Azərbaycan büdcəsində vergilərin payı həmişə aşağı olub. Bu, resurs ölkələrinin demək olar ki, hamısı üçün xarakterikdi. Məsələn, büdcə gəlirlərinin ən piki ilində - 2013-cü ildə büdcənin ümumi mədaxili 19.5 milyard manat olduğu ildə - Vergilər Nazirliyi və Gömrük Komitəsinin büdcəyə birgə ödənişi təxminən büdcənin 40%-i qədər olmuşdu. Biznesdən və vətəndaşdan birbaşa alınmayan vergiləri - ARDNŞ və xarici neft şirkətlərinin ödədiyi vergiləri nəzərə almasaq, yerdə qalan vergilərin həcmi təxminən 5 milyard manat edir - məcmu büdcə gəlirlərinin təxminən 25%-i qədər olub. Çıxan nəticə budur ki, vətəndaşdan və biznesdən birbaşa alınan vergi büdcənin hər 4 manatından cəmi 1 manatını təşkil edir. Müqayisə üçün deyim ki, inkişaf etmiş dünyada büdcənin ən azı 80-85%-i vergilərdən formalaşır.
Bu statistik mənzərəni cızmaqda məqsədim var: qeyri-leqal vergi yükünü nəzərə almasaq, böyük neft pulları dövründə vətəndaşın və biznesin vergi yükü ağır olmayıb. Amma indi hökumət neft gəlirlərinin kəskin azaldlğı dövrdə vergiləri artırmaq yolunu tutur. Xidmət və ticarət sferasında sadələşdirilmiş vergi dərəcələrinin hazırkı 2-4%dən 6-8%-ə yüksəldilməsi, mənzil satışının vergiyə cəlbi üçün baza rolunu oynayan mənzilə sahib olma dövrünü 3 ildən 5 ilə artırılması, vergi sanksiya və cərimələrin məbləğlərinin çoxaldılması bunun göstəricisidi. Amma reallıq onu göstərir ki, neftdənkənar sahələrin vergi potensialı yetərincə məhduddur və ən yaxşı halda itirilən neft gəlirlərinin 5-10 %-ni kompensasiya edə bilir. Fakt - neftin dünya bazar qiymətinin 100 dollar olduğu dövrlə müqayisədə hökumətin neft gəlirləri 10 milyard manata qədər azalıb, amma gələn il üçün Vergilər Nazirliyinin qeyri-neft sektorundan vergi proqnozu cəmi 500 milyon manat artırılıb. Hökumət itirilən 10 milyard manat neft gəliri müqabilində cəmi 500 milyon manat qeyri-neft gəliri çıxarır? Hətta etibarlılığına yetərincə güvənc olamayan rəsmi statistikaya görə, qeyri-neft sektorunun istehsal potensialı böyük deyil, digər tərəfdən isə qeyri-sabitdi. Çox üzdə olan bir fakta baxaq: yenə də rəsmi məlumatlara görə, ölkədə istehlak olunan kərə yağının təxminən yarısı, çay istehlakının yarısı, şirniyyat və qənnadı məmulatlarının 75-80%-i, bitki yağlarının 60%-i, bütün növdə olan qida mənşəli yarma məmulatlarının 80%-i idxal edilir. Azərbaycanda real vəziyyətdə və iqtisadiyyatın hazırkı strukturunu göz önünə aldıqda qeyri-neft sektorunun ən böyük vergi ödəyici qida sektoru ola bilər, bu sektorun da məhsullarının əhəmiyyətli hissəsini bizə xarici sahibkarlar satır, vergilərini də öz büdcələrinə ödəyirlər.
Nəzərə alaq ki, Azrəbaycanda qeyri-neft sektorunun ölkənin ixracında payı 5-6 faizdi və ixrac qazancı olmayan, kiçik (məhdud həcmli) daxili bazara hədəflənən bisnesin böyük gəlriləri olmadığı kimi böyük vergi potensialına malik olması da mümkün deyil. Üstəlik, böyük resurs gəlirləri dövründə iri hökumət sifarişləri üzərində böyüyən biznesin xammalın dünya bazar qiymətlərində qiymətinin endiyi dövrdə qara günləri başlayır - hökumət sifarişləri kəskin məhdudlaşır. Belə vəziyyətdə onları gəlirlərinin azalmasına adekvat vergi ödənişlərini də azaldırlar.
Mayk Rossun dediklərinə gəlirəm. Ross "Neft lənəti" kitabında müftə resurs gəlirlərinə alışmış cəmiyyətlərə xitab edərək yazır ki, bu qəbil ölkələrdə cəmiyyət (istər biznes, istərsə vətəndaşlar) onlardan az alıb (vergi formasında) onlara daha çox qaytaran (müxtəlif xidmətlər, güzəştlər və s. formasında) qaytaran hökumətləri dəstəkləyir. Müəllif belə hökumətlərin hamısını öz hakimiyyətlərini qoruyan və vətəndaşı loyallaşdıran avtoritar hakimiyyət hesab edir və onun fikrincə bu vəziyyəti dəyişmək istəyən hakimiyyətlərin özlərinin dəyişdirilməsi təşəbbüsləri güclənməyə başlayır. Rossa görə, vergilərin artımı nəticəsində yaranan ictimai güc demokratik inqilab dalğası yaratmağa yetməsə belə, gec-tez hakimiyyətdə təmsilçi (seçkili) gücün çəkisinin və nüfuzunun artması qaçılmaz olur. Müəllifin məntiqi izahı budur ki, tarixən monarxlar məhz vergilərin artımından doğan narazılıqları məsuliyyətini və kütləvi qəzəbi parlamentlə paylaşmağa üstünlük veriblər.
Maykl Rossun gəldiyi nəticənin Azərbaycan üçün nə dərəcədə keçərli olacağını yaxın 1-2 ildə görmək mümkün olacaq - əgər neftin qiyməti indiki səviyyədə qalmaqda davam etsə.
Madaqaskarda (Şərqi Afrika) yaşayıram və həyat mənim üçün və ailəm üçün indi rahat yaşamağa dəyər və həqiqətən övladımın tapdığı qədər ciddi bir problem yaşadığım üçün ömrüm boyu mənə göstərilən yaxşılığı görməmişəm. iki həftə davam edən dəhşətli qəza və həkimlər onun yenidən gəzə bilməsi üçün incə bir əməliyyat keçirməsi lazım olduğunu və hesabları ödəyə bilmədiyimi söylədikdən sonra əməliyyatınız banka getdi və borc verdiyimi söyləyərək məni rədd etdi kredit kartı yoxdu, oradan atama qaçdım və kömək edə bilmədi, yahoo cavablarına baxarkən kredit borc verən cənab Benjamin Breil Lee ilə əlçatan faiz dərəcəsində kreditlər təklif etdiyimə rast gəldim. lakin buna bir cəhd göstərmək və təəccüblü bir şəkildə hamısı xəyal kimi idi, oğlumun əməliyyatı üçün pul ödəmək üçün 110,000.00 dollar borc aldım, sonra özümə də getməyimə kömək edəcək rahat bir iş tapdım. Allaha şükür edirəm ki, bu gün yaxşıdır və gəzə bilirsən, işləyirsən və yük mənim üzərimdə daha çoxdur və yaxşı qidalandıra bilərik və ailəm bu gün xoşbəxtdir və öz-özümə möcüzələr dünyasında ucadan yas tutacağımı söylədim Tanrının mənə verdiyi bu Tanrı vasitəsilə borc verən cənab Benjamin Breil Lee və həqiqi və ciddi borc ehtiyacı olan hər kəsə bu Allahdan qorxan adamla əlaqə saxlamağı tövsiyə edirəm
ReplyDelete...... vasitəsilə 247officedept@gmail.com. Və hamınızdan bu adam üçün mənim üçün dua etməyinizi və ya + 1-989-394-3740 whatsapp-da onunla söhbət etməyinizi istəyirəm.
Çox sağ ol