Pages

Tuesday, April 18, 2017

Hər ton pambıqdan kim nə qədər qazanır (fermerlərin və emal müəsssisələrinin məlumatları əsasında hesablama)?

Hökumət ötən ildən başlayaraq əlverişli iqlimi və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv işləyir. Gizlətməyin mənası da yoxdur ki, bir çox əyalətlərdə yerli hakimiyyətlər əhalini pambıq əkməyə məcbur edir. Haqlı sual yaranır ki, əgər gerçəkdən də əhali üçün sərfəlidirsə, insanlar bu sahədən qazanc götürə bilirsə məcburiyyətə nə lüzum? Əgər bu sahə fermer üçün qazanc gətirirsə, hansı səbəbdən 2005-ci ildə ölkədə 200 min ton, 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldı?
Reallıqda 1 hektar pambıq kəndli üçün nə qədər qazanc gətirə bilər? Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sektorla bağlı elmi-tədqiqat institutlarının mütəxəssislərinin etməli olduğu işdir ki, hər hektar pambıq sahəsinin becərilməsi üçün nə qədər xərc tələb edildiyini hesablasınlar, bu hesablamalar əsasında məqalələr yazsınlar və ictimailəşdirsinlər. İnsanlar da görsünlər və əmin olsunlar ki, pambıqsərfəli bitkidir, əkməyə dəyər.
Başqa bir sual budur: xam pambığı fermerdən alan emal müəssisələri (pambıqayırma zavodları) nə qədər qazanc əldə edə bilir? Bu informasiya çox vacibdir – fermerlər üçün xam pambığın alış qiymətinin formalaşması baxımından.  
Məlumat qıtlğını nəzərə alaraq ölkənin bir neçə rayonunda pambıq əkini ilə məşğul olan ayrı-ayrı fermerlərlə və pambıqayırma zavodlarını təmsil edən mütəxəssislərlə  görüşdüm, onlardan müsahibələr götürdüm. Fermerləri təmsil edən 10, emal müəssisəsində çalışan 2 nəfərlə apardığım müsahibələr əsasında bütün məlumatları sistemləşdirdim, orta hesabla hər hektar pambıq əkinləri üzrə xərcləri, pambığın hər kiloqramının maya dəyərini təxmini də olsa hesablaya bildim. Əlavə olaraq, emal müəssisələrinin aldığı xam pambıqdan əldə olunan hazır məhsulların həcmi, xam pambığın hər tonunun emal xərcləri barədə təqribi, amma mənzərəni tam aydınlaşdıran rəqəmləri götürmək mümkün oldu.

1 hektar pambığın becərilməsi xərcləri nə qədərdir?

Xərclərin strukturuna və xərc elementlərinin tərkibinə baxdıqda aydın olur ki, fermer yüksək məhsuldarlığa nail olmaq və keyfiyyətli məhsul əldə etmək üçün çoxsaylı becərmə prosedurlarından keçməli, xeyli vəsait xərcləməlidir. Xərclərin strukturu və hər bir xərc maddəsi üzrə çəkilən xərclərin məbləği aşağıdakı kimidir:     

1. Şumlama və əkinlə bağlı xərclər

1.1.Torpağın şumlanması – 2 dəfə X 30 manat = 60 manat
1.2. Şumlanmış sahənin arat edilməsi – 1 dəfə X 25 manat = 25 manat
1.3. Şumlanmış sahəyə mala çəkilməsi - 2 dəfə X 13 manat = 26 manat
1.4. Kultivasiya çəkilməsi – 3 dəfə X 12 manat = 36 manat
1.5. Suvarma üçün sahədaxili arxların çəkilməsi - 3 dəfə X 12 manat = 36 manat
1.6. Əkin sahəsinə kezo çəkilişi – 3 dəfə X 10 manat = 30 manat

Cəmi – 213 manat

2.      Səpin xərcləri

2.1. Çiyidin alınması – 22 kq X 5 manat = 110 manat
2.2. Çiyidin səpilməsi – 10 manat

Cəmi – 120 manat

3.      Dərmanlama xərcləri

3.1 Alaq otları ilə mübariz üçün səpindən əvvəl şumlanmış sahənin dərmanlanması üçün dərman vasitələrinin alınması  - 1 dəfə X 4 litr X 20 manat = 80 manat
3.2. Kalış otuna qarşı dərman vasitəsinin alınması – 1 dəfə X 2 litr X 16 manat = 32 manat 
3.3. Mənənəyə (xırda böcəklərə) qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 2 litr X 22 manat = 44 manat
3.4. Sofkaya qarşı dərman vasitlərinin alınması - 2 dəfə X 25 manat = 50 manat
3.5. Çor (çürüməyə qarşı) dərman vasitələrinin alınması - 1 dəfə X 2 litr X 20 manat = 40 manat
3.6. Yarpaq tökümünə qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 50 manat = 50 manat  
3.7. Traktor vasitəsilə dərmanlamanın aparılması - 7 dəfə X 10 manat = 70 manat           

Cəmi – 344 manat

4.      Suvarma xərcləri

4.1. Sahənin suvarılması – 3 dəfə X 20 manat = 60 manat
4.2. Su Asossiasiyalarına sudan istifadəyə görə ödəniş – 8 manat

Cəmi – 68 manat

5.      Yığım və daşınma xərcləri

5.1. Əllə yığım üçün – hər kq-a 15 qəpik
5.2. Texnika ilə yığım – hər hektara 100 manat  
5.3. Pambığın sahədən zavoda daşınması xərcləri – 30 manat

Beləliklə, yığım xərcləri nəzərə alınmadan 1 hektar pambığın becərilməsi üçün cəmi xərclər 775 manat təşkil edir. Əgər pambıq maşınla yığılarsa, bu halda 1 hektar pambığın becərilməsi xərcləri 875 manat olacaq. Əllə yığılacağı tədqirdə xərclərin həcmi sahənin məhsuldarlığından asılı olacaq. Məsələn, əllə yığım aparıldığı tədqirdə 1 hektarın məhsuldarlığı 2 ton olarsa hər hektar üzrə xərclər 1075 manat,  məhsuldarlıq 3 ton olarsa 1225 manat, 4 ton olarsa 1375 manat olacaq.    

Hər kiloqram pambığın maya dəyəri nə qədər ola bilər?

Pambığın əl və ya texnika ilə yığılmasından asılı olaraq hər kq xam pambığın maya dəyəri də fərqlidir.
Texnika və əl yığımı şəraitində hər kq xam pambığın maya dəyəri aşağıdakı kimi dəyişilir: 

1)      Texnika ilə yığıldığı şəraitdə: məhsuldarlıq 2 ton olduqda 44 qəpik, 3 ton olduqda 29 qəpik, 4 ton olduqda 22 qəpik olacaq;
2)      Əllə yığıldığı şəraitdə:  məhsuldarlıq 2 ton olduqda 54 qəpik, 3 ton olduqda 41 qəpik, 4 ton olduqda 34 qəpik olacaq; 

Fermer 1 hektar pambıq becərməklə nə qədər qazana bilər?

Hər hektar pambığın becərilməsi üçün xərclər məlumdur və indi fermerlərin bundan qazana biləcəklərini hesablamaq olar. Maya dəyərinin səviyyəsi xərclərin həcmi ilə yanaşı məhsuldarlıqdan asılı olduğu kimi pambıq əkinlərinin mənfəətliliyi də alış qiymətləri ilə yanaşı bilavasitə sahənin verimliliyindən asılıdır. Məhsuldarlıq və alıq qiymətləri yüksəldikcə maya dəyəri azalır, məhsul vahidinə düşən gəlirlilik artır.   Amma bir vacib məqamı da qeyd edim: emal müəssisələri xam pambığı qəbul edərkən 10-12% civarında “çirklənmə” əmsalı tətbiq edir. Məsələn, 4 ton pambıq təhvil verən fermer zavoddan 3.5 ton məhsulun pulunu ala bilir. Odur ki, hər hektar pambığın gəlirliliyi hesablanarkən “çirklənmə” əmsalı mütləq nəzərə alınmalıdır.  Hazırda emal müəsssiləri hər ton pambıq üçün 500 manat, hökumət isə büdcədən əlavə olaraq 100 manat müəyyən edib. Amma fermerlərin dediyinə görə, emal müəssisiləri 1-ci növ (ilk dəfə sahədən dərilən) məhsulun hər tonunu 500 manata alırsa, 2 və 3-cü növ pambığa 44-48 qəpik arasında alış qiyməti tətbiq edir. Yekun nəticə etibarı ilə 1 ton xam pambığın fermerdən orta alış qiyməti 470-480 manat təşkil edir. Deməli, hər hektar sahənin ümumi gəlirliliyi hesablanarkən “çirklənmə” əmsalı ilə yanaşı pambığın növlərinə tətbiq edilən fərqli qiymətlər də nəzərə alınmalıdır.
Beləliklə, bu məlumatlar əsasında hər hektar pambıqdan fermerlərin əldə edəcəyi mümkün gəlirlər aşağıdakı kimi olacaq:

1) Texnika ilə yığıldığı şəraitdə: Məhsuldarlıq 2 ton olduqda 170 manat, 3 ton olduqda 690 manat, 4 ton olduqda 1150 manat hər hektardan xalis gəlir əldə edilir.

2) Əllə yığıldığı şəraitdə: Məhsuldarlıq 2 ton olduqda 30 manat, 3 ton olduqda 340 manat, 4 ton olduqda 655 manat hər hektardan xalis gəlir əldə edilir.

Bu hesablama  10-12%-lik “çirklənmə” əmsalı və hər ton üçün 580 manat alış qiyməti əsasında aparılıb.
  
Qeyd: 2 tondan aşağı olduğu şəraitdə (istər maşınla, istərsə də əllə yığım olsun) rentabellik təmin edilmədiyi üçün hesablamalarda məhsuldarlığın ən aşağı həddi 2 ton götürülüb. Azərbaycan reallığında 4 tondan yuxarı məhsuldarlığa təsadüf edilmədiyi üçün hesablamalarda da maksimum məhsuldarlıq səviyyəsi kimi həmin rəqəmə istinad edilir.    

Rəqəmlərdən göründüyü kimi, Azərbaycan fermeri indiki alış qiymətləri şəraitində pambıqdan qazanc götürmək istəyirsə, hər hektarın məhsuldarlğı heç olmazsa 3 ton təşkil etməlidir.  Halbuki 2016-cı ildə ölkə üzrə orta məhsuldarlıq 1.6 ton təşkil edib. Bu məsuldarlıq səviyyəsi ilə fermerlər ili yalnız ziyanla başa vura bilərlər. Əslində çox yaxşı olar ki, hökumət əkilən torpaq sahələri və fermerlərin sayı üzrə məhsuldarlığı qruplaşdıraraq məlumatlar açıqlasın. Məsələn, 2016-cı ildə pambıq yağılmış 52 mi hektar torpağın hansı hissəsi üzrə məhsuldarlıq 4, 3,2 və ya 1 ton təşkil edib. Neçə fermer pambıq əkini üzrə müqavilə bağlayıb və məhsuldarlıq səviyyəsinə görə vəziyyət necədir? Özü də bu məumatları bölgə-bölgə açıqlamaq vacibdir.  

Pambıqayırma zavodları nə qazanır?

Emal zavodlarını təmsil edən mütəxəssislərdən əldə etdiyim məlumatların nəticəsi belədir:  2.5 ton xam pambıqdan 1 ton pambıq lifi, təxminən 1.2 ton çiyid alınır. Öz növbəsində, 2.5 ton xam pambığın emalı üçün müəssisələrin xərcləri orta hesabla 140-170 manat intervalında dəyişir. Beləliklə, “çirklənmə əmsalı” tətbiq edilməklə 2.5 ton xam pambıq üçün emal müəssisəsi fermerə təxminən 1200 manat ödəyir. Bunun müqabilində onun sərəncamında 1 ton pambıq mahlıcı və 1.2 ton çiyid qalır. Hazırda dünya bazarında pambıq lifininin hər tonunun orta qiyməti 1650-1700 dollar intrevalında dəyişir - indiki məzənnə ilə 2800-2900 manat təşkil edir. Mütəxəssilər deyir ki, hər ton çiyidin müəssisədən topdansatış qiyməti isə 350-400 manat aralığında dəyişir. Deməli, fermerdən alınan 2.5 ton pambığa emal müəssisəsi orta hesabla 1350 manat (1200 manat xam pambığın alış qiyməti+150 manat emal xərci)  vəsait xərcləyir. Bunun müqabilində onun sərəncamında təxminən 3200-3300 manat bazar dəyəri olan əmtəəlik məhsul var. Əlbəttə, emal müəssislərinin xərcləri bununla məhdudlaşmır və kommunal xərclər, texniki-texnoloji proseslərin təşkili və zəruri avadanlıqların alınması, ixrac-nəql xərcləri, dövlət büdcəsi və Sosial Müdafiə Fondu qarşısında öhdəliklər də hesablansa, hər ton xam pambığın alışından pambıqayırma zavodlarının xalis mənfəətini daha dəqiq müəyyən etmək mümkündür. Lakin bu məsələ hazırkı məqalənin yox, ayrı ayrı bir araşdırmanın mövzusudur. Sadəcə ilkin emalın maya dəyəri əsasında zavodların ümumi gəlirini ona görə müəyyən etməyə çalışdım ki, fermerlərin və emalçıların əmtəəlik məhsulunun satış qiyməti arasındakı nisbəti görmək mümkün olsun.
Sonda bir vacib məqamı da deyim: bizim hökumət pambıqçılıqla bağlı yaxşı işlənmiş, hədəfləri çox dəqiq müəyyən edilmiş proqrama malik deyil. Məsələn, Türkiyə hökuməti belə proqrama malikdir və onun hədəflərinə diqqətinizi cəlb etməklə  nə demək istədiyimi daha rahat izah edə bilərəm:  Türkiyə fermerləri hazırda toxuculuq sənayesi üçün təxminən 900 min ton xam pambıq becərə bilir, lakin bu sənayenin illik ehtiyacı təxminən 1.8 mln. tondur. Hökumətin hədəfi budur ki, fermerlər ilk növbədə tekstil sənayesinin ehtiyaclarını tam qarşılamaq üçün 900 min ton əlavə xam pambıq istesalına nail olmalı, bundan sonra digər sənaye sektorlarının (məsələn, yağ istehsalı məqsədilə qida sənayesinin) ehtiyaclarını da qarşılamaq üçün əlavə 500-600 min ton xam pambıq istehsal etmək gücünə malik olsunlar. Türkiyə Milli Pambıq Şurasının hesablalamalırana görə, 1 dollar dəyərində xam pambığın dəyəri son tekstil məhsulu kimi Türkiyə ixracatı üçün 7 dollarlıq məhsul yarada bilir.
Bizdə bu cür hədəflər və hesablamalar  ortaya qoyulması çox mühümdür ki, mənzərə bütün maraqlı tərəflər üçün tam aydın olsun.

Türkiyənin timsalında bir maraqlı nümunəni də deyim: ölkədə Milli Pambıq Şurası, Fermerlər və Koopretivlər Birliyi, Ziraat Odaları, ticarət birjaları, tekstil sənayeçiləri birlikləri, pambıq emalı müəssisləri pambıq qiymətlərinin formalaşmasında birlikdə iştirak edir. Belə oyunçu bolluğu qiymətərin formalaşması və bütün tərəflərin maraqlarının nəzərə alınması baxımından şəffaf mühit tələb edir. Azərbaycandakı vəziyyətə diqqət yetirək: bu institutlardan heç biri yoxdu. Ortada yalnız qiymətləri diqtə edən barmaq sayılacaq inhisarçı zavodlar var – fermerlərin maraqlarını müdafiə edən hər hansı təsisat yoxdur.             

4 comments:

  1. Hökumət kəndliyə (vətəndaşa) qul gözündə baxır. Belə görünür ki, qarşı tərəf də bu statusundan narazı deyil.

    ReplyDelete
  2. Hafiz bəy, qarşı tərəfin razı olduğunu da düşünmürəm - insanlarla ünisyyət bunu göstərir. Amma etiraz mexanizmləri işlək deyil

    ReplyDelete
  3. Hamı salam,
    Adım cənab Rugare Sim. Hollandiyada yaşayıram və bu gün xoşbəxt bir insanam? Mən özümə dedim ki, hər kəs mənə və ailəmizə pis vəziyyətimizdən kömək edir, ona borc axtarır olan hər kəsə müraciət edəcəyəm, mənə və ailəmə xoşbəxtlik verdi, mənə kredit verməyə məcbur oldum Mən 2 uşaqlı bir Atam olduğum müddətdə həyatımı başlamağa 300.000.00 və krediti geri ödəyəcəyini xahiş edirəm ona (cənab, Rugare Sim) ona müraciət et. E-poçt vasitəsilə Cənab Mohamed Careen ilə əlaqə saxlayın: (arabloanfirmserves@gmail.com)


    KREDİ TƏTBİQ MƏLUMATI FORMASI
    Adı ......
    Orta adı .....
    2) Cins: ......
    3) Lazım olan kredit məbləği: .........
    4) Kreditin müddəti: .........
    5) Ölkə: .........
    6) Ev ünvanı: .........
    7) Mobil nömrəsi: .........
    8) E-poçt ünvanı ..........
    9) Aylıq gəlir: .....................
    10) Işğal: ...........................
    11) Burda hansı sayt haqqında danışdınız .....................
    Təşəkkür və ən xoşniyyətlər.
    E-poçt: arabloanfirmserves@gmail.com

    ReplyDelete
  4. Madaqaskarda (Şərqi Afrika) yaşayıram və həyat mənim üçün və ailəm üçün indi rahat yaşamağa dəyər və həqiqətən övladımın tapdığı qədər ciddi bir problem yaşadığım üçün ömrüm boyu mənə göstərilən yaxşılığı görməmişəm. iki həftə davam edən dəhşətli qəza və həkimlər onun yenidən gəzə bilməsi üçün incə bir əməliyyat keçirməsi lazım olduğunu və hesabları ödəyə bilmədiyimi söylədikdən sonra əməliyyatınız banka getdi və borc verdiyimi söyləyərək məni rədd etdi kredit kartı yoxdu, oradan atama qaçdım və kömək edə bilmədi, yahoo cavablarına baxarkən kredit borc verən cənab Benjamin Breil Lee ilə əlçatan faiz dərəcəsində kreditlər təklif etdiyimə rast gəldim. lakin buna bir cəhd göstərmək və təəccüblü bir şəkildə hamısı xəyal kimi idi, oğlumun əməliyyatı üçün pul ödəmək üçün 110,000.00 dollar borc aldım, sonra özümə də getməyimə kömək edəcək rahat bir iş tapdım. Allaha şükür edirəm ki, bu gün yaxşıdır və gəzə bilirsən, işləyirsən və yük mənim üzərimdə daha çoxdur və yaxşı qidalandıra bilərik və ailəm bu gün xoşbəxtdir və öz-özümə möcüzələr dünyasında ucadan yas tutacağımı söylədim Tanrının mənə verdiyi bu Tanrı vasitəsilə borc verən cənab Benjamin Breil Lee və həqiqi və ciddi borc ehtiyacı olan hər kəsə bu Allahdan qorxan adamla əlaqə saxlamağı tövsiyə edirəm
    ...... vasitəsilə 247officedept@gmail.com. Və hamınızdan bu adam üçün mənim üçün dua etməyinizi və ya + 1-989-394-3740 whatsapp-da onunla söhbət etməyinizi istəyirəm.
    Çox sağ ol

    ReplyDelete