İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yanaşmasına görə də “regional
inkişaf” geniş anlayış olsa da, bunu ilk öncə bölgələrarası fərqlərin
azaldılmasına nail olmaq səyləri kimi qəbul etmək lazımdır. Bir neçə il
əvvələdək “regional inkişaf” dedikdə əsasən böyük həcmdə sərmayələr hesabına
irimiqyaslı infarstrukturun yaradılması anlaşılırdı. Lakin köhnə yanaşma
regional bərabərsizliyi aradan qaldırmaqda uğursuzluğa düçar oldu, iqtisadi
baxımdan geri qalan regionlarda hədəflənən inkişafın əldə edilməsi ilə
nəticələnmədi – baxmayaraq ki, ictimai fondlar vasitəsilə bu məqsədə böyük
böyük vəsaitlər xərclənirdi.
OECD ekspertləri
vurğulayır ki, regional inkişaf siyasətinin 2 məqsədi olmalıdır və hazırlanan
regional inkişaf strategiyaları bilavasitə bu məqsədlər üzərindən
formalaşdırılmalıdır.: 1) iqtisadi inkişaf üçün coğrafi məkan rolunu oynayan
regionların rəqabət qabiliyyətliliyinin təmin edilməsi; 1) bütün regionlar,
həmçinin regionlar daxilində müxtəlif ərazilər üzrə baza əmtəə və xidmətlərə
bütün əhalinin bərabər çıxışının təmin olunması.
Bu baxımdan
Azərbaycanda qəbul edilən regional inkişaf proqramları üçün elə nəticə indikatorları
seçilə bilər ki, icra prosesi başa çatdıqdan sonra atılan addımların, xərclənən resursların hansı nəticələrə gətirib çıxardığını hər kəs görə və qiymətləndirə bilsin.
Məsələn, proqramın icrasına start veriləndə Aran regionunda mərkəzləşmiş su
təminatı ilə əhatə olunan ev təsərrüfatları, o cümlədən kənd yerləri üzrə ev
təsərrüfatları ümumi mənzillərin hansı hissəsini təşkil edirdi,
proqramın sonunda bu göstərici hansı səviyyədədi, Dağlıq Şirvan regionunda
təmirə və yenidən qurmaya ehtyacı olan bələdiyyə yollarının və rayon (region)
əhəmiyyətli yolların ümumi yollara nisbəti necədir, sonda bu rəqəm hansı
səviyyəyə çatdı, Gəncə-Qazax regionunda adambaşına məhsul buraxılışı və əmtəə
dövriyyəsinin həcmi ölkə üzrə orta göstəricinin və ən yüksək sayılan regional
göstəricnin neçə faizinə bərabər idi, icranın sonunda hansı səviyyədədi,
Lənkəran regionunda hər 100 ev təsərrüfatlarının genişzolaqlı internetlə
çıxış hansı səviyyədə idi, sonda bu göstərici necə dəyişdi və s. Hazırkı
regional inkişaf proqramları iqtisadi rayonlar üzrə bu cür hədəflər müəyyən
etmir, icraya dair hesabatlarda da regionlararası fərqlərin necə azaldıldığını
görmək mümkün deyil.
Regional inkişafı aşağıdakı indikatorlar əsasında
qiymətləndirmək mümkündür? Əslində belə indikatorlar hazırlamaq və hər il ölkə başçısının da iştirak etdiyi konfrasda həmin
indikatorlar əsasında ictimaiyyət üçün əhatəli hesabat təqdm etmək olar. Məsələn, nümunə olaraq aşağıdakı indikatorlar kimi:
Əmək
qabiliyyətli əhalinin hər 10 000 nəfəri hesabı ilə ali təhsili mütəxəssislərin
sayı
Əmək qabiliyyətli əhalinin hər
10 000 nəfəri hesabı ilə peşə təhsilinə malik kadrların sayı
Əhalinin hər 10 000 nəfəri
hesabı ali təhsil müəssisələrinə daxil olan abituryentlərin sayı
Əhalinin hər 10 000 nəfəri
hesabı ilə ali təhsil müəssisələrini bitirən məzunların sayı
Əhalinin hər 10 000 nəfərinə
düşən həkimlərin sayı
Əhalinin hər 1000 nəfərinə
düşən minik avtomobili sayı
Əhalinin hər nəfərinə düşən
bank depozitlərinin məbləği
Əhalinin hər nəfəri hesabı ilə
elektrik enerjisi istehlakı
Yüksək standartlara malik
otellərin yataq tutumu
İl ərzində 1 milyon dollardan çox ixracatı
olan müəssisələrin sayı
İSO 500 Böyük Sənaye
Təşkilatının reytinqinə daxil olan müəssisələrin sayı
Son 5 ildə qeydiyyata alınan
patentlərin sayı
Son 5 ildə qeydiyyata alınan
məhsul markalarının sayı
Büdcəyə
alınan vergi məbləği və adambaşına məbləği
İxracın həcmi və ölkənin ümimi
ixracında payı
Sənayenin istehlak etdiyi
elektrik enerjisinin miqdarı
Son 5 ildə faktiki fəaliyyət
göstrən şirkətlərin say dinamikası
Son 5 ildə bağlanan
şirkətlərin say dinamikası
Regiona qoyulan
investisiyaların həcmi, artım dinamikası və ölkə üzrə sərmayələrdə payı
Xarici bazara çıxan firmaların
sayı
Əmək müqaviləsi əsasında
çalışan işçilərin bütün iqtisadi fəal əhaliyə nisbəti
Qeyri-aqrar sahədə çalışan
işçilərin bütün bütün iqtisadi fəal əhaliyə nisbəti
Genişzolaqlı
internetlə əhatə səviyyəsi
Hər 100 ev təsərrüfatəna düşən
ev telfonlarının sayı
Ərazinin hər kvadratkm-ə düşən
yol
Hər 100 ailəyə düşən minik avtomobilıərinin
sayı
Hər 100 mənzil hesabı ilə
mərkəzləşmiş su təminatı səviyyəsi
Hər 100 mənzil hesabı ilə
təbii qazla təminat səviyyəsi
Amma
məsələ təkcə bu cür keyhiyyətli hesabat hazırlanmaması ilə də bitmir. Ölkədə
regional inkişafı təmin etmək üçün zəruri institusional yanaşma mövcud deyil.
Söhbət hansı çatışmazlıqlardan gedir?
1) Hər bir regionun spesifik xaraktersitikasını nəzərə alan regional inkişaf proqramları mpvcud deyil. Bu gün bütün ölkənin regionlarını bir araya gətirən 5 illik proqramlar dünya təcrübəsində mövcud olan "proqram" anlayışının tələblərinə cavab vermir. Heç bir regionun problemləri, inkişafına mane olna amillər, regionların zəif-güclü tərflərinin, rəqabət qabliyyətliliyini analiz edən yanaşma, tələb olunan resursların həcmi əks olunmayıb. Məsələn, region ölkələrindən Türkiyə və Gürcüstanda həm milli səviyyədə regional inkişaf strategiyası, həm də hər bir bölgə üzrə spesifik bölgə inkişafı planı hazırlanıb;
2) Regional inkişafa səlahiyyətli olan əsas institutlar mövcud deyil (Regional İnkişaf Nazirliyi, Regional İnkişaf Fondu, yerli inkişafa bilavasitə məsuliyyət daşıyan, inzibati və maliyyə muxtariyyətinə malik yerli özünüidarə). Məsələn, qonuşu Gürcüstanda Regional İnkişaf Nazirliyi, Bələdiyyə İnkişaf Fondu və Dağ İcmalarının İnkişafı Fondu fəaliyyət göstərir. Oxşar təcrübə qonşu Türkiyədə də var.
3) "Problemli" və ya "əlverişsiz imkana malik" bölgələrə spesifik yanaşmanı nəzərdə tutan hüquqi mexanizmlər mövcud deyil. Bu mexanizm Avropa Birliyinin xüsusi önəm verdiyi yanaşmadır. Həmin yanşamaya görə, regional məhsulun adambaşına həcmi ölkə üzrə ÜDM-nin adambaşına həcminin 75%-dən az olan bölgələr depressiv (geridə qalmış və ya problemli) bölgələr hesab edilir və onlara münasibətdə differensial investisiya, vergi və büdcə dəstəyi siyasəti işlənib hazırlanır. Azərbaycanda ümumiyyətlə iqtisadi baxımdan zəif inkişaf etmiş yaxud problemli bölgə, belə bölgələrin müəyyən edilməsi üçün meyarlar, prinsiplər mövcud deyil. Eyni zamanda, coğrafi baxımdan əlverişsiz və üstün inkişaf etdirilməli olan bölgələrə də münasibətdə anoloji siyasət yanaşması mövcud deyil. Halbuki hazırda Azərbaycanda bütün bölgələr üzrə adambaşına məhsul buraxılışının həcmi orta ölkə üzrə göstəricinin hətta 50%-nə çatmır və bu meyara görə, bizdə Bakıdankənar bütün ərazilər Avropa ölşüləri ilə "problemli" sayılmalıdır.
Gürcüstanda
“Dağlıq ərazilərin inkişafı haqda” Qanun var. Həmin qanun məşğul əhalinin
maaşlarına, pensiya və sosil müavinətlərə, hökumətin ayırdığı sərmayələrə
yüksəldici əmsalların tətbiqini, əhalinin həmin ərazidə məskunlaşmaya marağının
artırılması üçn daha keyfiyyətli infrastrukturun yaradılmasının əsas prioritet
seçilməsinı nəzərdə tutur.
No comments:
Post a Comment