Azərbaycanın ümumi ixracının 16%-i, idxalının isə 30%-i Rusiya və Türkiyənin payına düşüb. Göründüyü kimi, idxaldan asılılıq xeyli yüksək olsa da, ümumi ixracda pay elə də yüksək deyil. Məsələn, Gürcüstanın ixrac baxımından Rusiya və Türkiyədən asılılığı Azərbaycanla müqayisədə daha yüksəkdir və 23% təşkil edir. Lakin Azərbaycan üçün qeyri-neft ixracının coğrafi şaxələnmə əmsalının yüksək olması daha önəmlidir. Bu sektorun isə Rusiya və Türkiyədən asılılıq əmsalı həddən artıq yüksəkdir və 2017-ci ildə təxminən 1.5 mlrd. dollarlıq qeyri-neft ixracının 53%-i (810 mln. dollar) məhz 2 qonşu ölkənin payına düşüb. Əgər neft amilini saymasaq, Azərbaycan ixracının regionun 2 böyük ölkəsindən asılılığı Gürcüstanla müqayisədə təxminən 2.5 dəfə yüksəkdir.
Təəssüf ki, xidmət idxal-ixracının dəyər ifadəsində coğrafi strukturu barədə açıqlama olmadığından Azərbaycanın adıçəkilən 2 ölkə ilə əlaqələrinin səviyyəsi barədə nəsə demək çətindir. Lakin ən azından turizm statistikasına görə, Azərbaycana turist axınının az qala yarısının Rusiyanın payına düşdüyünü nəzərə alısaq, deməli Azərbaycanın turizm xidmətlərinin ixracının da xeyli hissəsi təkcə Rusiyanın hesabına təmin edilir. Amma turizm ixracından gəlirlər Azərbaycanın xidmət ixracı üzrə daxilolmaların cəmi 40%-ni təşkil edir. Yerdə qalan gəlirlər əsasən neft sektoru ilə bağlı nəql və tikinti sektoru ilə bağlıdır ki, bu xidmətlər isə əsasən Rusiyadan kənarda baş verir.
Bu statistik məlumatları əsas götürsək, Türkiyə və Rusiya iqtisadiyyatında qeyri-sabitliyin davam edəcəyi, rubl və lirənin davamlı olaraq dəyər itirəcəyi halda Azərbaycan üçün hansı təsirləri gözləmək olar? Əvvəla, qeyri-neft ixrac gəlirləri azala bilər. Çünki neft ticarətindən fərqli olaraq qeyri-neft ticarətində idxal-ixrac müqavilələri üzrə hesablaşmalar xarici valyuta ilə həyata keçirilsə də, ixrac məhsulları daxili bazarda yerli valyuta ilə realizə olunur. Nəzərə alaq ki, əmtəə və xidmətlərin qiyməti heç də həmişə məzənnə dəyişikliyinə uyğun tempdə baş vermir, əksər hallarda yerli valyutaların dönərli valyuta qarşısında dəyərdən düşmə səviyyəsi qiymət artımına nisbətdə daha yüksək olur. Bunun nəticəsində yerli valyuta ilə satılan, dəyəri xarici valyuta ilə ödənilən məhsulların ixracatçıları üçün gəlir itkisi qaçılmaz olur. İlk baxışdan belə görünə bilər ki, Qərblə münasibətlərin pisləşməsi fonunda bu ölkələrdən Rusiyaya gələn kənd təsərrfatı məhsullarının azalması Azərbaycanın Rusiya bazarlarında payını artıra bilər. Lakin son 3 ilin təcrübəsi göstərdi ki, əvvəla Azərbaycanın ərzaq istehsalı potensialı zəifdir, daha çox daxili tələbatı ödəməyə yönəlir. Digər tərəfdən isə bu boşluğu daha çox Latın Amerikası və Asiya ölkələri doldurur, çünki həmin ölkələrin kənd təsərrüfatı potensialı böyük, ucuz məhsul təklif etmək imkanı genişdir.
Lakin idxalda vəziyyət fərqlidir - yerli valyutaları dəyər itirən ölkələrdə xarici tərəfdaşlarla müqayisədə real effektiv məzənnə daha sürətlə ucuclaşdığı üçün onlarda idxal da ucuzlaşır. Məsələn, 1 ay əvvələ nisbətən indiki məzənnə ilə Rusiya və Türkiyədən idxal Azərbaycan üçün daha sərfəlidir. Bu şəraitin təhlükəli tərəfi odur ki, bir sıra məhsulların (xüsusilə qida və geyim) idxal nümunələri daha ucuz başa gəldiyi üçün həmin məhsulların yerli anoloqlarını əldə etmək daha sərfəsiz olur. Bu isə 2015-ci ildən sonra idxalı əvəzləmə siyasətini prioritetlərdən biri kimi önə çəkən Azərbaycan üçün xeyli problemdir. Nəzərə alaq ki, Rusiyadan Azərbaycana idxalın ən azı üçdə biri, Türkiyədən idxalın isə 20%-ə qədəri qida sənayesi və kənd təsərrüfatı ilə bağlıdır. Halbuki bu bu sahələr Azərbaycan üçün prioritet inkişaf sahələri sırasında öndə gedir.
İkinici təsir kanalı ilkin və təkrar gəlirlər formasında əldə olunan gəlirlərdir. Bura Türkiyə və Rusiyada işləyən Azərbaycan vətəndaşlarının əmək haqqı və sahibkarlıq gəlirləri formasında əldə etdikləri gəlirlərdən burada yaşayan ailə üzvlərinə və yaxınlarına göndərdikləri pul baratları (remiatanslar), Azərbaycanın biznes sektoru və ev təsərrüfatları, həmçinin hökuməti vasitəsilə qoyulan birbaşa və portfel investisiyalara, bank depozitlərinə görə dividendlər, fazilər və digər sərmayə gəlirləri, repatriasiya olunan mənfəət və s. daxilidir.
Öncədən qeyd edim ki, Azərbaycana daxil olan bütün remitansların ən azı 80%-i Rusiyanın payına düşür. Bu informasiya Azərbaycan və Rusiya mərkəzi banklarının pul baratları ilə bağlı məlumatlarının tutuşdurulması əsasında ortaya çıxır. Şübhəsiz ki, orda çalıçan həmvətənlərimiz əsasən yerli valyuta ilə gəlir əldə edir və rublun dəyər itirməsi hazırkə şəraitdə dollar və ya manat ekvivalntində ölkəyə daha az remitans göndərməsinə səbəb olur. Qeyri-rəsmi məlumata görə isə Rusiyadan göndərilən pula baratlarının həcmi rəsmi göstəricidən azı 50% çoxdur.
Azərbaycanın biznes sektoru və ev təsərrüfatlarınını istər Türkiyə, istərsə də Rusiyaya qoyduğu sərmayələr (həm əsaslı kapital və daşınmaz əmlak, həm də maliyyə investiyası formasında) barədə məlumat çox qıtdır. Amma xüsusilə də Türkiyədə azərbaycanlılara məxsus fond birjası vasitəsilə İPO həyata keçirmiş xeyli sayda şirkət var, Azərbaycan sərmayəsinin fond bazarından kənar kanallarla Türkiyəyə daxil olması ilə bağlı zaman-zaman müəyyən faktlar səsləndirilir, soydaşlarımızın Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ön sırada olmasına dair Türkiyə mediasında dəfələrlə məlumatlar gedib. Nəzər alaq ki, həmin şirkətlərin qazanclarından, daşınmaz əmlakın icarəsindən əldə olunan gəirlərin müəyyən bir hissəsi ölkəyə repatriasiya olunur. Şübhəsiz ki, lirənin dəyər itirməsi yerli valyuta ilə əsasən yerli bazar üçün məhsul və xidmət istehsalı ilə məşğul olan biznes üçün itkilər gətirir.
Yaxud Azərbaycan hökuməti Neft Fondu vasitəsilə VTB-nin aktivlərinin 500 mln. dollarını rubl aktivi formasında Rusiyaya yatırıb və bu sərmayəyə görə dividendlər də rublla əldə olunur. Rusiya valyutası dəyər itirdikcə Neft Fondunun da divididendləri xarici valyuta ekvivalentində azalır. Eyni qaydada SOCAR Türkiyənin neft emalı və kimya sektoruna nəhəng sərmayə yatırıb (ilkin məlumata görə 5 mlrd. dollara yaxın). Son zamanlar səslənən mlumatlara görə, SOCAR-ın Türkiyənin neft emalı və kimya sektorundan əldə etdiyi qazancların 75-80%-i daxili bazarda formalaşacaq. Bu baxımdan lirənin daha sabit olduğu illərdə (2010-2015-ci illər) potensial sərmayə gəlirlərilə bağlı aparılan hesablamalara görünür yenidən baxmaq lazım gələcək.
Daha bir təsir kanalı qarşılıqlı kapital axınlarıdır. Bu axınlara birbaşa və portfel investisiyalar, digər maliyyə axınları (məsələn, əmanət qoyuluşları) daxildir. Türkiyədə “Star” kompleksinə və Rusiyada VTB-yə dövlət sektoru vasitəsilə qoyulan birbaşa və portfel investisiyaları nəzərə almasaq, Azərbaycandan bu 2 ölkəyə qoyulan sərmayələrin həcmi barədə demək olar ki, informasiya yoxdur. Yaxud da əksinə - Türkiyə və Rusiyadan Azərbaycana yönəldilən sərmayə (xüsusilə porfel investisiyalar) və depozit qoyuluşlarının, daşınmaz əlmaka yatırılan vəsaitlərin miqyası barədə açıq mənbələrdə məlumatlar yox səviyyədədi. Məhz belə informasiyaların olması kapital axınlarının miqyasını qiymətləndirməyə imkan yaradır. Bu məsələdə Rusiya ilə bağlı çox spesifik məqam var: bir tərəfdən orda yaşayan və bizneslə məşğul olan Azərbaycanlılar Rusiyada iqtisadi imkanlar daraldığı hallarda vəziyyətdən çıxmaq üçün Azərbaycanda olan əmlaklarını və ailələri vasitəsilə saxladıqları digər sərvətləri Rusiyaya aparmağa məcbur qalırlar və bu ölkədən kapital axınına səbəb olur. Digər bir məqam odur ki, Azərbaycanda böyük sərvətə malik oliqarxiyanın müəyyən hissəsi Türkiyə və Rusiyaya ilə sıx bağlıdır və hər 2 ölkədə, yekunda isə bütövlükdə regionda uzunmüddətli konfliktili şəraitin yaranması həmin qruplara məxsus kapitalın regiondan daha təhlükəsiz coğrafiyaya qaçmasına təkan verə bilər. Bu baxımdan bütün hallarda yaxın zamanlarda Azərbaynda iqtisadi sabitlik, o cümlədən milli valyutanın sabitliyi üçün həlledici şərt capital axınının miqyası olacaq. Əgər geosiyasi faktorlar ölkədən kapital qaçışına təkan verməsə, ölkənin cari hesablar balansının irihəcmli profisiti manatın xilaskarı rolunu qoruyub saxlaya biləcək.
Sonda 2 vacib məqamı qeyd etməyi lazım bilirəm: Türkiyədə uzunmüddətli iqtisadi qeyri-sabitikdən iqtisadi baxımdan ən böyük zərər SOCAR-a dəyə bilər. Çünki SOCAR bu ölkəyə böyük həcmdə xarici valyutada borc hesabına sərmayə qoyub. Həmin borcları qaytarmaq üçün daha sabit lirə lazmdır ki, xarici borcların qaytarlımasında böyük ziyanla üzləşməsin, bütövlükdə isə sərmayələrin daha tez özünü ödəməsi və mənfəətə çıxması planlaşdırılan zmanda baş versin.
İkinci məqam odur ki, Mərkəzi Bank manatın real effekiv məzənnəsi üzrə məlumatları neft və qeyri-neft sektoru üzrə ümumi göstərici formasında deyil, əsas ticarət tərəfdaşlarının valyutalarına (lirə, lari, rubl, dollar, avro) nisbətdə ayrı-ayrılıqda hər ay açıqlamalıdır. Bu məlumat Azərbaycanın əsas qeyri-neft ixrac bazarlarında ticarət imkanlarımızın müstəqil analitiklər və institutlar tərəfindən izlənməsi baxımından çox önəmlidir.
Rovshan Aghayev's Blog
Thursday, April 12, 2018
Friday, March 30, 2018
Banklardan əhaliyə kreditlər: hər 100 manatın 37 manatı daşınmaz əmlaka gedib
Banklar əvvəl
mənzil tikənlərə kredit verirlər, sonra həmin mənzil alan müştərilərə.
Nəticədə tikinti və əmlak
sektoru banklar kreditləşməsində piroritet rol qazanır. Bir məsələ dəqiqdir
ki, bank sektorunun dayanıqlı inkişafı real sektorun inkişafından, ilk növbədə
yüksək əlavə dəyər, geniş məşğulluq və ixrac imkanları yaradan istehsal və
xidmət sahələrinin davamlı inkişafından keçir.
Aydındır ki, indi bankların
kreditləşmə prioritetlərində müşahidə olunan meyllər onların könüllü seçimi
deyil və bu reallıqda onları günahlandırmaq çətindir. 2015-2016-cı ilə sektorda
baş verən proseslər, aktivlərin kəskin azalması, resurs bazasının sürətlə
daralması, cəlb olunan resursların kəskin bahalanması və zərərin artması
fonunda banklar hara olsa "para satıb para qazanmağa" məhkumdurlar. Problem
bank resurslarına tələbi kəskin azalan, azad və rəqabətli biznes mühiti tapa
bilməyən, monopol oyunçuların, kötəkli məmurların çərçivələrini aşa bilməyən
real sektordadı.
Faktlara baxın, özünüz nəticə
çıxarın:
2013-2016-cı illərdə tikinti sektorunun bank
kreditlərində payı 12-15% intervalında olub. Aydın məsələdir ki, tikinti
sektoruna gedən kreditlərin əsas hissəsi mənzil tikintisi ilə bağlı olub.
2017-ci ildə həmin göstəricidə kəskin azalma baş verib - tikinti sektoruna
kreditlər cəmi kreditlərin 4.6%-ni təşkil edib. Əvəzində nə baş verib?
Bankların daşınmaz əmlakın tikintisi və alınması (ipoteka da daxil olmaqla)
məqsədlilə əhaliyə (ev təsərrüfatlarına) verdiyi kreditlərin ümimi
kreditləşmədə payı 14.3%-ə yüksəlib. Halbuki 2012-2015-ci illərdə həmin
göstrici 5-7%-dən çox olmamışdı, 2016-cı ildə 10%-ə çatmışdı. Ev təsərrüfatlarına ayrılan bütün krditlərin 37%-i daşınmaz əmlak alqısı və tikintisi ilə bağlı olub.
Bir maraqlı məqamı da deyim:
2005-2014-cü illərdə Azərbaycan iqtisadiyyatında daxili tələbi ev
təsərrüfatlarının istehlakından çox nəhəng pullarından qaynaqlanan investisiyalar (əsasın mənzil sektoruna və
infrastruktura qoyulan) formalaşdırmışdır. 2015-201-ci illərdə
neftə bağlı olan investisiya imkanları tükənən kimi artım mənbəyi də kəsildi və
bəlli oluğu kimi iqtisadi artım da dayandı. Analizlər göstərir ki, dövlət
iqtisadiyyatının və resusrlarının hökmran olduğu iqtisadiyyatda hökumət artımı
hansı amil hesabına, tələbi hansı mənbə hesabına stimullaşdırmaq yolu seçirsə,
bank sektoru da həmin tələblərə uyğun öz strategiyasını qurmağa məhkum olur.
İndi 2018-də hökumət yenə də
"genşmiqyası tikinti modeli" ilə iqtisadi artımı təmin etmək yolu
seçib və bankların da davranışlarının bu modeldən kənara çıxa bilməyəcəyi
məlumdur. Yenə də nə qədər ki, neft pullarından qaynaqlanan yüksək investisiya
imlanları var, 2005-2014-cü ildə müşahidə etdiyimiz dayanıqsız iqtisadi sabit
sabitlik tendensiyasını qorumaq mümkün olacaq. Amma neftdən qaynaqlanan
investisiya imkanları məhduddur və sabit deyil.
Bütün bəyanatlara, qəbul edilən
xəritə və proqramlara rəğmən, əgər 4-5 ildə "məmur iqtisadiyyatı"nın
miqyası kiçilmirsə, kiçik və orta sahibkarlar əsas oyunçuya, bankların əsas
müştərilərinə çevrilmirsə, deməli durum yenə risklidi - əsas da bank sektoru
üçün.
Thursday, January 18, 2018
Staqnasiya, axır 9 ilin ən yüksək qiymət artımı...
Dövlət Statistikası Komitəsinin 2017-ci ilin iqtisadi yekunları üzrə dünən açıqladığı məlumatlardan görünür ki, ötən il ölkədə qiymət artımının səviyyəsi son 9 ildə - 2008-ci ildən sonra ən yüksək həddə çatıb. Bu ilk növbədə özünü ÜDM deflyatorunda göstərir - bu göstəricinin səviyyəsi 116% təşkil edib. İqtisadiyyatla maraqlananlar bilir ki, deflyator iqtisadiyyat üzrə ümumi qiymətlərdə baş verən dəyişikliyi əks etdirən indeksdir. Sadəcə istehlak qiymətləri indeksindən fərqli olaraq orta statistik vətəndaşın istehlak etdiyi bəlli sayda məhsul və xidmətlərdən ibarət olan səbətin deyil (idaxal və yerli məhsul olmasından asılı olmayaraq), yalnız ölkə daxilində istehsal olunan, lakin ÜDM-nin formalaşmasında iştirak edən bütün məhsul və xidmətlərin qiymətində olan dəyişiklikləri uçota alır. Məsələn, biznesin istehlak etdiyi xammalın, avadanlıqların qiymət artımını istehlak qiymətləri indeksi yox, deflyator ölçür.
Məlumatın üçün deyim ki, 2008-ci ildə ÜDM deflyatoru 127.8% olmuşdu. 2009-2015-ci illərdə hətta 91%-ə düşdüyü illər də oldu. Manatın 2 dəfə dəyərdən düşməsi nəticəsində inflyasiyanın kəskin artımı nəticəsində 2016-cı ildə deflyator 114.6%-ə yüksəldi. Deflyatorun daha yüksək səviyyədə artımı onu göstərir ki, ölkədaxili məhsul və xidmətlərin qiymətinin yüksəlməsinə təsir edən inflyasiyatörədici amillər, xüsusilə xərc inflyasiyası üçün faktorlar hələ də aktivliyini saxlamaqdadır.
İstehlak qiymətləri indeksi də 2008-ci ildən sonra ən yüksək səviyyəyə çatıb və 2017-ci il üzrə 12.9% artım qeydə alınıb. Ərzaq məhsuları üzrə qiymət artımı daha yüksək olub - 16.4%. Halbuki rəsmi məlumata görə, 2010-2015-ci illərdə ərzaq qiymətlərinin arıtımı 0.8-7% intervalında, 2016-cı ildə 14.7% olmuşdu.
Ən maraqlısı odur ki, rəsmi statistika əhalinin nominal gəlirlərinin 8%, inflyasiyanın 13% olduğunu söyləməklə real gəlirlərin 5% azaldığını etiraf etmiş olur. Amma bunun ardınca yoxsulların sayında hətta bir nəfər artımın olmadığını deyir. Real gəlirlər insanın nominal qazancalarla ala biləcəyi məhsul və xidmətlərin həcmini ölçür. Yəni, sən keçən ilki gəlirlərilərinlə ayda 10 kq, bu ilki gəlirlərinlə 9 kq ət ala bilirsən. Ən azından aşağı gəlirli insanların istehlak imkanlarının azaldığı və bunun rəsmi statistika tərəfindən etiraf edildiyi ölkədə yoxsulluq, işsizlik göstəricisi necə dəyişməyə bilər?
Yeri gəlmişkən, rəsmi məlumata görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə 0.1% böyüdüyünü bildirir. Məlumat üçün deyim ki, bu iqtisadi nəzəriyyədə olan staqnasiya halıdır. Staqnasiya - iqtisadiyyatda
çox kiçik yaxud böyümənin ümumiyyətlə olmadığı vəziyyədir. Məsələn, itisadi artımın təxminən 2%-dən aşağı olduğu durumu iqtisadi nəzəriyyə staqnasiya kimi tərif edir. Lakin nəzəriyyə və hətta şəffaf statistikası olan ayrı-ayrı ölkələrin praktikası sübut edib ki, staqnasiya vəziyyəti üçün yüksək işsizlik və inflyasiya, yoxsulluğun artımı xarakterikdir.
Bizim statistika bunlardan yalnız 1-ni (yüksək inflyasiya) etiraf edir...
Wednesday, October 4, 2017
Qadınlar niyə işləmək istəmir: ləyaqətli əmək haqqı problemi yoxsa kütləvi tənbəllik sindromu?
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mediaya geniş müsahibəsində deyir ki, ölkədə 890 min nəfər əmək qabiliyyəti qadın işləmir və onların əksəriyyəti evdar olmağa üstünlük verirlər. Hansı tədqiqat və araşdırmaların nəticəsində bu qənaət təsdiqlənib ki, həmin qadınlar işləmək istəmirlər? Yalnız ona görə ki, Məşğulluq Mərkəzlərinə müraciət etmirlər və işsiz kimi qeydiyyata düşmürlər? Niyə müraciət etsinlər ki? İnsanlar onsuz da bilirlər ki, real əmək təklifi il müqayisədə iqtisadiyyatın iş qüvvəsinə tələbi son dərəcə azdır, həmin Mərkəzlərə müraciət əksər hallarda əlavə zaman itkisidir. Hətta inkişaf etmiş ölkələrdə əmək bazarının dövriyyəsində dövlət məşğulluq mərkəzləri üstün paya malik olmurlar. İşaxtaranlar şəxsi əlaqələri, şirkət elanları və başqa iş təklifi kanallları ilə də rahatlıqla iş əldə edirlər. Məsələ təkcə kəmiyyət tərəfində deyil, insanların öz peşə-ixtisas səviyyəsinə uyğun iş yerlərinin mövcudluğundan gedir. Məşğulluq və əmək bazarı ilə bağlı nəzəri yanaşmalarda belə bir yanaşma var: əmək qabiliyyətli insanın peşə-ixtisas səviyyəsi ilə iş yerinin ixtisas səviyyəsi uyğun gəlmirsə, hətta təmin edilsə belə, bu səmərəli məşğulluq deyil. Belə bir mənzərə təsəvvür edin: əmək bazarına 100 min ixtisalı əmək təklif olunur, amma əmək bazarı 500 min ixtisassız əmək təklif edir. Kəmiyyət baxımın vəziyyət çox yaxşı görünür: iş qüvvəsi bazarında tələb təklifi 5 dəfə üstələyir. Amma ali, orta və ya peşə təhsilinə malik əmək qabiliyyətli şəxsin tam ixtisassız və onların peşə-ixtisas səviyyəsindən aşağı iş yerlərini seçməsi nə qədər səmərəli və ədalətli yanaşmadır? İnşaat Mühəndislər Universitetini bitirmiş mühəndis tikintidə fəhlə yerindən imtina edəndə bunu tənbəlliyə yozmaq yanlış yorumdur. Məsələn, nazirlik araşdırma aparıbmı ki, işləməyən qadınların hansı hissəsi yüksək ali, orta ixtisas və ya peşə təhsilinə malikdir və mövcud əmək bazarı bu ixtisas tələblərinə uyğun iş yerləri təklif etmək potensialına malikdir? Araşdırma varsa, müsahibədə belə maraqlı məqamları da səsləndirmək vacibdir.
Doğurdanmı 1 milyon nəfərə yaxın iqtisadi fəal qadın işləməyib evdar olmağı üstün tutur, ləyaqətli əmək haqqına, əlverişli və insanların peşə-ixtisas səviyyəsinə uyğun iş yerləri var, amma yüz minlərlə insan bu iş yerlərini görməzdən gəlir? Özü də söhbət o ölkədən gedir ki, əhalinin hətta orta real gəlirləri belə insanların orta sinfə daxil olması üçün yetərli deyil. Ümumiyyətlə rəsmi təbliğatdan belə aydın olur ki, cəmiyyətin əksər hissəsi ünvanlı sosial yardımın marığına yatıb və işləmək istəmir. Belə ailələrin olması istisna deyil, bəlkə ölkədə on minlərlə belə adam var, amma onları sayının yüzminlərlə olması mümkün deyil və belə iddialar absurddu. Əslində bu təbliğat hökumətin səmərəli məşğulluğu təmin etmək sahəsində bacarıqsızlığını pərdələmək, işsizlik və yoxsulluğun əsasən insanların tənbəlliyi ilə bağlı olduğunu ictimai şüura oturtmağa xidmət edir. Bir suala hamımız cavab verək: sizin ailənin, yaxud bildiyiniz bir ailəni maaşla 1000 manat qazanmaq imkanı varsa, təxminən 400-500 manatlıq yardım müqabilində bu maaşlı qazancdan imtina etmək üçün min cür əyri yola əl atmağı özünüzə rəva bilərsinizmi? O ailələr yardıma daha çox üstünük verirlər ki, alacaqları ünvanlı yardımın həcmi potensial əmək haqqı gəlirindən çoxdur. Ağlı başında olan yetkin adamın 1000-15000 manatlıq maaşı 300-500 manatlıq yardıma dəyişəcəyinin kütləvi olduğunu iddia etmək çox absurd səslənir.
Cənab Müslümovdan əslində başqa qənaətlər eşitmək maraqlı olardı. Məsələn, bu gün Azərbaycanda iş yerlərinin texnoloi sturkturu necədir: yüksək, orta və aşağı texnoli səviyyəli iş yerlərinin nisbəti necədir, məşğulluğun peşə-ixtisas strukturu ilə iş yerlərinin texnoloji strukturu arasında uyğunluq hansı səviyyədədir, problemlər varmı, varsa hökumət yaxın, orta və uzun vədədə bu problemləri necə həll etməyi planlayır? Müsahibədən bir daha aydın olur ki, Nazirlik üçün əsas prioritet özünüməşğulluq proqramlarının dəstəklənməsidir, özü də əsasən aqrar sektorda. Problem ondadır ki, özünüməşğulluq proqramları əsasən qeyri-rəsmi əmək sferasında yaranır. Müasir dünyada isə çox kiçik istisnalarla aşağı texnoloji məşğulluq seqmentinə aid olduğu üçün qeyri-formal məşğulluğun genişlənməsinə maraq kütləvi deyil. Bircə fakt deyim: bizdə qeyri-rəsmi məşğulluğun payı 70%, inkişaf etmiş ölkələrdə 5-10% ətrafındadı. Son 20 ildə hökumət bu nisbəti dəyişməyibsə, səbəbi nədir - müsahibədə, məsələn belə vacib və strateji məsələnin cavabı yoxdur. İnkişaf etmiş ölkələrdə hökumətlər üçün hədəf mikro və kiçk müəssisələrin, aqrar sektorda isə kooperativlərin dəstəklənməsidir. Özünüməşğulluq proqramlarının əhatə dairəsi əsasən kapitaltutumlu olmayan və ixtisassız iş yerlərinin açılması ilə sərhədlənir. Dünya təcrübəsi göstərir ki, orta və yüksək texnoloji səviyyəli istehsal strukturu yaratmağa nail olmuş iqtisadiyyatlarda hökumətlər özünüməşğuluq proqramlarına ehtiyac görmürlər. Bu proqram çərçivəsində yaranacaq bir iş yerinin əlavə dəyər formasında iqtisadiyyata qatqısı nə qədər gözlənilir və ümumiyyətlə belə hesablamalar varmı?
Thursday, June 29, 2017
Universitetlərin fəaliyyəti necə kommersiyalaşsın?
Təhsili naziri bugünkü çıxışlnda universitet və elmi tədqiqat institutlarımızın innovativ olmağa çalışdığını bildirib və əlavə edib ki, universitetlərin fəaliyyətinin kommersiyalaşdırılması da vacibdir.
Qulağa yaxşı gələn cəlbedici fikirlərdi. Amma gərək bu cür fikirlər bəzi suallara cavab verərək, arxasında rəqəmlər və faktlar göstərilməklə səsləndirilsin. Məsələn, əsas sullardan biri budur: "universitetlərimiz innovativ olmağa çalışırlar" nə deməkdir, konkret hansı çalışmalar və bu çalışmaların hansı ilkin nəticələri var? İnnovativ olmaq üçün həm də innovasiyalara böyük resurslar xərcləmək lazımdır. Azərbaycanda hər il "elmi-tədqiqat" maddəsi altında xərclənən 70-75 mln. dolların ən yaxşı halda 7-8 mln. dolları universitetlərin payına düşür. Bazasında nəhəng kadr və maliyyə resursları dayanmayan universitetlər innovativ ola bilməz. Bu gün inkişaf etmiş ölkələrdə inkişaf və araşdırma (R&D) xərclərinin ÜDM-də payı 3-4% təşkil edir ki, bu xərclərin də ayrı-ayrı ölkələrdə orta hesabla 15-20%-i universitetlər vasitəsilə xərclənir. Azərbaycanda bütün sektorlar üzrə R&D xərclərinin ÜDM-də payı 0.2%-dirsə və bunun da ən yaxşı halda onda biri universitetlərin hesabınadırsa, mənzərə tamamən aydın olur.
Universitetlərin fəaliyyəti necə kommersayalaşdırılır? Bu fəaliyyət üçün ilk növbədə universitetlərin elə məhsulları olmalıdır ki, iqtisadiyat üçün bunun dəyəri olsun, universitetlərin aldığı patentlərin sayı sürətlə artsın, iqtisadiyyatın işi bu məhsullarsız keçməsin - o zaman universitetlərin fəaliyyəti avtomatik kommersiyalaşcaq.
Beynəlxalq təcrübədən bu məsələ ilə bağlı bəzi maraqlı nümunələrə baxanda durumumuzu və səslənən bəyantların nə dərəcədə reallığı əks etdirdiyini daha aydın görmək olur. ABŞ dünyada elmi-tədqiqata ən nəhəng vəsait yatıran ölkədir - dünya üzrə bütün xərclərin təxminən 27%-i bu ölkənin payına düşür. 520 mlrd. dollara yaxın elmi-tədqiqat xərclərinin təxminən 15%-i (75 mlrd. USD) məhz universitetlərin hesabına təmin edilir. Amma ABŞ-da bu vəziyyətin yaranmasının səbəbi (motivi) bəyanatlar olmayıb - bünövrəsində ciddi institusional dəyişiklər dayanan mexanizmlərin qurulması olub. 1980-ci ildə ölkədə Bayh-Dole Aktı qəbul edilib və bu sənədə görə universitetlərə öz fəaliyyətlərini kommersiyalaşdırmağa imkan verən şirkətlər qurmaq üçün geniş fürsətlər yaradılıb. Sənədin qəbulundan keçən qısa müddət ərzində ABŞ universitetlərinin nəzdində 250 min nəfərədək kontingentin çalışdığı 2000-dən artıq kompaniya fəaliyyətə başladı. Bayh-Dole Aktının qəbuluna qədər bütün universitetlərin il ərzində qeydiyyata aldırdıqları patentlərin məcmu illk sayı 250-ni ötmürdüsə, 1982-c ildə bu rəqəm 1500-ə yüksəldi, hazırda 5000 ətrafındadı. Yaxud 80-ci illərin sonlarında bütün ABŞ universitetlərinin lisenziya gəlirləri 70-80 mln. dolları ötmürdüsə, indi 2 mlrd. dollara yaxınlaşır. Mıhz Bayh-Dole aktı universitetlərin innovativ fəalliyyənin kommersiyalaşdırılmasını instititusionallaşdırdı. Bizdə bəyanatları nəzərə almasaq, bu məqsədlə hansı real addım atılıb?
Maraq üçün deyim ki, ABŞ-da iqtisadiyyatda tətbiq olunan ən uğurlu kəşflərinin təxminən 80%-i məhz universitetlərin hesabına baş verir. Bizdə son 10 ildə universitetlərin fəaliyyətinin nəticəsi olan 10 hansısa yeniliklə hansı mənbədən tanışlıq mümkündür? Və ya son 10 ildə nə qədər patent alınıb və onların hansı hissəsi universitetlərin payına düşür?
Bir vacib məqamı da deyim ki, hazırda dünyada universitetlər 3 təsnifat üzrə sistemləşdrilir: 1.0, 2.0 və 3.0 statusa malik universitetlər. 1.0 - bu universitetlərin yalnız tədrislə məşğul olduğunu, 2.0 tədris və araşdırmaların paralel olduğunu, 3.0 universitetdə tədris və araşdırmaların mövcudluğu ilə yanaşı həm də universitetlərin fəaliyyətinin kommersiyalaşdırıldığını əks etdirir. Azərbaycanın təhsli naziri birbaşa 3-cü mərhələdən danışır - universitetlərin fəaliyyətinin kommersiyalaşdırılmasından. Halbuki hazırda Azərbaycan universitetləri 1-ci mərhələdədir - yalnız tədrislə məşğuldur. İndi bizim qarşımızda 2-ci mərhələ dayanır - universitetləri tədris və araşdırma mərkəzlərinə çevirmək.
Dünya təcrübəsi göstərir ki, universitetlərin də aparıcı həlqələrdən birinə çevrildiyi elmi-tədqiqat proseslərinin yüksək səviyyəyə çatmadığı ölkədə bilik iqtisadiyyatı qurmaq mümkün olmur. Məsələn, ABŞ-da araşdırma və inkişaf xərcləri Rusiya ilə müqayisədə 10 dəfə çoxdur. Bunun nəticəsində ABŞ-da "bilik iqtisadiyyatı" məhsullarının ÜDM-də payı 45%, Rusiyada 15% ətrafındadır. Yaxud yüksək texnoloji məhsulların ölkə ixracında payı Rusiya üzrə 2%, Cənubi Koreyada 27% təşkil edir. Yeri gəlmişkən, Cənubi Koreya da elmi arasdırma xərclərinin ÜDM-də payına görə dünyada ən yüksək paya malik ilk 10 ölkə sırasındadır.
Bir məqam çox aydındır: universitetlərin siyasi ideologiya mərkəzlərinə çevrildiyi, inzibati və maliyyə muxtariyyəti almadığı, tələbə və müəllimlərin akademik azadlıqlardan məhrum edildiyi şəraitdə orda tədris bəlkə də olar, amma elm və innovasiya mütləq olmayacaq...

Friday, May 12, 2017
Beynəlxalq Bankın xilası: şəffaf sağlamlıq üçün suallar
Beynəlxalq Bankın sağlamlaşdırılmasına dövlət milyardlarla manat xərcləyirsə, prsoses çox şəffaf aparılmalıd. Problemli aktivlərin alınması ilə bağlı ən xırda detallar, bütün informasiyalar dövri (həm də operativ) hesabatlar vasitəsilə açıqlanmalıdır. Məsələn, bir neçə sual var ki, onun cavabını indiyədək yayılan məlumatlarda görə bilmədim. Söhbət hansı sullardan gedir? Əvvəla, 1 yanvar 2016-ci il tarixə (2 ardıcıl devalvasiyadan və aktivlərin yenidən qiymətləndirməsindən sonra) bankın problemli aktivkərinin dəqiq məbləği nə qədər olub? Ümumilikdə indiyədək "Aqrarkredit"ə ötürülən 10 mlrd. manat məbləğindədi, yoxsa daha çox? Hətta 10 mlrd. manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bi məbləğ Bankın 1 yanvar 2016-cı il tarixli aktivlərinin təxminən 70%-i deməkdir. Halbuki 1981-2001-ci illərdə dünyada bank böhranları ilə üzləşən 11 ölklənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35%-dən çox olmayıb. Məlum olduğu kimi, problemli aktivlərə ödəmə qabiliyyətli olmayan müştərilərə verilmiş, vaxtı keşmiş, əsas və faizlər üzrə ödənməyən borclar, şirkətlərin kapitalına investisiya edilmiş, sonradan həmin şirkətlərin iflası ilə bağlı tam (və ya qismən) dəyərsizləşmiş aktivlər və s. daxildir. Burda növbəti sual yaranır: Beynəlxalq Bankın problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər də var? Bu informasiyanı tam olaraq hansısa mənbədə görmək mümkündürmü? Məlumat üçün deyim ki, 2015-ci il 1 yanvar tarixinə Beynəlxalq Bankın bütün aktivlərinin 86%-ni və ya 7.9 mlrd. manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin məhz 2014-cü ilin sonunadək yarandığını söyləyir, həmin məlulmatdan belə nəticə çıxarmaq olur ki, problemli aktivlər əsasən qaytarılmayan kreditlərlə bağlıdır. Və burdan başqa bir sual: dövlətə məxsus olan nəhəng borcları qaytarmayan əsasən kimlərdir - fiziki yoxsa hüquqi şəxslər? Bankın hesabatından belə aydın olur ki, 1 yanvar 2015-ci il tarixə kreditlərin təxminən 1 mlrd. manatı və ya 14%-i fiziki şəxslərlə bağlı olub. Yerdə qalan 7 mlrd. manata yaxın kredit (bütün kteditlərin 86%-i) korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditləri tam yarısı - təxminən 3.5 mlrd. manatı isə 30 şirkətə verilb. Göründüyü kimi kreditlərin konsentarsiyası həddən artıq yüksək olub. İndi bu sualın da cavabı aydın deyil: problemli kreditlərin yaranmasında böyükhəcmli kreditlərin rolu nə qədərdir? Hər halda dövlət bankından söhbət gedirsə, borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir.
Daha bir sual: problemli aktivlərin arxasında olan təminatın yenidən qiymətləndirməsinin nəticləri nə göstərir və hazırda onların real bazar dəyəri problemli aktivlərin hansı hissəsini qarşılamağa yetir? Bu sualı da aydınlaşdırmaq səbəbsiz deyil. Çünki Beynəlxalq Bankın 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 mln. manatı təminatsız olub. 3.5 mlrd. manat kredit üçün daşınmaz əmlak, 2.1 mlrd. manat üçün daşınar əmlak əsasında zəmanət verilib. Böhran nəticəsində bu əmlaklar ucuzlaşa bilər, amma gerçək əmlak olublarsa, hər halda onların dəyərinin hansısas hissəsi yerində olmalıdır. Və indiyə qədər bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsi geri qayıdıbmı? Əlavə olaraq 1 mlrd. mantdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasıda fors-major şəraitlərdə borc götürənə zamin duran 3-cü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Bəs zamin duran bu şirkətlər hansılardır, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirsilməsi aparılıbmı?
Statistikadan belə çıxır ki, müəssisə və şirkətlərə verilən borcların 80%-ə qədərinin arxasında real təminat olub. Amma niyə bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsi aydın olmur.
Daha bir sual: problemli aktivlər daha çox hansı sektora verilən kreditlərlə bağlı olub? 2014-cü ilin yekunlarına görə, şirkət və müəssisələr verilən kreditlərinin 3.4 mlrd. manatı inşaat və daşınmaz əmlak, 1.9 mlrd. manatı ticarət və xidmət, 1.8 mlrd. manatını isə istehsalla bağlı kreditlər təşkil etmişdir.
Daha bir sual dünən qəbul edilən qərarla bağlıdır: hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracaq? 2015-ci ilin yekunlarına görə, Bankın 25-dək xarici banka və beynəlxalq maliyyə institutlaırndan cəlb etdiyi kreditlərin həcmi 1.1 mlrd. dollara yaxın olub. Əlavə olaraq, 500 mln. dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 mırd. dollardan az olmadığı üzə çıxır.
Bir məqamə da deyim: rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma 2 mühüm fərqlə: 1) Bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra dövlətdən həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hpkumətn büdcədən xərclədiyi pullar geri qayıtmayacaq; 2) Hətta hökumətin geri qayıtmayan dəstəyi şəratində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Və ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablalamal olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək. Obyektiv təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi tədqirdə indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 mlrd. dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sulların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir.

Tuesday, April 18, 2017
Hər ton pambıqdan kim nə qədər qazanır (fermerlərin və emal müəsssisələrinin məlumatları əsasında hesablama)?
Hökumət ötən ildən başlayaraq əlverişli iqlimi
və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv
işləyir. Gizlətməyin mənası da yoxdur ki, bir çox əyalətlərdə yerli
hakimiyyətlər əhalini pambıq əkməyə məcbur edir. Haqlı sual yaranır ki, əgər
gerçəkdən də əhali üçün sərfəlidirsə, insanlar bu sahədən qazanc götürə bilirsə
məcburiyyətə nə lüzum? Əgər bu sahə fermer üçün qazanc gətirirsə, hansı səbəbdən
2005-ci ildə ölkədə 200 min ton, 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldı?
Reallıqda 1 hektar pambıq kəndli üçün nə qədər
qazanc gətirə bilər? Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sektorla bağlı
elmi-tədqiqat institutlarının mütəxəssislərinin etməli olduğu işdir ki, hər
hektar pambıq sahəsinin becərilməsi üçün nə qədər xərc tələb edildiyini
hesablasınlar, bu hesablamalar əsasında məqalələr yazsınlar və
ictimailəşdirsinlər. İnsanlar da görsünlər və əmin olsunlar ki, pambıqsərfəli bitkidir, əkməyə dəyər.
Başqa bir sual budur: xam pambığı fermerdən
alan emal müəssisələri (pambıqayırma zavodları) nə qədər qazanc əldə edə bilir?
Bu informasiya çox vacibdir – fermerlər üçün xam pambığın alış qiymətinin
formalaşması baxımından.
Məlumat qıtlğını nəzərə alaraq ölkənin bir neçə
rayonunda pambıq əkini ilə məşğul olan ayrı-ayrı fermerlərlə və pambıqayırma
zavodlarını təmsil edən mütəxəssislərlə görüşdüm, onlardan müsahibələr götürdüm. Fermerləri
təmsil edən 10, emal müəssisəsində çalışan 2 nəfərlə apardığım müsahibələr
əsasında bütün məlumatları sistemləşdirdim, orta hesabla hər hektar pambıq
əkinləri üzrə xərcləri, pambığın hər kiloqramının maya dəyərini təxmini də olsa
hesablaya bildim. Əlavə olaraq, emal müəssisələrinin aldığı xam pambıqdan əldə
olunan hazır məhsulların həcmi, xam pambığın hər tonunun emal xərcləri barədə
təqribi, amma mənzərəni tam aydınlaşdıran rəqəmləri götürmək mümkün oldu.
1
hektar pambığın becərilməsi xərcləri nə qədərdir?
Xərclərin strukturuna və xərc elementlərinin
tərkibinə baxdıqda aydın olur ki, fermer yüksək məhsuldarlığa nail olmaq və keyfiyyətli
məhsul əldə etmək üçün çoxsaylı becərmə prosedurlarından keçməli, xeyli vəsait
xərcləməlidir. Xərclərin strukturu və hər bir xərc maddəsi üzrə çəkilən
xərclərin məbləği aşağıdakı kimidir:
1. Şumlama və əkinlə bağlı xərclər
1.1.Torpağın
şumlanması – 2 dəfə X 30 manat = 60 manat
1.2.
Şumlanmış sahənin arat edilməsi – 1 dəfə X 25 manat = 25 manat
1.3. Şumlanmış sahəyə mala
çəkilməsi - 2 dəfə X 13 manat = 26 manat
1.4. Kultivasiya çəkilməsi – 3
dəfə X 12 manat = 36 manat
1.5. Suvarma üçün sahədaxili arxların
çəkilməsi - 3 dəfə X 12 manat = 36 manat
1.6. Əkin sahəsinə kezo çəkilişi –
3 dəfə X 10 manat = 30 manat
Cəmi – 213 manat
2.
Səpin xərcləri
2.1.
Çiyidin alınması – 22 kq X 5 manat = 110 manat
2.2.
Çiyidin səpilməsi – 10 manat
Cəmi – 120 manat
3.
Dərmanlama xərcləri
3.1 Alaq
otları ilə mübariz üçün səpindən əvvəl şumlanmış sahənin dərmanlanması üçün
dərman vasitələrinin alınması - 1 dəfə X
4 litr X 20 manat = 80 manat
3.2.
Kalış otuna qarşı dərman vasitəsinin alınması – 1 dəfə X 2 litr X 16 manat = 32
manat
3.3.
Mənənəyə (xırda böcəklərə) qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 2
litr X 22 manat = 44 manat
3.4. Sofkaya
qarşı dərman vasitlərinin alınması - 2 dəfə X 25 manat = 50 manat
3.5.
Çor (çürüməyə qarşı) dərman vasitələrinin alınması - 1 dəfə X 2 litr X 20 manat
= 40 manat
3.6.
Yarpaq tökümünə qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 50 manat = 50
manat
3.7.
Traktor vasitəsilə dərmanlamanın aparılması - 7 dəfə X 10 manat = 70 manat
Cəmi – 344 manat
4.
Suvarma xərcləri
4.1.
Sahənin suvarılması – 3 dəfə X 20 manat = 60 manat
4.2.
Su Asossiasiyalarına sudan istifadəyə görə ödəniş – 8 manat
Cəmi – 68 manat
5.
Yığım və daşınma xərcləri
5.1.
Əllə yığım üçün – hər kq-a 15 qəpik
5.2.
Texnika ilə yığım – hər hektara 100 manat
5.3.
Pambığın sahədən zavoda daşınması xərcləri – 30 manat
Beləliklə, yığım xərcləri nəzərə alınmadan 1
hektar pambığın becərilməsi üçün cəmi xərclər 775 manat təşkil edir. Əgər
pambıq maşınla yığılarsa, bu halda 1 hektar pambığın becərilməsi xərcləri 875 manat
olacaq. Əllə yığılacağı tədqirdə xərclərin həcmi sahənin məhsuldarlığından
asılı olacaq. Məsələn, əllə yığım aparıldığı tədqirdə 1 hektarın məhsuldarlığı
2 ton olarsa hər hektar üzrə xərclər 1075 manat, məhsuldarlıq 3 ton olarsa 1225 manat, 4 ton
olarsa 1375 manat olacaq.
Hər
kiloqram pambığın maya dəyəri nə qədər ola bilər?
Pambığın əl və ya texnika ilə yığılmasından
asılı olaraq hər kq xam pambığın maya dəyəri də fərqlidir.
Texnika və əl yığımı şəraitində hər kq xam
pambığın maya dəyəri aşağıdakı kimi dəyişilir:
1) Texnika ilə yığıldığı
şəraitdə: məhsuldarlıq 2 ton olduqda 44 qəpik, 3 ton olduqda 29 qəpik, 4 ton
olduqda 22 qəpik olacaq;
2) Əllə yığıldığı şəraitdə: məhsuldarlıq 2 ton olduqda 54 qəpik, 3 ton
olduqda 41 qəpik, 4 ton olduqda 34 qəpik olacaq;
Fermer
1 hektar pambıq becərməklə nə qədər qazana bilər?
Hər hektar pambığın becərilməsi üçün xərclər
məlumdur və indi fermerlərin bundan qazana biləcəklərini hesablamaq olar. Maya
dəyərinin səviyyəsi xərclərin həcmi ilə yanaşı məhsuldarlıqdan asılı olduğu
kimi pambıq əkinlərinin mənfəətliliyi də alış qiymətləri ilə yanaşı bilavasitə
sahənin verimliliyindən asılıdır. Məhsuldarlıq və alıq qiymətləri yüksəldikcə
maya dəyəri azalır, məhsul vahidinə düşən gəlirlilik artır. Amma bir vacib məqamı da qeyd edim: emal
müəssisələri xam pambığı qəbul edərkən 10-12% civarında “çirklənmə” əmsalı
tətbiq edir. Məsələn, 4 ton pambıq təhvil verən fermer zavoddan 3.5 ton
məhsulun pulunu ala bilir. Odur ki, hər hektar pambığın gəlirliliyi hesablanarkən
“çirklənmə” əmsalı mütləq nəzərə alınmalıdır.
Hazırda emal müəsssiləri hər ton pambıq üçün 500 manat, hökumət isə
büdcədən əlavə olaraq 100 manat müəyyən edib. Amma fermerlərin dediyinə görə,
emal müəssisiləri 1-ci növ (ilk dəfə sahədən dərilən) məhsulun hər tonunu 500
manata alırsa, 2 və 3-cü növ pambığa 44-48 qəpik arasında alış qiyməti tətbiq
edir. Yekun nəticə etibarı ilə 1 ton xam pambığın fermerdən orta alış qiyməti
470-480 manat təşkil edir. Deməli, hər hektar sahənin ümumi gəlirliliyi
hesablanarkən “çirklənmə” əmsalı ilə yanaşı pambığın növlərinə tətbiq edilən
fərqli qiymətlər də nəzərə alınmalıdır.
Beləliklə, bu məlumatlar əsasında hər hektar
pambıqdan fermerlərin əldə edəcəyi mümkün gəlirlər aşağıdakı kimi olacaq:
1) Texnika ilə yığıldığı şəraitdə: Məhsuldarlıq
2 ton olduqda 170 manat, 3 ton olduqda 690 manat, 4 ton olduqda 1150 manat hər
hektardan xalis gəlir əldə edilir.
2) Əllə yığıldığı şəraitdə: Məhsuldarlıq 2
ton olduqda 30 manat, 3 ton olduqda 340 manat, 4 ton olduqda 655 manat hər
hektardan xalis gəlir əldə edilir.
Bu hesablama 10-12%-lik “çirklənmə” əmsalı və hər ton üçün
580 manat alış qiyməti əsasında aparılıb.
Qeyd: 2 tondan aşağı olduğu şəraitdə (istər
maşınla, istərsə də əllə yığım olsun) rentabellik təmin edilmədiyi üçün
hesablamalarda məhsuldarlığın ən aşağı həddi 2 ton götürülüb. Azərbaycan
reallığında 4 tondan yuxarı məhsuldarlığa təsadüf edilmədiyi üçün
hesablamalarda da maksimum məhsuldarlıq səviyyəsi kimi həmin rəqəmə istinad
edilir.
Rəqəmlərdən göründüyü kimi, Azərbaycan
fermeri indiki alış qiymətləri şəraitində pambıqdan qazanc götürmək istəyirsə,
hər hektarın məhsuldarlğı heç olmazsa 3 ton təşkil etməlidir. Halbuki 2016-cı ildə ölkə üzrə orta məhsuldarlıq 1.6 ton təşkil edib. Bu məsuldarlıq səviyyəsi ilə fermerlər ili yalnız ziyanla başa vura bilərlər. Əslində çox yaxşı olar ki, hökumət əkilən torpaq sahələri və fermerlərin sayı üzrə məhsuldarlığı qruplaşdıraraq məlumatlar açıqlasın. Məsələn, 2016-cı ildə pambıq yağılmış 52 mi hektar torpağın hansı hissəsi üzrə məhsuldarlıq 4, 3,2 və ya 1 ton təşkil edib. Neçə fermer pambıq əkini üzrə müqavilə bağlayıb və məhsuldarlıq səviyyəsinə görə vəziyyət necədir? Özü də bu məumatları bölgə-bölgə açıqlamaq vacibdir.
Pambıqayırma
zavodları nə qazanır?
Emal zavodlarını təmsil edən
mütəxəssislərdən əldə etdiyim məlumatların nəticəsi belədir: 2.5 ton xam pambıqdan 1 ton pambıq lifi,
təxminən 1.2 ton çiyid alınır. Öz növbəsində, 2.5 ton xam pambığın emalı üçün
müəssisələrin xərcləri orta hesabla 140-170 manat intervalında dəyişir. Beləliklə,
“çirklənmə əmsalı” tətbiq edilməklə 2.5 ton xam pambıq üçün emal müəssisəsi
fermerə təxminən 1200 manat ödəyir. Bunun müqabilində onun sərəncamında 1 ton
pambıq mahlıcı və 1.2 ton çiyid qalır. Hazırda dünya bazarında pambıq lifininin
hər tonunun orta qiyməti 1650-1700 dollar intrevalında dəyişir - indiki məzənnə ilə
2800-2900 manat təşkil edir. Mütəxəssilər deyir ki, hər ton çiyidin müəssisədən
topdansatış qiyməti isə 350-400 manat aralığında dəyişir. Deməli, fermerdən
alınan 2.5 ton pambığa emal müəssisəsi orta hesabla 1350 manat (1200 manat xam pambığın alış
qiyməti+150 manat emal xərci) vəsait xərcləyir. Bunun müqabilində onun sərəncamında təxminən
3200-3300 manat bazar dəyəri olan əmtəəlik məhsul var. Əlbəttə, emal
müəssislərinin xərcləri bununla məhdudlaşmır və kommunal xərclər,
texniki-texnoloji proseslərin təşkili və zəruri avadanlıqların alınması,
ixrac-nəql xərcləri, dövlət büdcəsi və Sosial Müdafiə Fondu qarşısında
öhdəliklər də hesablansa, hər ton xam pambığın alışından pambıqayırma
zavodlarının xalis mənfəətini daha dəqiq müəyyən etmək mümkündür. Lakin bu
məsələ hazırkı məqalənin yox, ayrı ayrı bir araşdırmanın mövzusudur. Sadəcə
ilkin emalın maya dəyəri əsasında zavodların ümumi gəlirini ona görə müəyyən
etməyə çalışdım ki, fermerlərin və emalçıların əmtəəlik məhsulunun satış
qiyməti arasındakı nisbəti görmək mümkün olsun.
Sonda bir vacib məqamı da deyim: bizim
hökumət pambıqçılıqla bağlı yaxşı işlənmiş, hədəfləri çox dəqiq müəyyən edilmiş
proqrama malik deyil. Məsələn, Türkiyə hökuməti belə proqrama malikdir və onun
hədəflərinə diqqətinizi cəlb etməklə nə
demək istədiyimi daha rahat izah edə bilərəm: Türkiyə fermerləri hazırda toxuculuq sənayesi
üçün təxminən 900 min ton xam pambıq becərə bilir, lakin bu sənayenin illik
ehtiyacı təxminən 1.8 mln. tondur. Hökumətin hədəfi budur ki, fermerlər ilk
növbədə tekstil sənayesinin ehtiyaclarını tam qarşılamaq üçün 900 min ton əlavə
xam pambıq istesalına nail olmalı, bundan sonra digər sənaye sektorlarının (məsələn,
yağ istehsalı məqsədilə qida sənayesinin) ehtiyaclarını da qarşılamaq üçün
əlavə 500-600 min ton xam pambıq istehsal etmək gücünə malik olsunlar. Türkiyə
Milli Pambıq Şurasının hesablalamalırana görə, 1 dollar dəyərində xam pambığın
dəyəri son tekstil məhsulu kimi Türkiyə ixracatı üçün 7 dollarlıq məhsul yarada
bilir.
Bizdə bu cür hədəflər və hesablamalar ortaya qoyulması çox mühümdür ki, mənzərə
bütün maraqlı tərəflər üçün tam aydın olsun.
Türkiyənin timsalında bir maraqlı nümunəni
də deyim: ölkədə Milli Pambıq Şurası, Fermerlər və Koopretivlər Birliyi, Ziraat
Odaları, ticarət birjaları, tekstil sənayeçiləri birlikləri, pambıq emalı
müəssisləri pambıq qiymətlərinin formalaşmasında birlikdə iştirak edir. Belə
oyunçu bolluğu qiymətərin formalaşması və bütün tərəflərin maraqlarının nəzərə
alınması baxımından şəffaf mühit tələb edir. Azərbaycandakı vəziyyətə diqqət
yetirək: bu institutlardan heç biri yoxdu. Ortada yalnız qiymətləri diqtə edən
barmaq sayılacaq inhisarçı zavodlar var – fermerlərin maraqlarını müdafiə edən hər
hansı təsisat yoxdur.
Subscribe to:
Posts (Atom)