Dövlət başçısı hökumət üzvləri ilə keçirdiyi
müşavirədə bəyan edib ki, yaxın zamanlarda dərman istehsalına başlanacaq və
dərman preparatları istehsal edəcək fabriklərin tikilməsi gündəlikdədi.
Qeyri-neft sektorunun inkişafı və
iqtisadiyatın şaxələndirilməsi baxımından cəlbedici bəyanatdı. Amma ortada çox
mühüm bir sual var: dərman istehsalı
üçün hansı şərtlər tələb olunur?
1) Elmi
potensialın mövcudluğu
Dərman sənayesinin əsas fərqləndirici cəhəti
sıx və böyük həcmdə elmi-tədqiqat işləmələri üçün sərmayə tələb etməsidir. Bu
gün dünyada elmi tədqiqat üçün çəkilən xərclərin strukturunda 15% payla məhz
dərman sənayesi 1-ci yerdə dayanır – və hər il təxminən 150-160 milyard dollar
xərclənir.
Azərbaycan kimi elmi potensialı zəif, elmə
sərmayə qoyulmadığı, iqtisadiyyatla elmi sferalar arasında bütün əlaqələrin
itdiyi ölkədə dərman sənayesinin indiki elmi potensial müqabilində imkansız
görünür. Tibbi, bioloji və kimya sahəsində elmi ptensial elə səviyyədə
olmalıdır ki, istehsal elədiyin məhsul Dünya Səhiyyə Təşkilatının işlədiyi və
dərman istehsalında dünya norma və standartlarını müəyyən müəyyən edən “Yaxşı
istehsal təcrübələri”nə cavab verə bilsin. İlk növbədə elmi potensial olmadan
klinik araşdırmalar üçün fundamental baza qurula bilmir. Klinik araşdırma
müəyyən bir sağlamlıq problemini haqqında əvvəldən təyin olunmuş, cavabı
bilinməyən problemləri yeni müalicə üsulları ilə araşdırmaq üçün elmi
cəhdlərdir. Bu işdə ölkənin tibb elmi və infrastrukuturu iştikak etməlidir.
Vətədaşı elementar xəstəliklərin müayinəsi üçün qonşu dövlətlərə üz tutan
ölkədə tibb elmi və infrastrukuturu belə klinik araşdırmalara dəstək verə
biləcəkmi? Məlumat üçün deyim ki, Türkiyə kimi tibb sənayesi və elminin inkişaf
etdiyi ölkə klinik araşdırmaların sayına görə, Avropa və ABŞ-dan on dəfələrlə
geri qalır. Halbuki Türkiyənin 10-dək
universitetinin nəzdində fəaliyyət göstərən texnoloji inkişaf bölgələrində
dərman istehsalı sahəsində elimi araşdırmalar aparılır. Əlavə olaraq, Türkiyədə
5 dərman şirkərinin özünün böyük elmi-tədqiqat mərkəzi mövcuddur. Bizdə belə
mərkəzləri quracaq kadr potensialı varmı?
2) Zəruri
infrastrukturun mövcudluğu
Dərman sənayesi üçün elmi mərkəzlərin
qurulması üçün köklü baza olmalıdır – universitetdən gələn bir baza. Məsələn,
Türkiyədə dərman sənayesi üçün elmi-tədqiqat mərkəzlərinə kadr yetişdirən
infrastruktura diqqət yetirək: ölkənin müxtəlif universitetlərində 31 kimya mühəndisliyi,
46 kimya, 28 kmya texnologiyası, 49 bioloji, 81 tibb, 34 genetik və molekulyar bölmə
fəaliyyət göstərir. Nəzərə alaq ki,
Türkiyə hələ dərman istehsalına görə dünyada 31-ci sırada yer alan bir ölkədir.
Dərman sənayesinin infrastrukturuna
elmi-tədiqiqat mərkəzləri ilə yanaşı hazır məhsulun emalı üçün zəruri
məmulatları istehsal edən müəssisələrin mövcudluğudur. Bu müəssisələr hansı kadr
potensialı və xammalla qurulacaq?
Yoxsa bütün komponentlər idxal ediləcək və
bizim adına “dərman sənayesi” dediyimiz sənaye yalnız qablaşdırma ilə məşğul
olacaq?
3) Rəqabət
qabiliyyətli məhsul
Azərbaycan bazarı böyük bazar deyil – illik dərman
istehlakı xərclərinin real həcmi 650-700 milyon manatı manatı ötmür. Bu dərman
dövriyyəsinin əhəmiyyətli hissəsi şiş və qan xəstəlikləri ilə bağlı yüksək
texnologiya və elmi baza tələb edən dərmanlardır ki, bu dərmanları hətta
Türkiyə yaxın illərdə istehsal etmək gücündə olmadığını etiraf edir. Əgər
söhbət ən yaxşı halda 200-250 milyon manatlıq dövriyyəsi olan bir sənayenin
yaradılmasından gedirsə, bu istər ÜDM və məşğulluğa, istərsə də büdcəyə qatqısı
baxımından yeni sənayenin potensialının böyük ola bilməz. Ona görə yerli dərman
sənayesi məhdud daxili bazara deyil, yalnız ixrac dayalı qurulmalıdır. İxrac isə
rəqabətabiliyyətli (həm qiymət, həm keyfiyyət baxımından) məhsul sayəsində
mümkündür. Bazarın 95%-ni əlində saxlayan transmilli dərman nəhəngləri ilə
rəqabətə girəcək potensialımız varmı?
Sənayeləşmə
strategiyası nəyi hədəfə almalıdır?
Postneft dövrünün hökumətin gözləntilərinin
əksinə zidd olaraq onu tez yaxalaması tələsik və pərakəndə qərarların
verilməsinə səbəb olur. Amma məsələlərə köklü yanaşma olmalıdır. Məsələn, yaxşı
işlənmiş bir sənaye strategiyası olmalıdır. Həmin sənəddə dünyada qəbul olunan
hər bir texnoloji səviyyədə bizim imkanlarımız, fürsətlərimiz və zəif
nöqtələrimiz dəqiq müəyyən edilməli, hər bir səviyyə üçün hədəflərimiz və
resurslarımız müəyyən edilməlidir.
Hazırda dünyada sənaye məhsulları 4 qrupa
bölünür: aşağı, orta aşağı, orta yüksək texnoloji və yüksək texnoloji qrupuna
daxil olan məhsullar.
Yüksək texnoloji qrupa təməl əczacılık məhsulları
və əczacılıqla əlaqəli məmulatların emalı, kömpüter, elektronik və optik
məhsullar, hava texnikası və kosmik vasitələrin istehsalı daxildir. Bu qrup
məhsulların istehsalı ən yüksək səviyyədə və ən yeni nəsl texnologiyaların
tətbiqi, elmi-tədqiqat işləmələri sayəsində mümkündür.
Orta yüksək texnoloji məhsul qrupuna kimyəvi
məhsulların, silah ve sursat, elektriklə çalışan avadanlıqlar, motorlu quru
nəqliyyat vasitələri, tibbi və stomatologiya ilə əlaqədar vasitələr istehsalı
daxildir.
Orta aşağı texnoloji məhsul qrupuna rəfinə
edilmiş neft məhsulları istehsalı, rezin və plastik məhsulların istehsalı, digər
qeyri-metal mineral məhsulların istehsalı, baza metallurgiya sənayesi
məhsulları, maşın və avadanlıqlar istisna olmaqla metal məmulatların emalatı, gəmilərin
və üzən strukturların inşası, maşın və avadanlıqların quraşdırılması və təmiri.
Aşağı
texnoloji məhsul qrupuna qida məhsullarının, içkilərin, tütün məmulatlarının,
toxuculuq məmulatlarının, geyim əşyalarının, dəri məmulatlarının, ağac
məmulatlarının, kağız məmulatlarının və mebelin istehsalı
Bu
təsnufata diqqət edin: biz əsasən aşağı, müəyyən qədər isə orta aşağı texnoloji
məhsul istehsal edə bilirik. İndilikdə bizim hədəfimiz orta yüksək texnoloji məhsulların
istehsalı üçün potensial yaratmaq, bu mərhələdə isə yüksək texnologi qrupa
daxil olmaq üçün elmi potensial formalaşdırmaq olamalıdır. Göründüyü kimi,
əczaçılıq məhsulları məhz yüksək texnoloji qrupa daxildir.
Məlumat
üçün deyim ki, Sinqapur 60-cı illərdə müstəqillik quran zaman yaratdığı
keramika və gəmiqayırma sənayesi iflasa uğrayıb- elmi potensialın zəifliyi,
rəqabətqabiliyyətli məhsul istehsalı yarada bilməməsi, daxili bazarın
məhdudluğu səbəbindən. Lakin o dövr üçün bu ölkənin mövcud imkanlarına uyğun və
Norveç sərmayəsinin dəstəyilə yaratdığı forel balıqlar üçün qarmaq istehsalı
müəssəisələri ölkə iqtisadiyatına daha böyük fayda gətirib.
Yeri gəlmişkən, Türkiyədə dərman sənayesi və biotexnoloji sahə ilə bağlı 2015-2018-ci illər üzrə 2 ayrı strategiya və tədbirlər planı qəbul edilib.
Yeri gəlmişkən, Türkiyədə dərman sənayesi və biotexnoloji sahə ilə bağlı 2015-2018-ci illər üzrə 2 ayrı strategiya və tədbirlər planı qəbul edilib.
Dünya dərman istehsalı ilə bağlı maraqlı
faktlar
Hazırda dünya dərman bazarının həcmi 1
trilyon dollar təşkil edir. Bazarın 95%-i transmilli şirkətlərin, o cümlədən
65%-i Şimali Amerika (ABŞ və Kanada) və Avropa ölkələrinə məxsus şirkətlərin
əlindədi.
Bölgə ölkələrindən Türkiyə bu sahədə öndədir.
Bu ölkə yüksək istehsal texnologiyası (biotexnoloji) əsasında istehsal olunan
dərmanlar istisna olmaqla istənilən növ dərmanları istehsal etmək potensialına
malikdir. Türkiyə dərman istehsalını DST-nın müəyyən etdiyi “Yaxşı istehsaıl
təcrübələri”nə uyğun dünya norma və standartlarına uyğunlaşmaq istiqamətində
son 35 il ərzində çox böyük yol qət etsə də, yetərli rəqabət gücünə malik
deyil. Hazırda Türkiyədə 15-i xarici
olmaqla 77 dərman istehsalı şirkəti fəaliyyət göstərir. 3100 adda dərman
istehsal edilir, 31 000 insan çalışır, 900 miıyon dollar ixraca malikdir.Təxminən
1.2 milyard dollarlıq məhsul da daxili bazarda satılır. Yəni yerli istehsalın
ümumi dövriyyəsi 2 milyard dollar ətrafındadır.
Cəmi 4.2 milyon əhalisi olan İrlandiyanın
ÜDM-nin 11%-i, ixracının 50%-i dərman sənayesi hesabına formalaşır. Dərman
ixracınının illik həcmi 30 milyard dollar ətrafındadı. Bu ölkə dərman
sənayesinin inkişafını ötən əsrin 70-ci illərində elan etsə də, yalnız 80-90-cı
illərdə tibbi və texniki universitetllərin inkişafı sayəsində dünya bazarına
çıxa bilmişdi. Hazırda dünyada ən çox satılan 12 dərman növündən 5-i İrlandiyada
istehsal edilir.
No comments:
Post a Comment