Noyabrın
30-da İsveçrədə çox maraqlı məsələ ilə bağlı referendum keçiriləcək. Referendumun
mövzusunun bizə də dəxli var.
Səsvermə vasitəsilə hökumət vətəndaşlarından 2 məsələ ilə
bağlı mandat almaq istəyir. Birincisi, insanlar ölkənin qızıl ehtiyatlarını
hökumətin ümumi aktivlərinin 20%-ə çatdırmağa razılıq verməlidir. Məlumat üçün
deyim ki, hazırda İsveçrənin qızıl-valyuta ehtiyatlarının dəyər ifadəsində cəmi
7.5%-i "sarı metal"dadı. Hazırkı bazar qiymətləri ilə bu təxminən 40
milyard dollara bərabərdir. Refendumun nəticəsi müsbət olsa, hökumət əlavə
olaraq 1500 ton almaqla bütün qızıl ehtiyatlarını 2500 tona çatdıracaq, dəyər
ifadəsində bu təxminən 115 milyard dollar olacaq. Bir sözlə, isveçrəlilər
qızılın ümumi ehtiyatlarda payının 20%-ə çatdırılmasına ya "hə", ya
da "yox deməlidir".
İkincisi, refendumda insanlar daha iki məslədə hökumətə
mandat verib-vermədiyini müəyyən etməlidir: a) ehtiyatlar ölkədə daxilində
saxlamalıdırmı; b) hökumət gələcəkdə qızıl ehtiyatlarını satmaqda sərbəst qərar
qəbul edə bilərmi.
Dünya iqtiadiyyatında ciddi ziqzaqların yaşandığı, valyuta
sistemi üçün risklərin qaldığı hazırkı dövr üçün bizim üçün bu məsələnin aktual
olan tərəfi nədir?
Təxminən 55 milyard dollar qızıl-valyuta ehtiyatımız var. Bu
ehtiyatları harda yerləşdirmək, nə qədər hissəsini hansı alətlərdə
yerləşdirmək, hansı hallarda xərcləmək, birdən-birə onun onun nə qədər
hissəsini xərcləmək kimi məsələlər barədə nəinki vətəndaşların, hətta
parlamentin rəyi öyrənilmir. Bütün bu məsələlər barədə yalnız ali icra
hakimiyyətinin qəbul etdiyi qaydalar kifayət edir. Hər şey bir tərəfə, ən
azından aktivlərin illik istifadə həcminə limitləri parlament müəyyən etməlidir -
parlament hər nə qədər müstəqli olmasa belə, ölkənin mənafeyi baxımından bu daha effektiv mexanizmdi.
Avropada hökumətlər az qala aldıqları nəfəsləri üçün belə vətəndaşından icazə alırlar.
Avropada hökumətlər az qala aldıqları nəfəsləri üçün belə vətəndaşından icazə alırlar.
No comments:
Post a Comment