Friday, June 24, 2016

Qlobal böhranlar və qapalı iqtisadiyyalar....

Qlobal iqtisadiyyatda baş verən neqativ proseslərdən o ölkə təsirlənir ki:
1) Ölkədə liberal iqtisadiyyat mövcuddur, kapitalın və işçi qüvvəsinin axını, valyuta məzənnələrinin formalaşması azad bazar mexanizmləri əsasında baş verir. Azərbaycanda bu mövcud deyil;
2) Ölkə iqtisadiyyatı ixracyönümlüdür - ixracın ÜDM-də payı 30-35%-dən az deyil. İxracın ÜDM-də payı yüksəldikcə, qlobal iqtisadiyyatdan asılılıq, son nəticədə qlobal iqtisadi böhranların təsirlənmək ehtimalı daha yüksək olur. İxracyönümlü ölkələrin qlobal böhranların neqativ təsirlərindən sığortalanması yalnız bir halda baş verir: ixrac həm əmtəə, həm də coğrafi strukturuna görə maksimum şaxələnmiş olur. Bu o deməkdir ki, hansısa mal qrupunun və xarici ölkənin ixracatçı ölkənin məcmu eksportunda payı 15-20%-dən çox deyil. Beynəlxalq təcrübədə bu hədd ideal ixrac diversifikasiyası hesab edilir. Nefti saymasaq Azərbaycan ixracyönlü ölkə deyil. Azərbaycanın qeyri-neft ixracının qeyri-neft ÜDM-də payı 3-4%-dən çox deyil;
3) Ölkə iqtisadiyyatı xammal ixracatı üzərində qurulub. Qlobal iqtisadi böhranlar bir qayda olaraq əmtəə bazarlarını çökdürür. Bu kanalla qlobal böhran Azərbaycana öz caynağını uzada bilir. Çünki ölkənin valyuta gəlirlərinin 90%-dən çox xammal sektoruna bağlıdır.
4) Ölkədə fond bazarı mövcuddur və milli fond birjası qlobal fond birjalarına inteqrasiya olunub. Bu gün dünyada fond bazarlarının qlobal həcmi 70 trillyon dolları ötür. Milli şirkətlərin fond birjalarının listinqinə daxil olması o deməkdir ki, qlobal böhranlarda səhm bazarlarının çöküşü şirkətlərin təmsil etdiyi milli valyutaları da çökdürür. Burda fond bazarları ilə valyuta bazarları arasında düz əlaqə mövcuddur. Fond bazarı iqtidadiyyatın (həmçinin milli sərvətin çox mühüm hissəsinin) dəyərini ifadə edir: fond bazarının məcmu dəyərinin artması iqtisadiyyatın "bahalanması" deməkdir, "bahalı" iqtisadiyyatın valyutası da bahalı olur. Bir qayda olaraq qlobal böhranlarda böhranın zəif həlqəsi olan ölkələrin səhmlərinin ucuzlaşması təhlükəsi qarşısnda investorlar onları sataraq can qurtarmağa, satışdan əldə etdikləri vəsaiti daha etibarlı valyutaya çevirərək ölkədən qaçırmağa üstünlük verirlər. Belə kapital qaçışı şəraitində həmin ölkənin fond bazarı ilə yanaşı valyuta bazarı da çöküşdən qurtara bilmir.
Azərbaycanda fond bazarı və deməli şirkətlərinin bazar dəyəri yoxdur, onların səhmləri açıq bazarda alınıb satılmır. Başqa sözlə, bizdə iqtisadiyyatın və onun arxasında duran milli valyutanın dəyərinin formalaşmasında fond bazarı həlledici faktor deyil.
5) Ölkə iqtisadiyyatında, ö cümlədən bank sektorunda xarici sərmayənin payı həlledicidir. Bu gün neft sektoruna qoyulan sərmayələri nəzərə almasaq xarici investisiyaların ümumi sərmayələrdə payı heç 10%-də deyil. Əmlak bazarında xarici sərmayələrin payı böyük olan ölkələr qlobal böhranlardan daha çox təsirlənir. Azərbaycanın belə bir qayğısı yoxdur.
6) Əhalinin gəlirlərinin formalaşmasında işçi qüvvəsi ixracından gəlirlərin payı yüksəkdir. Rusiya istisna olmaqla digər ölkələrdən işçi qüvvəsi ixracı hesabına Azərbaycana daxil olan remitansların əhalinin məcmu gəlirlərində payı heç 5%-dən də azdı.
7) Ölkənin xarici borclardan asılılığı kifayətə qədər yüksəkdir. Bütün sektorların (hökumət, biznes, bank) xarici borclarının ÜDM-də payı 60%-i ötürsə, qlobal maliyyə və valyuta böhranlarının təsiri daha böyük olur. Hazırda Azərbaycanda bu 3 sektorun xarici borclar;n;n ÜDM-də payı 50% ətrafındadır. Hələlik kritik həddə deyil, amma sürətlə genişlənir və getdikcə borclara xidmət xərclərinin artımı valyuta bazarında narahatlıqları da gücləndirir.
8) Xarici ölkələrə böyük sərmayə və əmanətlər yerləşdirib. Azərbaycanın bu narahatlığı var: valyuta ehtiyatlarımızın ən azı 90%-i və ya 35 milyard dollardan çox hissəsi xaricdədi. Bankların da xarici aktivlərini bunun üzərinə gəlsək, təxminən 40 milyard dollar xarici aktivdən söhbət gedir. Aktivlərin yerləşdirildiyi hansı valyuta dəyər itirəcəksə, biz də aktivlərimizin dəyərini ona proporsional olaraq itirəcəyik.
Bu amillərin sayını artırmaq mümkündü, lakin ən mühüm olanlarını qeyd elədim. Göründüyü kimi, sadalananlar arasında Azərbaycanı qlobal iqtisadiyyata bağlayan 2 vacib kanal var: xammal ixracı və xaricdəki aktivlərimiz. Ona görə də ilk növbədə əgər dünya xammal birjalarında kəskin ucuzlaşma olacaqsa, əsas təsirləri o zaman hiss edəcəyik - necə ki, 2009-cu ildə və ötən il neff 30 dollarlıq həddə düşəndə Azərbaycan iqtisadiyyatı ölümcül zərbələr aldı. Bir də əsas itkilərimizi Neft Fondunun və Mərkəzi Bankın xaricdəki aktivləri, bank sektorunun xarici aktivlərii vasitəsilə ölçə biləcəyik.
Qlobal iqtisadiyyatdan təcrid edilmiş qapalı iqtisadiyyatlar yoxsul iqtisadiyyatlar olur. Yoxsul iqtisadiyyatlar kasıb insanlar kimidi: ətrafda nə baş veridyi yoxsul insanları heç vaxt narahat etmir. Çünki böhranın onların əlindən alacağı heç nə yoxdu. Amma dünyada böhranlardan sonra intihar etmiş zəngin insan tarixçələri var - çünki itirəcəkləri çox şey olub....

Monday, June 6, 2016

Sərvət bərabərsziliyi: milli gəlirdən kimə nə çatır?


Sonuncu yazım sərvət qeyri-bərabərliyi ilə bağlı idi - amma gəlirlərin deyil, əmlak və aktivlərin ən üst səviyyədə olan əhali qruplarının əlində təmərküzəşməsinin doğurduğu bərabərsizliyə həsr edilmişdi.
Həmin yazıda əlimiz çatan məlumatlardan aydın görünürdü ki, daşınmaz və daşınar əmlak fondunun, maliyyə akitvlərinin əhəmiyyətli hissəsinin (ən azından yarısından çoxu) əhalinin üst səviyyədə yer tutan 5%-lik kəsiminin əlində cəmlənməsi çox realdır. Bahalı avtomobil parkının, bank depozitlərinin və kreditlərin ən azı 75-80%-nin bütün iqisadi subyektlərin ən yaxşı halda zəngin onda birliyə məxsus olması hələlik əmlak qeyr-bərabərliyinin səviyyəsini kobud da olsa qiymətləndirmək, bu istiqamətdə hətta ibtidai səviyyədə təsəvvür formalaşdırmaq üçün bizə yardm edə biləcək nadir məlumatlar sayıla bilər.
Kaş Azərbaycanda da bütünlüklə ev təsərrüfatları inkişaf etmiş ölklərdə olduğ kimi elektron formada gəlir və əmlak bəyannaməsi təqdim edəydi. O zaman əhalinin ən üst sırdakı onda birində hər 1000 nəfər hesabı ilə mənzil və qeyri-yaşayış obyektərinin sayı ilə əhalinın orta təbəqədən aşağı səviyyə hesab edilən 50%-lik kəsimi üzrə eyni göstəricini müqayisə etməklə real mənzərini aydın görmək olardı. Əslində normal və şəffaf hökumət bu məlumat bazasını yaratmağa, onlar əsasında təhlillər aparmağa, belə informasiyaları ictimailəşdirməyə özü maraqlı olmalıdı. Ən azı o səbəbdən ki, ölkədə ədalətli sosial mühitin yaradılması, effektiv iqtisadi siyasətin formalaşdırılması, uzunmüddətli siyasi, iqtisadi və sosial sabitliyin zəmanət altına alınmasına vəsilə olan orta sinfin mövcudluğu məhz gəlir və əmlak bölgüsündə ədalətlilyin təmin edilməsindən asılıdır.
Məhz hökumətin gəlir və əmlak təmərküzləşməsilə bağlı son dərəcə hərtərəfli məlumat bazasına malik olması sayəsində aşağıdakı problemlərin həllinə nail ola bilər:

  • Yoxsulluqla gerçək mübarizə üçün siyasət mexanizmləri və alətləri; 
  • Yoxsullara səmərəli yardım sisteminin qurulması; 
  • Zənginlərin gəlir və əmlakının vergiyə cəlb edilməsi yolu ilə gəlirlərin bölgüsü və yenidən bölgüsündə daha ədlətli mexanizmlərin yaradılması; 
  • Bütün bu məqsədlər üçün hökumətin zəruri maliyyə bazası formalaşdırılması; 
  • Orta sinfin ayaqda qala bilməsi üçün bu sinfə yönəlik dəstəkləyici vergi və sərmayə sisteminin formalaşdırılması. 

Hökumət hətta  müstəqil təhlil institutlarının bu məlumatlara çıxış imkanın yaradılmasında maraqlı olmalıdır.
Amma əlbəttə bu seçicinin səsi ilə formalaşan, hesabatlı, şəffaf və demokratik (iştirakçı) hökumətlər üçün keçərlidir. Bir halda ki, məmurlar kresloya xalqa xidmət vasitəsi kimi deyil, daha çox zənginləşmək vasitəsi kimi baxırlar, ən üstdəki 10%-lik zəngin kəsimi istinasız olaraq özləri təmsil edirlər, onlar mümkün olduğu qədər belə məlumatların nəinki ictimaləşdirilməsinə, hətta tarix üçün iz qalmasın deyə həmin məlumat bazasının yaradılmamasına çalışması təbiidir. Bununla bağlı bircə sübut: mövcud qanunvericiliyə görə əmlaka mülkiyyət sənədi verərkən səlahiyyətli orqan (reyestr xidməti) əmlakın dəyərini də müəyyən edib göstərməlidir. Son 2-3 ildə mülkiyyət sənədi alan ən azı 3-4 nəfər dost-tanışdan soruşdum, onlardan heç biri mülkiyyəti təsdiqləyən sənəddə dəyəri müəyyən edən rəqəm olduğunu təsdiqləmədi. Əslində onsuz da sənəd verilərkən əmlaka baxış keçilir və qiymətləndirici şirkətlərlə müqavilə əsasında bütün əmlakın bazar dəyərini müəyyən edib məlumat bazasında əmlakı təyinatına və dəyərinə görə qruplaşdırmaq, fərdi məlumat azadlğını pozmadan (mülkiyyət sahiblərinin adı çəkilmədən) yalnız rəqəmlərin əks olunduğu bu bazanı online saxlamaq olar.
Aydın məsələdir ki, indiki idarəetmə mühitində bu bizim üçün xəyal olaraq qalacaq. Bir hökumət ki, kommersiya obyektlərinin təsisçilərinin ismini açıqlamağı qanunla qadağan edir, ondan mülkiyyətin dəyərini açıqlamağı gözləyəcək qədər sadəlövh olmağa da gərək yoxdu.
Əslində yazacağım mövzunun əsas mesajından xeyli uzaqlaşdım: bu yazının məqsədi sərvət bərabərsizliyinin miqyasını milli gəlirin bölgüsü vasitəsəilə də açıb göstərməkdir. Nəzəri yanaşmalar və terminlərlə sizi çox yormadan qısaca deyim ki, milli gəlir ölkə daxilində mal və xidmətlərin yaradılması nəticəsində proses iştirakçılarına çatan gəlirlərin məcmusudu: milli gəlir əmək gəlirləri formasında işçilərə, mülkiyyətdən gəlirlər formasında sahibkarlara, vergi gəlirləri formasında hökumətə çatan gəlirlərin cəmini əhatə edir. Milli gəlirlə Ümumi Daxili Məhsul arasında fərq ölkənin qalan dünya ilə iqtisadi əlaqələrinin saldosu qədərdir. Aydın olsun deyə rəqəmlə izah edim: 2015-ci ildə Azərbaycanın ÜDM-i 54.5 milyard olub. Amma Azərbaycana dünya ölkələrinə ödədiyi əmək haqqı, pul transfertləri, mülkiyyət və investisiya gəlirləri həmin ölkələrdən eyni mənbələr üzrə aldığı gəlirlərdən 1.9 milyard manat az olub - yəni mənfi 1.9 milyard manatlıq saldo. Saldo müsbət olduqda, ÜDM məbləğini bu həcmdə artımaq, mənfi olduqda həmin həcmdə azaltmaq lazımdı. Deməli indiki halda Azərbaycanın milli gəliri 52.6 milyard manat (54.5 mlrd. manat -1.9 mlrd. manat) təşkil edir.
Milli gəlirin əmək və mülkiyyət sahibləri arasında bölgüsü nə qədər proposional olursa, cəmiyyətdə sərvət və gəlir bölgüsü də bir o qədər adalətli olur. Azərbaycanda rəsmi statistikanın məlumatlarının inkişaf etmiş ölkələrlə müqayisəsi göstərir ki, bizdə mülkiyyət sahibləri mlli gəlirdən daha böyük pay götürür. Əmək sahibləri və hökumətin milli gəlirindən aldığı pay həddən artıq kiçikdir. Rəqəmlərə diqqət edək: Azərbaycanın təxminən 53 milyard manatlıq milli gəlirinin 10.5 milyard manatı və ya (19.8%) əmək gəlirləri kimi işləyənlərə, 4.5 milyard manatı (8.4%) istehsal və idxala vergilər formasında (mənfəət vergisi istisna olmaqla) hökumətə, 38 milyard manatı (71.8%) ümumi mənfəət (qarışıq gəlirlər) fomasında sahibkarlara və mülkiyyət sahiblərinə çatır. Məlumat üçün deyim ki, ümumi mənfəətə (qarışıq gəlirlər) mülkiyyətin icarəsindən renta gəlirləri, qiymətli kağızlardan və depozitlərdən faiz gəlirləri və sahibkarların istehsal (xidmət) fəaliyyətindən əldə edilmiş bölüşdürülməşmiş mənfəət daxildir.
İndi eyni rəqəmləri dünyada sosial dövlət kimi tanınan bir sıra ölkələrin timsalında nəzərdən keçirək: İsveç, İsveçrə və Almaniyada milli gəlirin orta hesabla 50-55%-i əmək gəlirləri formasında işçilərə, 15-20%-i vergilər formasında hökumətə çatır. Göründüyü kimi, bu ölkələrədə muzdlu çalışanlara və hökimətə çatan pay 65-75%, sahibkarlara və mükiyyət sahiblərinə çatan hissə 25-35% intervalındadı (bizdəkinin tam əksi olan mənzərə).    
Şübhəsiz ki, Azərbaycanda gizli iqtisadiyyatın real miqyasının yüksək olması milli gəlirin məbləğinin də daha böyük olması deməkdir. Amma gizli iqtisadiyyatın da gəlirlərinin əsas hissəsi yenə də sahibkarların və mülkiyyətçilərin gəlirlərinə aiddir. Çünki sahibkar hökumətə vergini yayındırırsa, bu qazanc özünə qalır. Onlar vergidən yayındırdıqları gəlirin bir hissəsini qeyri-rəsmi maaşların verilməsinə yönəldir, yerdə qalan hissəsi yenə də özlərinə qalır.
Ola bilər gizli iqtisadiyyat hesabına milli gəlirin real həcmi rəsmi bəyan ediləndən xeyli böyükdür (bəzi məlumatlara görə gzili iqtisadiyyat 40-50% intervalında dəyişir). Amma şübhəsiz ki, hətta gizli gəlirlər nəzər alınsa belə, bölgü elə rəsmi elan edilən səviyyədədi: milli gəlirin hər 4 manatından 3-ü mülkiyyətdən gəlirlərə, yalnız 1 manatı əməyi ilə pul qazananlara və hökumətin büdcəsinə çatır.
Təsəvvür edin ki, sosial ədalətin ən üst səviyyədə olduğu, hazırda milli gəlirin təxminən 25%-nə mülkiyyətçilərn sahib çıxdığı sosial dövlətlərdə (məsələn, İsveç) sərvətin ən yaxşı halda 35-40%-i əhalinin ən zəngin 10%-nə məxsusdur.
İndi bizim vəziyyətimizi nəzərə alın: rəsmi statistika özü etiraf edir ki, milli gəlirin 75%-i mülkiyyət sahblərinə məxsusdur....                              


Wednesday, June 1, 2016

Sərvət qeyri-bərabərliyi: zənginlərin pulunu necə sayılmalı?


Böyük neft pullarının Azərbaycana gətirdiyi siyasi bəlalar çox üzdədi, onları qiymətləndirmək çox asandı: seçki sisteminin, azad medianın və sivil toplumun sıradan çıxarılması, uzunömürlü hakimiyyətə təminat verən konstituson mexanizmlərin formalaşdırılması məhz nəhəng resurs gəlirlərinin şəffaf (həmiçinin effektiv) istifadə edilməməsinin nəticəsidi.       
Asan anlaşılsın deyə iqtisadi fəsadları qısaca olaraq azad biznesin oliqarxiya kapitalı qarşısında tam çökdürülməsi kimi də təsvir etmək olar. Amma bu təsvir renta idarəçilyinin cəmiyyətimizin hazırkı sosial struktunun formalaşmasına, ölkənin iqtisadi perspektivlərinə hansı dağıdıcı zərbələri vurduğunu aydınlatmaq üçün yetərli deyil. 
Əlimizdə 2005-2015-ci illərdə ölkədə formalaşan milli sərvətin dəyəri, bu sərvətlərin əhalinin müxtəlif gəlirlilik qrupları arasında necə bölüşdürülməsi, toplanan sərvətin müxtəlif qruplara gətirdiyi gəlirliliyin səviyyəsi barədə statistik məlumatlar olsa idi, havayı neft pullarının ölkəmizə gətirdiyi sosial-iqtisadi bəlaların real miqyasını hər kəs daha aydın görə bilərdi.
Reallıq isə belədir: Azərbaycanın rəsmi statistikası milli sərvətin uçotunu aparmır, əhalinin müxtəlif gəlirlilik qrupları üzrə sərvət paylaşımını statistik olaraq müayinə etmir. Bizim rəsmi statistika əhalinin sosial qeyri-bərabərliyini yalnız gəlirlər əsasında təqdim edir. Bu statistikanın nə qədər etibarlı olduğunu müəyyən etmək üçün rəqəmlərə diqqət edin: ölkədə ən yoxsul 20% əhalinin adambaşına gəliri ən zəngin 20% əhalinin gəlirindən cəmi 2.2 dəfə azdı. Yəni, bu statistikaya görə yoxsul əhali ayda adambaşına 180 manat, varlı insanlar 400 manat qazana bilir.
Təsəvvür edin ki, ölkədə bir tərəfdə sərvətinin dəyəri milyardlarla ölçülən onlarla, milyonlarla ölçülən yüzlərlə ailə təsərrüfatı var, o biri tərəfdə gündəlik çörək pulu uğrunda mübarizə aparan on minlərlə ailə var. Aşağı və yuxarı əhali qruplarının sərvətlərinin dəyəri arasında fərqin 100 dəfələrlə ölçüldüyü ölkədə gəlir bərabərsziliyinin cəmi 2 dəfə olmasına inanmamaq üçün mütəxəssis olmağa belə ehtiyac yoxdu. Əgər qonşunzuun 300-400 min dollarlıq mənzil fondu, 100-150 min dollar dəyərində avtomobil parkı, bankda 200-250 min dollar əmanəti varsa, siz isə sadəcə 60-70 min dollarlıq mənzilə sahibsinizsə, statistikanın “yoxsulların və zənginlərin gəlirləri arasında fərq 2 dəfə təşkil edir” hesabatına heç bir mütəxəssis rəyi oxumadan belə əlinizi yelləyib güləcəksiniz. Statistikanın yazdıqlarına deyil, öz gördüklərinizə inanmaqda haqlısınız. Ən azı üzdə olan məlumatlarla bu qonşunuzla sizin sərvətin dəyəri arasında fərq 10 dəfədən çoxdu. Sərvət isə insanların gəlirlərindən formalaşır. Əgər zəngin qonşunuzdan 10 dəfə az qazanırsınızsa, zamanla sahib olacağınız sərvətlərin dəyəri də buna uyğun formalaşacaq.                   
Mövzu əslində gəlir bərabərliyi yox, sərvət yığımındakı qeyri-bərabərlikdi: Azərbaycanda sərvətlərin bölgüsündə bərabərsizliyin real miqyasını təsəvvür etmək üçün hansı hipotezalardan, informasiyalardan çıxış etmək olar? Ümumiyyətlə milli sərvətin özəl sektora (ev təsərrüfatları və biznes) aid olan hissəsinin ehtimal olunan real dəyəri nə qədər ola bilər?
Məlumat üçün deyim ki, hazırda hətta inkişaf etmiş ölkələrdə də sərvət bölgüsündə bərabərsizlik qalmaqdadır. Məsələn, məşhur fransız iqtidaçı Tomas Pikketinin məlumatına görə, hazırda Fransada milli sərvətin 60%-i ən zəngin 10% əhali qrupunun əlində cəmlənir, ən yoxsul 50% sərvətlərin 4%-nə, 40% orta təbəqə isə sərvətlərin 36%-nə sahibdir. Göründüyü kimi inkişaf etmiş ölkələrin əsas özəlliyi orta təbəqənin sərvətdə ciddi bir paya malik olmasıdı. Halbuki 100 il əvvəl sərvətlərin 95%-ə qədəri zəngin 10% əhali kəsiminə mənsub idi. Son 100 ildə ən ciddi irəliləyiş orta təbəqənin yaranması və zəngin 10%-dən əhəmiyyətli pay qoparması olub. Ən yoxsul 50%-in payında isə heç bir dəyişikliyin baş verməməsi ciddi problem olaraq qalırıq. Amma əlbəttə ki, ötən 100 ildə inkişaf etmiş ölkələrdə sərvətin dəyəri on dəfələrlə artdığı üçün kasıb 50%-in adambaşına düşən sərvətin dəyəri yoxsul ölkələrin eyni qrupuna aid göstəricidən əhəmiyyətli dərəcədə çoxdur.
Azərbaycan üçün belə bir statistikanın mövcudluğu bizə yuxu kimi görünür. Normalda ölkənin vergi sisteminin və daşınmaz əmlak üzrə reyestrin məlumatları həm biznes, həm də qeyri-biznes təyinatlı daşınmaz əmlakın (bina və tikililər, həmçinin torpaq) dəyəri haqda real məlumatları əldə etməyə imkan verməlidi. Amma bir şərtlə ki, bütün daşınmaz əmlakın bazar dəyəri müəyyən edilmiş olsun. Çox təəssüf ki, Azərbaycanda əmlakın bazar dəyərini müəyyən edən mexanizmlər tətbiq edilmir: yaşayış fondu (həm torpaq, həm də tikililər) sahə ölçüsünə görə, qeyri-yaşayışı təyinatlı əsas fondlar (həmçinin binalar) qalıq dəyəri əsasında müəyyən edilir. Məsələn, bir nəfərin Bakı şəhərində real bazar dəyəri 200-250 min manat olan (sahəsi 300 kvadratmetr) mənzili, real bazar dəyəri 500-600 min manat olan, amma 10 illik istismar müddətindən sonra hazırkı orta illik qalıq dəyəri 150 min manat olan biznes obyekti var. Bu şəxs real bazar dəyəri 700-800 min manat olan mülkiyyətinə görə ildə cəmi 1620 manat əmlak vergisi ödəyəcək (mənzilin hər kavdratmetri üçün 0.4 manat+kommersiya obyektinin orta illik qalıq dəyərinin 1%-i). Halbuki hazırda dünyada əmlak vergisinin dərəcəsi əmlakın təyinatından asılı olaraq onun bazar dəyərinin 0.5-1% intervalında dəyişir. Azərbaycanda 0.5%-lik orta vergi dərəcəsi tətbiq edilsə, 700 min manat real bazr dəyəri olan mülkə görə 3500 manat əmlak vergisi tutulmalıdır. Bir sözlə, əmlakın bazar dəyəri ilə vergiyə cəlb edilməməsindən 2 zərbə alırıq: 1) ən  azından əmlak vergisindən büdcə 2.5 dəfə itirir; 2) daşınmaz əmlak formasında milli sərvətin real dəyəri ilə bağlı statistik məlumat bazası formalaşdırmaq mümkün olmur.
Bəs Azərbaycanda mənzil fondunun real bazar dəyəri nə qədər ola bilər? Hansı ipiucuna əl atsan, yazacaqlarımız və hesablamalarımız çox subyektiv olacaq. Hazırda ölkədə təxminən 2 milyon mənzil var ki, onun təxminən 25%-i son 20 ildə (1995-2015-ci illər) tikilib. Rəsmi statistikaya görə, ümumilikdə həmin mənzillərə təxminən 15 milyard dollar sərmayə qoyulub. Mənzilin real bazar dəyəri onun investisya qoyuluşu əsasında hesablanan istismar dəyərindən ora hesabla 2-2.5 dəfə çox olduğunu nəzərə alsaq, təkcə müstəqillik dövründə yaranan mənzil fondunun dəyərinin 30-35 milyard dollardan az olmadığı real görünür. Mənzillərin yerdə qalan 75%-nin sovetlər dönəmində tikilən köhnə, xeyli hissəsinin də istismar müddəti keçmiş mənzillər olduğunu nəzərə alsaq, sahəcə 3 dəfə çox olmasına rəğmən ən yaxşı halda yeni yaradılmış mənzil fondu qədər dəyərə malik ola bilər. Əgər bu kobud hesablamanın riyazi dəqiqliyi heç olmazsa 70-80% olsa, onda milli sərvətin tərkib hissəsi olan mənzil fondunun dəyərinin 65-70 milyard dollar olduğunu iddia etmək mümkündür.
Bəs bisnes əsaslı mülkiyyətin real dəyərini necə hesablamaq mümkündür? “21-ci əsrdə Kapital” əsərinin müəllifi Piketti təklif edir ki, əgər hansısa ölkədə vergi üzrə məlumatlar milli sərvətin bu hissəsinin dəyərini müəyyən etməyə imkan vermirsə, o halda özəl sərmayələrin dəyərini əsas məlumat bazası kimi istifadə edə bilərsiniz. Məsələn, bank-sığorta sektoru üzrə sərvətin dəyərinin hesablamaq mümkündür, çünki pis-yaxşı ortada hesabatlar var. Məsələn, bank-sığorta şirkətlərində dövlət payını nəzərə almasaq, özəl şəxslərə məxsus aktivlərin dəyəri 3.5 milyard manata yaxındı. Bu dəyərə sahiblərin səhm və daşınmaz əmlak, nağd pul formasında bütün aktivlər daxildir.  
Özəl sektora məxsus qida və içki sektorunda, emal sənayesində, turizm və restoran biznesində, ticarət və nəqliyyat xidməti sektorunda, kənd təsərrüfatında son 20 ildə 25 milyard dollara yaxın əsas fondlar yaranıb. Biznes obyektlərinin də real bazar dəyərinin onların investisya qoyuluşu əsasında hesablanan istismar dəyərindən orta hesabla 2-3 dəfə çox olduğunu nəzərə alsaq, əsas biznes sektorları üzrə maddi aktivlərin real bazar dəyərinin 50 milyard dollardan az olmadığını ehtimal etmək mümkündür.
Avtomobil parkının dəyərini də bura daxil etmək lazmdı, son 2005-2015-ci illərdə ölkənin avtomobil parkı 2 dəfədən çox genişlənib. Minik avtomobillərini sayı 550 min ədədə yaxın artıb ki, bunun təxminən 450 min ədədi MDB istehsalı olmayan xarici maşınlardır. Öz növbəsində ən azı 60-70 min ədəd dəyəri 30-40 min dollardan 200-250 min dollaradək olan bahalı maşınlar daxil olub ölkəyə.   
Yerdə qalır maliyyə aktivləri. Ölkə daxilində fond bazarı olmadığından qiymətli kağızlar formasında maliyyə aktivlərinin dəyəri haqda da danışmağın yeri yoxdu. Azərbaycanda maliyyə aktivlərinin əsas forması banklarda saxlanan depozitlərdir – həm ev təsərrüfatlarının əmanətləri, həm də korporativ depozitlərdir. Depozitlərin ümumi həcmi 15 milyard dollardır.                    
Göründüyü kimi yalnız ölkə daxilində özəl biznesə və ev təsərrüfatlarına məxsus maliyyə və qeyri-maliyyə aktivlərinin təxmini dəyəri 125-130 milyard dollardan az deyil. Lakin bura yalnız Azərbaycan vətəndaşlarının ölkə daxilindəki aktivlərinin dəyəri daxildir, xaricdə bisnes məqsədilə daşınmza əmlak və qiymətli kağızlara yatırımların, banklarda və investisiya fondlarında saxlanan vəsaitlərin real miqyası barədə məlumat əldə etmək, hətta təxminlər etmək mümkün deyil.  
Hazırda dünyanın ayrı-ayrı ölkələrində mill sərvətin məcmu dəyəri ölkənin bir illik mill gəlirinin 4-7 misli arasında dəyişir. Məsələn, Azərbaycanda hazırda rəsmi statistikaya görə milli gəlirin illik həcmi 35 milyard dollar ətrafındadı, “kölgə iqtisadiyyatı” 40-45% təşkil etməsi ilə bağlı müxtəlif hesablamarı nəzərə alsaq, təxminən 50 miyard dollardı. Dünyada mövcud olan bu standartdan çıxış etsək Azərbaycanda milli sərvətin real dəyəri 250-300 milyard dollar ətrafındadı. Dövlətə məxsus müəssisələrin mülkiyyətinin, təbii resurslarının və maliyyə aktivlərinin dəyəri nəzərə alınmazsa, bu sərvətin yerdə qalan hissəsi özəl sektora və ev təsərrüfatlarına məxsusdur.
Milli sərvətin real dəyəri haqda təxmini də olsa müəyyən təsəvvür varsa, qarşıya növbəti sual çıxır: milli sərvət (təbii ki, özəl sektora məxsus olan hissəsi) əhalinin müxtəlif qrupları qarasında necə paylaşıb? Məsələn, əhalinin ən yoxsul 10%-i, 20%-i, 50%-nə və, ən zəngin 1%-ə, 10%-ə, bu iki sinfin ortasında yerləşən 40%ə düşən sərvətin dəyəri nə qədərdir?
Rəsmi statistika, vergi və əmlakın reyestr sistemi birlikdə milli sərvətin real dəyərini, sərvət bölgüsünün miqyasını  müəyyən etməkdə siyasi baxımdan maraqlı deyil. Çünki özəl sektora məxsus milli sərvətin real dəyəri məlum olsa, insanlar özlərinin və başqalarının real sahib olduqları haqda daha aydın bilgiyə və müqayisə imkanına malik olacaqlar. 2005-ci ildə qanunun qəbuluna rəğmən hələ də vəzifəli şəxslərin maliyyə və qeyri-maliyyə formasında mülkiyyəti, həmçinin gəlirləri barəsində bəyannamə təqdim etməsindən yayınmasının əsas səbəblərindən biri də budur: onların hətta gəlir və əmlakının əsas hissəsini gizlədib az qismini leqallaşdırması belə xatalıdı. İxtiyari varlı bir məmurun sahib olduğu 1 mənzil və 1 maşının dəyərinin belə onların rəsmi qazancları müqabilində çox baha olması ortaya çıxacaq.
Milli sərvətin də real dəyəri aydınlaşsa, məlum olacaq ki, rəsmi gəlirlər hesabına biznes və ayrı-ayrı şəxslər indiki qədər sərvətə malik ola bilməzlər, yaxud sərvətin indiki dəyəri müqabilində biznesin qazanclarına, ev təsərrüfatlarının sahib olduqları mülklərinin dəyərinə görə ödədikləri vergiləri qəpik dəyərindədi.   
Bəs səvət bölgüsünün real ölçülərini təxmini də olsa hansı göstəriclər, informasiyalar və ya meyarlar əsasında təsəvvür etmək olar? Burda 2 yanaşma oa bilər: 1) sadə-populyar yanaşma; 2) sərvət haqda bəzi rəsmi statistik məlumatlar əsasında peşəkar yanaşma.
Sadə populyar yanaşma budur ki, hər kəs tanıdığı ən zəngin qohumunun, dostunun, tanışının sahib olduqları ilə özünün malik olduqları arasında fərqə baxır. Məsələn, tanıdığız və içərilərində varlı dövlət məmurunun, iş adamını olduğu insanların gözlə görünən sərvətinin (mənzil, avtomobil, biznes obyekti və s.) dəyəri ilə özünüz sahib olduğunuz oxşar mülklərin dəyərini müqayisə edirsən, nəticə real vəziyyəti təsəvvür etməyə imkan verəcək.
Əlçatan statistik məlumatlar əsasında sərvət bölgüsünü təyin etmək üçün peşəkar yanaşma necə ola bilər? Banklarda olan depozitlərin konsentrasiyası, banklardan götürülən kreditlərin konsentrasiyası, ölkənin maşın parkında zəngin insanların maddi imkanlarına uyğun avtomobillərin xüsusi çəkisi, milli gəlirin əmək və sərmayə gəlirləri arasında bölgüsü əsasında sərvətin konsentrasiya səviyyəsi ilə bağlı hipotetik rəqəm söyləmək olar.       
Məsələn, 2015-ci ilin yekunlarına görə bank sekoru üzrə kreditlərin 41%-nə sahib olan 3 nəhəng bank (“KapitalBank”, Beynəlxalq Bank və “XalqBank”) üzrə kredit konsentrasiyası 60%-dən çoxdur. Bu 3 bankın ayırdığı təqribən 8 milyard manat kreditin 5 milyard manatı və ya 63%-i 53 borcgötürənə çatıb. Ölkədə ev tsərrüfatı və biznes strukturları qismində potensial olaraq kreditə iddia edə biləcək 2.5 milyona yaxın subyekt var, amma banklardan götürülən kredit resurslarının 60%-dən çoxuna bütün subyektlətin hətta 0.1%-dən az hissəsi sərəncam verir.
Təəssüf ki, depozit konsentrasiyası haqda banklarda məlumat olmur. Amma, bugünlərdə bir bankdan aldığım məlumata görə, 2015-ci ildə bankda olan 1.2 milyard manata yaxın müştəri hesabının təxminən 80% cəmi 13 müştəriyə məxsus olub. Əslində kreditlərin və depozitlərin çox kiçik qrupun (ev təsərrüfatlarının və biznes subyektlərinin 0.1%-dən də az hissəsnin) əlində cəmlənməsi sərvətlərin təmərküzləşməsi ilə bağlı hipotetik ideyalar üçün 2-3 göstəricidən biridir.  
Yaxud sayı milyonu ötən minik avtomobili parkında bütün ailə təsərrüftlarının ən yaxşı halda 5%-nin sayına uyğun (maksimum 100 min ailə) yüksək dəyərə (təxminən 30-40 min dollardan çox) və zəngin ailələrin maddi imkanlarına uyğun bahalı avtomobil parkı mövcuddur.
Əslində dünyada sərvət təmərküzələşməsi hesablanarkən ən zəngin 10% əhali qrupu götürülür.  Bizdə bu təxminən 200 min ailə edir – Azərbaycanda bu sayda zəngin ailənin olduğu qətiyyən real görünmür. Real fəaliyyət göstərən və böyük dövriyyəyə malik biznes obyektlərinin sayını, böyük qazanca sahib məmur heyətinin sayını təsəvvür etməyə çalışanda, bu rəqəm 50-100 min intervalında ola bilər – yəni ailə təsərrüfatlarının maksimum 5%-i. Yuxarıda həm kreditlərin təmərküzələşmə səviyyəsi, həm bahalı avtomobil parkının miqyası da zəngin 5%-lik top ailə haqqında fikir yürütməyə imkan verir.
Yeri gəlmişkən, ötən il Dünya Bankı Azərbaycanda əhalini gəlirliliyə görə, bu cür təsnif etmişdi: 5% yoxsul, 66% yoxsulluqdan çıxsa da orta sinfə daxil ola bilməyən həssas əhali qrupu, 29% orta təbəqə.

Milli gəlirdən kapitalın və muzdlu işçilərin aldlğı pay da sərvət qeyri-bərabərliyini qiymətləndirmək üçün mühüm indikatordu. Amma yazı uzun alındı deyə həmin məsələ barədə ayrıca yazacam...

Wednesday, May 18, 2016

"Böhran imtahanı"ndan kəsilən Mərkəzi Bank

Hələ böhrandan öncə ictimai rəydə belə rəy hakim idi ki, Azərbaycan hökumətinin iqtisadi qanadı içərisində Mərkəzi Bank öz peşəkarlığı ilə seçilir. 
Amma Mərkəzi Bank "böhran imtahanı"ndan yağlı bir "2" aldı. Təkcə ona görə yox ki, manat bir ildə 2 dəfə dəyərsizləşən milli valyuta kimi dünya kubokunu başı üzərinə qaldırdı. Və ya yalnız o səbəbdən yox ki, 20 ildə Mərkəzi Bank bank sektorunun, kredit bazarının, valyuta bazarının tənzimi ilə bağlı daha effektiv nəzarət mexanizmərini qura bilmədi, dayanıqlı iqtisadi inkişafa təmin edəcək monetar siyasət formalaşdırmaqda bütün resurslarını xərcləmədi. Zatən manat daha çox "resurs lənəti"nin, "holland xəstləyi"nin qurbanıdı. Ölkədə rəqabətqabiliyyətli real sektor yaradılmayıbsa, ən əsası azad iqtisadi sistem qurmaq üçün siyasi iradə yoxdursa, sərbəst və rəqabətə dayalı iqtisadi münasibətlər sistemini hərəkətə gətirən institutlar formalaşdırılmayıbsa, ölkədən kapitalın sürətlə qaçdığı və ixrac gəlirlərinin nəhəng həcmdə itirilməsi nəticəsində tədiyyə balansında böyük həcmli kəsrin yarandığı şəraitdə Mərkəzi Bankın "sehrli çubuq"la manatı qoruyacağını iqtisadi təhlilçilər ciddi qəbul etməzlər.
Mərkəzi Bankın imtahandan kəsildiyini göstərən əsas fakt bu qurumun bank sektorunu qara qutuya çevirməsi oldu. Son il yarımda Bankın hesabatlılığı heç vaxt olmadığı qədər ən aşağı həddədək pisləşib. Bankların maliyyə fəaliyyətinin nəticələri, ilk növbədə onların gəlir və xərcləri, bank aktivlərinin və passivlərinin strukturu, bankların valyuta mövqeyi barədə ilə bağlı artıq 1 ildir məlumat açıqlanmır.
Real sektorun monitorinqinin nəticələrinə dair hesabat tam həcmdə saytda yerləşdirilimir. Amma, məsələn, istənilən şəxs Qazaxıstan Mərkəzi Bankının saytında rüblük hesabatlarla tanış ola bilirlər. Real sektorun monitorinqinə dair hesabatın ictimailəşdirilməsi fövqəladə dərəcədə vacibdir. Bu hesabat vasitəsilə iqtisadiyyatda gedən prosesləri dəqiq görmək, proqnoz etmək mümkündür. Bu hesabatı görmək və istifadə etmək vətəndaş cəmiyyətinin və medianın, elmi mərkəzlərin haqqıdır. Məhz həmin hesabatda müxtəlif sektorlar üzrə müəssisələrin maliyyə-iqtisadi durumu və onların işgüzar fəallığı, məhsullara tələbatın səviyyəsi, bank sektorunun real sektora təsiri ilə bağlı real mənzərəni görmək olar. Ölkənin beynəlxalq investisiya mövqeyilə bağlı məlumatları açıqlamır. Bu məlumatlar açıqlanarsa, təkcə hökumətin deyil, özəl sektorun, təsərrüfat hesablı dövlət sektorunun, bank sektorunun dünyaya olan borcları, dünyanın isə bizə olan borcları, qarşılıqlı invesitisiya öhdəlikləri ictimailəşər. Bu hesabatı da görmək və istifadə etmək vətəndaş cəmiyyətinin və medianın, elmi mərkəzlərin haqqıdır.
Bank sektorunda likvidliyi təmin etmək üçün SVOP əməliyyatları çərçivəsində kommersiya bankları vəsaitlə təmin edilir. Mərkəzi Bankın açıq bülletenlərində bu əməliyyatların həcmi və dövriliyi ilə bağlı məlumatları görmək mümkün deyil.
Hökumət zəmanəti ilə Mərkəzi Bank təkcə dövlət sektoruna deyil, özəl sektora da kredit dəstəyi verir. Amma bu dəstəkdən hansı subyektlərin yararlandığını, öz növbəsində yekunda iqtisadiyyatın bu dəstəkdən nə qazandığını da qara qutuda saxlayırlar.
Maliyyə sabitliyinə dair hesabat sonuncu dəfə 2015-ci ilin ilk rübündə açıqlanıb. Bank sektorunda konsentrasiyanın izlənməsi baxımından bu hesabat olduqca vacibdir.
Dünyaya diqqətlə baxmaqda fayda var, böhrana qarşı ən davamlı, yüksək immuniteti olan ölkələr açıq və şəffaf idarəetmə standartları olan ölkələrdir. Hökumət qapandıqca, böhran iqtisadiyyatı daha sürətlə qapayır. Müasir dünyada hökumət idarəçiliyndə qapanmaq çökməyin, batmağın sinonimidir...

Monday, May 16, 2016

Ucuz manat niyə ixracı stimullaşdırmır?

Mərkəzi Bankın ən son statistikasına görə, son 1 il 3 ayda - 2 devalvasiya nəticəsində iki dəfə dəyərdən düşən manatın real mübadilə məzənnəsi 40%-dən çox ucuzlaşıb.
Milli valyutanın real məzənnəsi ticarət tərəfdaşı olan ixtiyari iki ölkədə əmtəələrin nisbi qiymətini əks etdirir. Bir az da sadə dillə desək, real valyuta məzənnəsi bir-birilə ticarət aparan ölkələrin valyutasının ala biləcəyi əmtəə səbətinin dəyəini əks etdirir.
İki müxtəlif zaman və ssenari əsasında real valyuta məzənnəsinin mahiyyətini və milli iqtisadiyyatın inkişafına təsirini nəzərdən keçirək.
Birinci ssenari. Təsəvvür edək ki, 100 maldan ibarət əmtəə səbətinin dəyəri Azərbaycanda 2015-ci ilin yanvarında 1000 manat - o zamankı məzənnə ilə 1270 dollar idi. Həmin vaxt Azərbaycanın ticarət tərəfdaşı olan ölkədə, məsələn, Gürcüstanda 2015-ci ili yanvarında həmin 100 əmtəədən ibarət səbətin dəyəri 2530 lari və ya 1150 dollar idi. Bu halda manat və larinin real mübadilə məzənnəsi 1.1-ə bərabər idi. Yəni üçüncü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət məhsulu idxal etməli olsa idi, Gürcüstanı seçəcəkdi. Çünki eyni pula 10% çox gürcü malı ala biləcəkdi. Ümumiyyətlə, real mübadilə məzənnəsi 1-dən yüksək olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olmur.
İkinci ssenari. Təsəvvür edək ki, iki devalvasiyadan sonra manatın 2 dəfə dəyər itirməsi və həmin dövrdə inflyasiyanın 13% təşkil etməsi nəticəsində həmin əmtəə səbətinin dəyəri 1400 manat - yeni məzənnə ilə 900 dollar təşkil edir. Gürcü larisinin 10% ucuzlaşması və dövr ərzində baş verən 5%-lik inflyasiya nəticəsində həmin məhsukun dəyəri 2660 lari və yeni məzənnə ilə 1100 dollar təşkil edir. Bu halda manat və larinin real mübadilə məzənnəsi 0.82-ə bərabərdi. Yəni üçüncü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət məhsulu idxral etməli olsa idi, Azərbaycanı seçəcək. Çünki eyni pula 18% çox Azərbaycan malı ala biləcək. Real mübadilə məzənnəsi 1-dən aşağı olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olur.
Bu praktik məlumatlardan sonra real vəziyyətə baxaq: 2016-cı ilin 1-ci rübündə Azərbaycanın qeyri neft ixracı 45%-dək azalıb. Manatın real məzənnəsinin az qala 45% ucuzlaşdığı şəraitdə ixrac gəlirləri də 45% azalırsa, burda 2 səbəb versiyası mümkündür: ya bu ölkədə məzənnə siyasəti ilə real sektor arasında bütün əlaqə kanalları qapanıb və hökumət iqtisadi siyasəti əlaqələndirmək imkanlarını tam itirib. Ya da inhisarçı qiymətlər, sahibkarlıq fəaliyyətinə bürokratik müdaxilələr sayəsində məhsulların qiyməti o qədər yüksək olub ki, hətta 45%-lik real məzənnə ucuzlaşması belə yerli məhsulları başqa ölkələrin məhsullarından cəlbedici etmir.
Azərbaycanda hansı səbəbin həlledici olduğunu araşdırmaq çox mühümdü. Məsələn, 1-ci rübdə bitki və heyvan mənşəli yağların ixracı 11 dəfə azalıb. Bunun üçün ticarət tərəfdaşı olan bir sıra ölkələrdə bu məhsulların daxili qiymətlərinin dinamikasını müqayisə etmək çox vacibdi.
Manatın nominal ucuzlaşmasından iqtisadiyyatımız onsuz da itirib - yüksək qiymətlər və beynəlxalq dəyər ölçüsü ilə milli sərvətin dəyərsizləşməsi səbəbindən.
Amma heç olmazsa manatın real ucuzlaşmasından qazana biləcəklərimizi gərək qazanaq - yeni bazarlar qazanmaq və daha çox ixrac etmək hesabına.
İki devalvasiyadan sonra ən kobud hesablamalarla ilkin itkilərimiz 15-20 milyard dollardan az deyil - söhbət dollar kreditləri, manat əmanətləri, valyuta ilə borclar, istehlak mallarının bahalaşması hesabına iqtisadiyyatın subyektlərinin itirdiklərindən gedir.
Potensial olaraq qazana biləcəklərimizdən isə hələlik hesaba gələn və gözə dəyən heç nə yoxdu ortada...

Saturday, May 7, 2016

Mərkəzi Bankın bank sektoruna verdiyi kreditlərin 71%-i niyə 3 banka çatır?


Ölkənin iqtisadi inkişafı ilə özəl sektorun kreditləşdirilməsi səviyyəsi arasında birbaşa düz əlaqə var: yüksək inkişafa malik ölkələrin hamısında özəl sektora verilən kreditlərin ÜDM-də payı yüksək, orta inkişaf səviyyəinə malik ölkələrdə orta, zəif inkişaf etmiş ölkələrdə isə aşağı olur.
Məsələn, Niderlandda 220%, Danimarkada 180%, Finlandiyada 165%, Almaniyada 140%, Böyük Britaniyada 140%, Fransada 135%, Avstraliyada 130%, Avstriyada 120%, Yaponiyada 110%, ABŞ-da 80%, Türkiyədə 72%, Braziliyada 65%, İranda 55%, Afrikanın və Asiyanın inkişafdan qalan ölkələrində 5-30% intervalında dəyişilir.
İqtisadi təhlillə məşğul olan ekspertlərin bildiyi bu faktları xatırlatmaqda məqsədim başqadı. Özəl sektorun kreditləşmə səviyyəsinə görə, Azərbaycan da inkişafda qalan ölkələrin sırasında yer alıb. Beyəlxalq Bankın vasitəçiliyi və hökumətin zəmanəti ilə SOCAR-a verilən kreditləri nəzərə almasaq, Azərbaycanda bank sektorunun kreditlərinin ÜDM-də payı 30%-dən azdır. Belə bir mənzərə fonunda bütün iqtisadi subyektlərin kreditə bərabər əlçatanlıq imkanlarının təmin edilməsinə, kredit bazarında rəqabətli və ədalətli mühitin formalaşdırmasına birbaşa məsuliyyət daşıyan Mərkəzi Bankın özünün bank sektoruna verdiyi kreditləşmə mexanizmi nə dərəcədə şəffaf və ədalətlidir? Rəqəmlərə baxıb, özünüz nəticə çıxarın. 2015-ci ilin yekunlarına görə 18.9 milyard manat aktivlərə malik olub. Həmin aktivlərin təxminən 6.3 milyard manatı (33.3%-i) kredit kimi banklara verilib. Şəffaflıq problemi də məhz bu resurslar ətrafında yaranır. Banklara verilən 6.3 milyard manat kreditin 4.493 milyard manatı və ya 71%-i 3 banka verilib. Mərkəzi Bankın kreditlərinin ifrat əmərküzləşmə səviyyəsinə fikir veririsinizmi - 40-dək bankın olduğu ölkədə 3 bank Mərkəzi Bankın kredit resurslarının 71%-nə sahib olur? Hansı meyar və prinsiplə bu konsentrasiya yaranır? Söhbət hansı banklardan gedir? Mərkəzi Bank haqqında Qanunun 33.2-ci maddəsinə görə, bankların yenidən maliyyələşdirmə əsasında kreditləşdirməsinin forma, qayda və şərtlərini Mərkəzi Bank müəyyən edir. Təəssüf ki, bu qaydalar qapalıdır və Mərkəzi Bank qaydaları açıqlamır. Halbuki ölkə Konstitusiyasının 19-cu maddəsinin 2-ci hissəsinə görə, Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. Yəni ictimai təsisat kimi bu qurumun dövlət sirri təşkil etməyən məlumatları, həmçinin normativ sənədləri cəmiyyət üçün açıq olmalıdır.
Eyni yanaşmanı hökumət zəmanəti ilə iqtisadiyyatın subyektlərinə kreditlərin verilməsində də görə bilərik. 2015-ci ildə Mərkəzi Bankın bütün kreditərinin 62%-i və ya 3.9 milyard manatı hökumət zəmanəti ilə verilib. Mərkəzi Bank haqqında Qanunun 49-1-ci maddəsinə görə, Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, real sektorun inkişafı üçün məqsədli (dövlət zəmanəti əsasında) kreditlər verə bilər. Amma hesabata baxdıqda həmin kreditlərin hansı məqsədlər üçün, hansı meyarlar və hansı subyektlərə verildiyi barədə heç bir məlumat verilmir. Qanuna görə, bu qaydaları da hazırlamaq Mərkəzi Bankın müstəsnas səlahiyyətidir. Amma həmin qaydalar da ictimaiyyət üçün açıq deyil...
Milli Məclis heç bir səlahiyyəti olmayan bələdiyyələrdən hesabat almaqla bağlı Konstitusiyaya bənd əlavə eləməyi alqışladı, amma üzvlərini özü təyin elədiyi Mərkəzi Bankdan ildə bir dəfə hesabat almağa ehtiyac duymur. Kimsə düşünər ki, məhdud səlahiyyəti olan Parlamentə bu hesabatın nə faydası? Ən azından bir faydası olacaq - əlində nəhəng maliyyə resursları olan Mərkəzi Bankın həmin resurslardan necə istifadə etdiyi barədə cəmiyyətin məlumatı olacaq. Məsələn, dövlət büdcəsi Parlamentdə müzakirə edildiyi üçün vətəndaş cəmiyyəti büdcə sənədlərini əldə edib medianı, lap elə sıravi insanları da büdcə ilə əlaqəli yetərincə məlumatlanıra bilir.
Mərkəzi Bankın xeyli sayda tənzimləmə səlahiyyətlərini Maliyyə Nəzarəti Palatasına alıb verməklə iş bitmir. Bu qurumun əlində qalan səlahiyyətlərini daha şəffaf, cəmiyyətə açıq və hesabatlı idarə etməsi məsələsi mütləq həllini tapmalıdır. Əks halda iqtisadiyyatı düşdüyü böhran vəziyyətdən çıxarmaq üçün
mühərrik funksiyasını yerinə yetirməli olan bu orqanının proseslərə ciddi təsiri olmayacaq.
Nəzərə alaq ki, Mərkəzi Bank təkcə pul-kredit siyasətinin həyata keçirilməsinə və prosesin tənizmlənməsinə məsul olan aparıcı rəsmi qurumlardan biri deyil. Mərkəzi Bank həmçinin maliyyə sistemində Neft Fondundan sonra nəhəng resurslarını idarə edən qurumdur. Bu qurumun şəffaflıq səviyyəsini heç olmzsa Neft Fondunun tətbiq etdiyi sdandartlar səviyyəsində tutmaq lazımdır.
Bank sektorunda kredit resurslarının qıtlığında, bu resursların inkişaf etmiş ölkələrlə müqayisə də ən azı 6-7 dəfə baha olmasında da Mərkəzi Bankın kreditləşmə siyasətində ciddi problemlərin olmasının rolunu qətiyyən kənara qoymaq olmaz... 




Thursday, May 5, 2016

Open Government Plan: was voice of civil society heard?

The President approved Action Plan on promotion of open government for 2016-2018. The preparation of this document was given a start in fall last year. Officials organized several discussions with participation of civil society and collected proposals during last 6 months of preparation period. I personally participated in 3 such meetings representing Support to Economic Initiatives and had some conclusions; just did not want to share with them before approve of Action Plan.
First it should be mentioned that in period of hard pressure towards independent CSO in country that started in 2014, and created obstacles the importance of Open Government global platform that became enough popular globally was very high. This initiative was made by number of leading countries including US in September 2011. The mission of platform is making governments more transparent, accountable and responsible towards citizens. The Open Government Declaration signed by 69 states in 2011 says “that people all around the world are demanding more openness in government. They are calling for greater civic participation in public affairs, and seeking ways to make their governments more transparent, responsive, accountable, and effective”.
Political leaders that signed Document declared about commitments in 4 directions that will help to achieve those goals: 1) increasing accessing to information on government actions 2) Increasing civic participation in governance issues 3) Application of high ethics in public management 4) application of new technologies for more accountable and open government.
Countries that want to become members of OGP international platform should meet minimum requirements of 4 criteria: a) fiscal transparency b) access to information c) income declaration of state officials d) public participation in management

The main opportunity the Platform opens for civil society is obligatory involvement of civil society to the process of national action plan development and implementation. In fact countries where civil society does not exist or is not accepted as equal party cannot be OGP member. It should be admitted that in 2011 when Azerbaijan joined OGP the environment around CSO was much better; there were not any obstacles for registering grants, bank operations within projects without Ministry of Justice registration were possible, NGOs did not face any problems to organize discussions on various topics and rent any business center. Starting from June 2014 these opportunities were taken from CSO organizations. Most probably if current situation existed in 2011 Azerbaijan would not become OGP member.             
In 2 days In OGP International Platform meeting in South Africa Azerbaijan’s status will be discussed. There are serious concerns of OGP Steering Committee regarding Azerbaijan and various discussions have been held.
One of main concerns is related to new OGP Action Plan. With 4 months delay President finally approved 2016-2018 Action Plan last week. But concerns are not related to just approval of this document; involvement of independent CSO t this process and consideration of their proposals were among expectations. I will talk about fulfilment of this condition separately.
Another concern of OGP International Platform was related to legal obstacles for operating of CSO and political imprisoners. These problems (especially creating enabling environment for CSO) were sounded during March visit of foreign experts to Azerbaijan.
Unfortunately developments in these directions were not satisfactory. It is true that most of political imprisoners were freed, but the list did not include several well-known conscience imprisoners. There were also positive improvements related to civil society especially those who represent EITI Coalition; bank account were unblocked and customs checking were cancelled. However no actions were made on most important issues – easy registration of grant agreements and unlimited collaboration of foreign donor organizations with local organizations.
In such situation two options are possible; Either Government declares interest to keep its OGP status and presents “roadmap” for solution of above mentioned problems or Steering Committee makes country’s status inactive for some period (maximum for one year). According to experts, in case concerns are not solved during inactivity period, the country can be fully delisted.
Finally several points on just approved National Action Plan; One of the main points is involvement of independent to this process. But involvement does not just mean participation, but it also considers hearing voice of CSO. Participation can indeed be passive; NGOs can come, participate in discussions and even make suggestions, but their ideas won’t be considered later. Active participation means invitation, listening and being heard – at least some of suggestions should be taken into account. In other words, participation is not passive but active involvement process.    
Azerbaijan government’s draft OGP Action Plan was discussed in February and then in March. Both meetings were open and many NGOs took part there. Final discussion was a “focus group” type and held with participation of limited number of experts in April. During those discussions our organization made number of suggestions and presented them in written way to authorized agencies. So, what’s outcome? Are there differences between draft and final OGP NAPs?
Let me first touch technical side. The approach of CSO from the very beginning was that Anti-Corruption and OGP Action plans should be combined under Single Action Plan. Most OGP countries do like that, since it is important for later comparisons. This suggestion was taken into account – draft version included 2 separate documents, and in final version anti-corruption activities have become part of OGP national Action Plan.
We also had suggestion on structure of the document – we considered commitments having impact on government-individual relationships (such as improvement of electronic services) should not be included as separate commitment. We suggested they should be classified as technical means for achieving transparency, accountability and participation, and not as separate commitments. However the government has included separate section on electronic services to OGP Action Plan.

3 fundamental suggestions were taken into account in final version; i)creating environment for establishment of OGP CSO Platform where independent NGOs will participate, ii) ensuring fiscal transparency iii) practical application of system for property declaration of officials.

However many suggestions on increasing accountability and transparency of state agencies were not included to final NAP. We think those suggestions were extremely important for legal reforms of public management according to international principles related to Open Government Partnership. So what those suggestions were? 

·         Information about founders of private companies that receive state budget funds through procurement process should not be considered commercial secret;  

Publication of monthly reports on implementation of total budget (state budget, SWF budget and Social Defense Fund budget);

·        Preparation of extended report on state budget implementation (not just 5-10 page summary, but 800-1000 page budget pack) and presenting it to Parliament;
·   Disclosing information on forecasted and implemented state budget at region and town level; 
·   Obligatory publication of budgets of all state education and heath institutions;
·     Online publication of full text of all reports of Chamber of Accounts on use of public funds;  
·      Establishing “procurement” section at web site of all state agencies. Publication information on all purchased goods (services), their types, amount, value and contractors;
·     Establishing “budget” section at web sites of all regional and executive power institutions. Publishing information on structure of public revenues and spending and investment projects funded by public means;  
· Publication of investment projects of State Oil Company;
 


    Publication of individual financial reports of joint ventures and subsidiaries of State Oil Company;
·   Publication of beneficiary ownership information on all extractive companies; 
·    improving reporting on foreign borrowing of state companies. Publication separate information on government guaranteed debts and unguaranteed debts, debt amount by lending organizations and allocated projects.;
·       Publication separate report on investment projects of State companies;
·      Publication of separate report on procurement operations of state companies;
·      Publication of financial information on authorized people at state companies;
·       Preparation and application of single standards and methodology on reporting of government and its separate structures. Working out minimum standards for reports of central and local execute power institutions on their annual activities;
·   Preparation and application of result oriented reporting methodology

These suggestions target establishment of open government system from down to upper level. Citizens will not believe in establishment of open and transparent management principles in central government once they do not witness same at their village, region or city or in their children’s school. Our suggestions aimed at transparency and accountability in all management cycles, from down to upper levels and commitments on institutional and legal reforms within National Action Plan.
Despite all shortcomings and wrong steps we think distance of Azerbaijan from OGP will be a damage for both country and independent CSO in country.

Most satisfied from such situation will be those forces trying to keep Azerbaijan apart from developed world. EITI, OGP and Eastern Partnership remain the only bridges connecting Azerbaijan to civil world. If these bridges are destroyed there won’t remain any independent and objective civic activists in nearest future.